"ABŞ UKRAYNAYA GÖRƏ RUSİYA İLƏ VURUŞACAQ" -"Burada onların artıq hər şeyi var"
2008-ci ildə Cənubi Osetiyadakı vəziyyətdən fərqli olaraq, bu gün Birləşmiş Ştatlar tərəddüd etmədən Rusiyanın Ukraynaya soxulması qarşılığında ona hərbi kömək edəcək.
Yenixeber.org: Belə bəyanatla iyulun 25-də «Ukrayna 24» telekanalının efirindən Gürcüstanın eks-prezidenti, hazırda islahatlar üzrə Ukrayna Milli İcraiyyə Şurasının başçısı Mixail Saakaşvili çıxış edib.
«Hazırda ABŞ-ın qarşısında Pentaqonun baxdığı ssenarilərdən biri dayanır - bu, qarşıdurma məsələsidir… Hazırda Rusiya ordusu qonşu ölkənin yanında belə oyunlar oynayır, Amerikanın dostu (onlar Ukraynanın adını çəkmirlər), hərbi təlimlər, ondan sonra təmas xəttini keçirlər və əvvəlcə separatçılar adı altında, sonra isə sadəcə ölkənin dərinliklərinə soxulurlar… Beləliklə, Pentaqon bunun qarşısının alınmasında iştirak edir» - gürcü lider deyib.
O, bəyan edib ki, ABŞ-da 2008-ci ilin təcrübəsini nəzərə alırlar. O vaxt Rusiya Gürcüstana soxulmuşdu və indi ABŞ-da yeni uyğun münaqişəyə hazırlıq intensiv gedir. «Burada onların artıq hər şeyi var. 2008-ci ildə onlar hər şeyi uzaqdan gətirməli idilər. İndi onların bu gücü var. Hazırda məsələ yalnız siyasi həll tələb edir. Ona görə də mənim yalnız sualım var, Putin Baydenin gözlərində nə görüb, bu qətiyyəti görübmü ki, ABŞ gerçəkdən bu ssenarini hərəkətə gətirəcək?» - Saakaşvili izah edib.
O, həm də qeyd edib ki, desant bölmələrinin Rusiyanın cənubuna tullanması sadəcə, təlim ola bilməz, böyük hesabla, Qərbin baş verənlərə reaksiyasının yoxlanmasıdır. Moskvanın isə başlıca məqsədi, eks-prezidentin fikrincə, Kiyev üzərində nəzarətdən ibarətdir, təkcə Donbass və Yeni Rusiya üzərində yox.