Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Azərbaycan ordusunun döyüş hazırlığını artırmağa hazırdır –Hulusi Akar

 

 Yenixeber.org: Türkiyə regionda öz maraqlarını qorumaq üçün əlindən gələni edəcək, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar cümə axşamı “Anadolu” agentliyinin redaktorları ilə görüşündə bildirib.

Daha sonra o, Ermənistanın Azərbaycanla sərhəddə təxribatını qınayıb. Nazir qeyd edib ki, Ankara Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılmasına əlindən gəldiyi qədər töhfə verməyə hazırdır.

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Azərbaycan xalqı bizim qardaşımızdır. Türkiyə həmişə Azərbaycanın tərəfində olub və bundan sonra da olacaq”, deyə Akar bildirib.

Türkiyənin müdafiə naziri qeyd edib ki, Ermənistan tərəfi təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı absurd və əsassız hücumlarla çıxış edir. “Tarixi hadisələr arxiv materiallarında aydın şəkildə əksini tapıb. Qərəzlilik heç bir nəticəyə gətirib çıxarmayacaq”, deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam