Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident iki ölkənin nümayəndələrini qəbul edib

 

Prezident İlham Əliyev Türkmənistanın baş nazirinin müavini Baymurad Xocamuhammedovu qəbul edib.

 

"Xeberinfo.com":    AzərTAc-a istinadən məlumata görə,  baş nazirin müavini Baymurad Xocamuhammedov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını çatdırıb.

 

Prezident İlham Əliyev xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və əsrlər boyu dost kimi yaşadıqlarını, hazırda isə ölkələrimizin müstəqil dövlətlər kimi uğurla inkişaf etdiyini və sosial-iqtisadi sahədə yaxşı nəticələr qazandıqlarını məmnunluqla qeyd edib. Ölkə başçısı Türkmənistan Baş nazirinin müavini Baymurad Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

 

Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

Prezident İlham Əliyev eləcə də,  Serbiyanın baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Dövlət başçısı Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev iqtisadi sahədə də artıq yaxşı nəticələrin əldə edildiyini bildirib, Bakıda keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının səmərəli olacağına və gələcək əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu qeyd edib.

 

Serbiya Respublikası baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajic ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini və bu sahədə həll edilməmiş hər hansı bir məsələnin olmadığını vurğulayıb. Qonaq bildirib ki, Serbiya tərəfi iqtisadi sahədə də əməkdaşlığımızı inkişaf etdirmək və ölkələrimizin iş adamları arasında yaxşı əlaqələr yaratmaqda maraqlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam