Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“BÜTÜN İMKANLARIMIZLA CAN QARDAŞLARIMIZIN YANINDAYIQ...” - "Bu, tarixi addımdır"

"Qafqaz bölgəsində sülhün və sabitliyin təmin edilməsi üçün böyük səylər göstəririk. Azərbaycan öz torpağı olan Qarabağı Ermənistanın işğalından qurtarandan sonra qurulan ortaq Mərkəzin fəaliyyəti Rusiya ilə koordinasiyalı şəkildə davam edir”, - Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Yenixeber.org: Hulusi Akar bu gün Etimesgut hərbi sursat zavodunda lazerlə hədəfə yönləndirilən aviabombanın (Hassas Güdüm Kiti-82) Türkiyə ordusuna təhvil verilməsi mərasimində çıxışı zamanı Qarabağdan da danışıb.

Müdafiə naziri deyib: “İyunun 15-də Türkiyə ilə Azərbaycan arasında birliyin, qardaşlığın və ortaq gələcək hədəflərimizin nümayişi olaraq Şuşa Bəyannaməsi prezidentimiz və Əliyev tərəfindən imzalandı. Bu, tarixi addımdır. Bu, həqiqətən bizim onsuz da var olan bağlarımızı da bir daha əyani şəkildə göstərən sənəd olaraq ortaya çıxıb. Artıq Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünüləbilməz səviyyədə gəlib çatıb. Bu bəyannamə eyni zamanda bölgədə davamlı sülh və sabitlik üçün fürsətdir. Prezidentimizin və Əliyevin uzatdığı sülh və barış əlini tutmalı, bu fürsəti düzgün dəyərləndirməliyik. Türkiyə bütün imkanları ilə tək millət, iki dövlət olduğumuz, can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam