Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Oqtay Əsədov:"Azərbaycanla Rusiya arasında siyasi dialoq yüksək səviyyədədir"

 

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Parlamentdən  verilən məlumata görə, O.Əsədov deyib ki, səfər çərçivəsində qonaqların Rus Mədəniyyət Mərkəzinin açılışında, “Rus İcması – Yeni Azərbaycanın xalqları ailəsində 25 il” mövzusunda keçiriləcək konfransda iştirakları əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək
O, Azərbaycanla Rusiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkərək bildirib ki, ölkə başçılarının qarşılıqlı səfərləri, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində mühüm rol oynayıb: “Milli Məclislə Rusiya Federal Şurası və Dövlət Duması arasında əlaqələrin yüksələn xətlə inkişaf edir. Rusiyanın subyektlərinin qanunvericilik orqanları ilə də münasibətlərdə bu dinamikanın saxlanılıb”.
Qeyd olunub ki, son dövrdə bu ölkənin subyektləri ilə humanitar, mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsi prioritet sahə kimi özünü göstərməkdədir.
Azərbaycanla Sankt-Peterburq arasında münasibətlərin möhkəm tarixi zəmin üzərində qurulduğunu bildirən Milli Məclisin sədri bu gün də humanitar, elm, təhsil, mədəni sahələrdə əlaqələrimizin daha da dərinləşməsini təqdirəlayiq hesab edib. O bildirildi ki, azərbaycanlı deputatlar tez-tez bu şəhərdə səfərlərdə olur, MDB PA-nın iclaslarında fəal iştirak edirlər. Nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Milli Məclisin sədri Azərbaycanda böyük rus icmasının mövcudluğu barədə danışaraq, ölkədə rusdilli təhsil ocaqlarının fəaliyyət göstərdiyini, rusdilli mətbu nəşrlərin geniş oxucu kütləsi olduğunu deyib. O qeyd edib ki, Azərbaycanda yaşayan ruslar digər ölkə vətəndaşları kimi Konstitusiya ilə onlara verilmiş hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə edirlər.
Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov Azərbaycana səfərlərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib. O bildirib ki, Sankt-Peterburq və onun Qanunvericilik orqanı Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir: “Tarixən Nevanın sahilindəki bu şəhərlə Azərbaycan arasında həyatın müxtəlif sahələrində sıx əlaqələr mövcud olmuşdur. Münasibətlərimizin bugünkü inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Sankt-Peterburqda Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirirəm”.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam