Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənistan bu şansı itirsə, taleyi acınacaqlı olacaq -RƏY

Ermənistan bu şansı itirsə, taleyi acınacaqlı olacaq - RƏY

“Ermənistanda keçirilən seçkilərin nəticəsi göstərdi ki, bu ölkədə xalqın böyük bir hissəsi müharibəyə yox deyir”.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, erməni xalqı 20 iyunda hərbi cinayətkarlardan öz səsini əsirgədi:

“Xalq hərbi cinayətkarlara səs vermədi. Erməni xalqının Nikol Paşinyanın partiyasına daha çox səs verməsinin səbəbi məhz ölkələrinin müharibə şəraitində deyil, qonşularla sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyindən irəli gəlir. İnsanlar sosial problemlərinin həllini istəyirlər. İstəyirlər ki, ölkənin iqtisadi problemləri həll olunsun. Korrupsiya rejimi ilə mübarizə apara bilən şəxs arzulayırlar. Bütün bunlar Nikol Paşinyan hökuməti tərəfindən nəzərə alınmalıdır. Onlar mütləq şəkildə yaxın müddətdə qonşulara qarşı ərazi iddialarına son qoyaraq Azərbaycanla, Türkiyə ilə, Gürcüstanla birgə əməkdaşlıqda maraqlı olmalıdırlar. Onlar dəvət olunduqları platformada əməkdaşlıq üçün hər bir zəruri addımı atmalıdırlar. Üçtərəfli bəyanatda nəzərdə tutulan bütün məsələlərin həllini sürətləndirməli və Ermənistanı normal bir ölkəyə çevirməlidirlər. Əks halda Ermənistan bu şansı itirəcək və yaxın müddətdə onun taleyi çox acınacaqlı olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam