Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Bəziləri buna başqa mənalar yükləyirlər...” - Hulusi Akar birgə təlimlərdən danışdı

“Bəziləri buna başqa mənalar yükləyirlər...” -  Hulusi Akar birgə təlimlərdən danışdı

Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstanla sərhəddə dislokasiya olunmuş hərbi birlikləri Qurban bayramı münasibətilə ziyarət edərkən jurnalistlərlə söhbətində hazırda davam etməkdə olan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri haqda danışıb.

 

Yenixeber.org: Hulusi Akar Ermənistanın iyulun 12-də Azərbaycana hücumunu xatırladaraq deyib:

“Azərbaycan türkü bizim can qardaşımızdır. Onlar bizim canımızdır, dostumuzdur, onların talelərini və qismətini paylaşırıq. Bu hücumu nifrətlə qınayırıq. Hücumda şəhid olanlara rəhmət diləyirik”.

Daha sonra birgə təlimlərdən danışan Hulusi Akar bunları bildirib:

“Hazırda bizim orada əvvəlcədən planlaşdırılmış illik təlimlərimiz gedir. Quru və hava hərb elementlərimiz Azərbaycanda qardaşlarımızla bərabər irimiqyaslı, iki ölkə silahlı qüvvələri üçün faydalı olan çalışmaları davam etdirirlər. Biz hər zaman olduğu kimi azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olmaqda davam edəcəyik. Azərbaycanın güclənməsi üçün edilməli nə varsa bu günə qədər etdik, imkanlarımızı bu yöndə istifadə etdik, bundan sonra da istifadə etməkdə davam edəcəyik. Bu anda davam etməkdə olan “TurAz Qartalı” təlimi ilə Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlimlərimiz var. Bəziləri bunlara başqa mənalar yükləyirlər. Planlaşdırılmış təlimlər keçirərək oradakı tədris fəaliyyətimizi davam etdirdik, bundan sonra da davam etdirəcəyik. Hazırda da fəaliyyət uğurla davam edir”. (Virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam