Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"ABŞ özünü bu hücumlardan qorumağa hazırdır” –Bayden Putinlə telefonda 1 saat nədən danışıb?

İyulun 9-da ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində onu Rusiyadakı reketçi haker qruplarına qarşı ölçü götürməyə çağırıb.

Yenixeber.org: “Azadlıq” radiosu xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Birləşmiş Ştatlar və başqa ölkələr üzərinə pul qoparmaq məqsədilə edilən haker hücumları son bir ildə kəskin şəkildə artıb. Bura ABŞ-ın ən böyük yanacaq kəmərinə hücum da daxildir.

Bayden Putinlə telefon söhbətində deyib ki, Birləşmiş Ştatlar amerikalıları və həyati infrastrukturu kiberhücumlardan qorumaq üçün zəruri tədbirləri görəcək. Ağ Evin məlumatına görə bir saatdan artıq davam edən telefon söhbətindən əvvəl Floridada mənzillənmiş Kaseya texnologiya şirkətinin məsafədən idarəetmə proqramına haker hücumu olmuşdu. ABŞ-da yüzlərlə, dünyada isə 1500-dən çox biznesin bu hücumdan təsirləndiyi bildirilir.

Bu müdaxilə ekspertlər tərəfindən ən böyük kiberhücum kimi qiymətləndirilsə də, onun real miqyası qeyri-müəyyən olaraq qalır.

Rusiyada mənzillənmiş “REvil” kiberkriminal qrupu bu hücum üçün məsuliyyəti öz üzərinə götürüb və şirkət sahiblərinə sistemin açar şifrəsinin verilməsi üçün kriptovalyuta ilə 70 milyon dollar tələb edib.

Xəbər verilir ki, telefon söhbətində Bayden Putinə Rusiyada mənzillənmiş kriminalların Birləşmiş Ştatlar və başqa ölkələr üzərinə hücumlarından danışıb. Ağ Evin bu barədə məlumatında deyilir: "Prezident Bayden Rusiyanın bu ölkədə fəaliyət göstərən reket qruplara qarşı tədbir görməsinin mühümlüyünü vurğulayıb. O bildirib ki, reketçi hücumların qarşısının alınması üçün davamlı müzakirələrə tərəfdardır”.

Məlumatda daha sonra bildirilir:"Prezident Bayden deyib ki, Birləşmiş Ştatlar öz xalqını və həyati infrastrukturunu bu hücumlardan qorumağa hazırdır”.

Ağ Evin sözçüsü Cen Psaki deyib ki, Vaşinqtonun bu hücumların Rusiya hökuməti tərəfindən yöndəndirilməsinə dair yeni məlumatı yoxdur, lakin Kreml bu hücumlarla bağlı tədbir görmək məsuliyyətinə malikdir.

Xatırladaq ki, bu telefon söhbətindən bir ay əvvəl Bayden və Putin Cenevrədə üzbəüz görüş keçirmişdilər. Həmin görüşdə Bayden Birləşmiş Ştatların biznesləri üzərinə Rusiyadan qaynaqlanan kiberhücümlarla bağlı ilk dəfə xəbərdarlıq etmişdi.

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam