Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Azərbaycan-Türkiyə əlaqələri sarsılmazdır”

 

Mayın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

"Xeberinfo.com":  Parlamentdən verilən məlumata görə, Sədr qonağı səmimi salamlayaraq, eyni soy kökünə, mədəniyyətə malik xalqlarımız arasında dostluq əlaqələrinin sarsılmaz olduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün də nümunə ola biləcək səviyyədədir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir. Ölkələrimiz arasında imzalanmış 200 sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. 27 sənəd isə baxılmaq üzrədir.
Söhbət zamanı Sədr qeyd edib ki, iqtisadi əlaqələrimiz də qürurvericidir. Bu gün Türkiyədə 1300-dən çox Azərbaycan şirkəti, ölkəmizdə isə 2400-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Bu il Qarsda TAP qaz layihəsinin təməlqoyma mərasiminin keçirilməsi iqtisadi əməkdaşlığımızın yüksək səviyyədə olmasının əyani göstəricilərindəndir. Enerji sahəsindəki əməkdaşlığımız Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır. 
Parlamentlərarası əlaqələrdən söz açan Spiker deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşlərini və prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələrini müsbət dəyərləndirib. Bildirib ki, uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Forumdan şou düzəltmək istəyən ermənipərəst qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Bunun əvəzində türk ordusunun Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş tədbir təntənəli şəkildə baş tutdu və dünya ictimaiyyətinin diqqətini cəlb etdi. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Baş nazirinin müavini Əli Babacan ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirdi. Tarixən sarsılmaz təməllər üzərində qurulmuş dostluğumuzun bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. O, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirildi ki, bu əməkdaşlıq bölgəyə əmin-amanlıq, firavanlıq gətirəcəkdir. Qonaq TAP və TANAP kimi iri qaz layihələrinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin reallaşması ilə hər iki ölkənin regionda nüfuzunun daha da artacağını söylədi. 
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. 
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvü Məmməd Musayev, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşqun və digər rəsmi şəxslər iştirak edirdilər. (azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam