Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ukrayna ilə münasibətlər pisləşsə, Gürcüstanı aclıq gözləyir” - Saakaşvili

“Ukrayna ilə münasibətlər pisləşsə, Gürcüstanı aclıq gözləyir” - Saakaşvili
Ukrayna ilə münasibətlərin pisləşəcəyi təqdirdə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər.
Yenixeber.org: Bunu Gürcüstanın sabiq prezidenti, Ukraynada İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinin yeni təyin edilmiş sədri Mixail Saakaşvili deyib.

O, Gürcüstanın Ukraynaya daha çox ehtiyac duyduğunu unutmamağa çağırıb. Əlavə edib ki, Gürcüstan sakinlərinin mağazalardan aldıqları məhsulların çoxu - dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir.

“Ukrayna ilə münasibətlərə kölgə salmaq fəlakət gətirə bilər və sabah Gürcüstanda insanlar aclıqdan ölərlər", - deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, Ukrayna, həmçinin Gürcüstan məhsulları üçün vacib bir bazardır.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilini mayın 7-də yeni vəzifəyə təyin edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam