Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Mixail Saakaşvili Ukraynaya qayıdır

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar mənim ölkəyə daxil olmağıma qoyulan qadağanın ləğv edilməsini və Kiyevə evimə dönməyimə imkan yaratmağınız üçün sizə müraciət edirəm”.

Yenixeber.org: Bunu Ukraynanın Odesa vilayətin keçmiş qubernatoru, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasili Qritsaka və Sərhəd Xidmətinin rəhbəri Petr Tsiqikala müraciətində bildirib.

O, 2018-ci il fevralın 12-də Ukraynada naməlum şəxslər tərəfindən qaçırılıb, təyyarəyə mindirilərək, ölkədən çıxarıldığını xatırladıb: “Mən güc tətbiqi ilə təyyarəyə mindirilərək, Polşaya sürgün edilmişəm”.

“Report” xatırladır ki, M.Saakaşvili 2004-cü il yanvarın 25-dən 2007-ci il noyabrın 25-dək, 2008-ci il yanvarın 20-dən 2013-cü il noyabrın 17-dək Gürücüstanın prezidenti, 2015-ci il mayın 30-dan 2016-cı il noyabrın 9-dək Ukraynanın Odessa vilayətinin qubernatoru olub. Ukrayanda korrpusiya və rüşvətxorluğa, ölkənin Daxili işlər naziri Arsen Avakova və başqa oliqarxalara qarşı çıxışlar etdiyi üçün tutduğu vəzifədən azad olunub. Ukrayan Prezidenti Petro Poroşenkonun əmri ilə M.Saakaşvili 2018-ci ilin fevralın 12-də ölkədən çıxarılıb və təyyarəyə mindirilərək Polşaya göndərilib. Eyni zamanda onun Ukrayna vətəndaşlığı ləğv edilib.

M.Saakaşvili prezident seçkisində Vladimir Zelenskinin qalib gələcəyi halda Ukrayana qayıdacağını bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam