Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanın “xəyali savaş” sindromu: Rusiya regionda yeni fəlakət ssenarisi yazır

 

Kreml üçün Ermənistanın gələcək taleyi əhəmiyyətsizdir; Rusiya öz geopolitik maraqları uğrunda savaşda bu ölkəni “atəşə atmağa” hazırlaşır…

Yenixeber.org: Ermənistanda kim hakimiyyətə gələcək? Hakimiyyəti ələ keçirən siyasi qüvvə hansı superdövlətin maraqlarını təmsil edəcək? Yeni Ermənistan hakimiyyəti qeyri-real revanşist iddialara, yoxsa, regionda mehriban qonşuluq siyasətinə üstünlük verəcək?

Bu sualların sırasını daha da artırmaq olar. Ancaq bu, heç nəyi dəyişməyəcək. Çünki suallar nə qədər çox olsa da, onların bir çoxu hazırda cavabsızdır. Və bu səbəbdən də, cavabların bir çoxunun məhz növbədənkənar parlament seçkilərinin nəticələrinə bağlı olduğu qətiyyən şübhə doğurmur.

Hələlik dəqiqləşən bir önəmli məqam var. Cənubi Qafqazda maraqları olan bəzi dövlətlər artıq öz namizədini müəyyən edib. ABŞ və Qərbin baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalmasına cəhd göztərdiyi inkaredilməz reallıqdır. Erməni baş nazirin bir müddət öncə Parisə səfər çıxması, Fransanı Ermənistanın strateji müttəfiqi elan etməsi də bəzi məqamlara aydınlıq gərir.

Belə anlaşılır ki, baş nazir N.Paşinyan Rusiya ilə ziddiyyət içərisindədir. Kreml ona güvənmir, dəstəkləmir və artıq münasibətlər “irlər”in qoparılacağı məqama gəlib. Ona görə də, erməni baş nazir seçicilərlə görüşlərində yenidən Rusiyanı hədəfə almağa başlayıb. O, Rusiyanın strateji müttəfiq olmadığına eyham vurur, Ermənistanın 44 günlük savaşdakı məğlubiyyətinin, hətta sərhəd bölgəsindəki gərginliyin əsas günahını məhz Kremlin üzərinə yükləməyə çalışır.

put-kochar (1).jpg (5 KB)

Nəhayət, Rusiya da öz mövqeyini qətiləşdirib və bunu erməni seçicilərin diqqətinə artıq çatdırıb. Prezident Vladimir Putinin məhz seçkiyə bir neçə gün qalmış öz dostu Robert Köçəryana zəng etməsi açıq mesajdır. Kreml bununla demək istəyir ki, “Rusiyanın namizədi R.Köçəryandır”. Yəni, Ermənistan Rusiyanın dəstəyinə ümid bəsləyirsə, o, mütləq hakimiyyətə qaytarılmalıdır. Əks halda, Kremlin seçkidən sonrakı regional siyasi mövqeyi Ermənistanı məmnun etməyə bilər.

Bunu nəzərə alan erməni baş nazir isə Köçəryan klanını “savaş və korrupsiya partiyası” kimi təqdim edir. Ölkənin gələcəyinin Rusiyadan uzaqlaşıb, ABŞ və Qərblə strateji tərəfdaşlıqda olduğunu vurğulayır. O, üstüörtülü şəkildə Ermənistanın gələcək inkişaf perspektivlərinin qonşu dövlətlərlə, o cümlədən, Azərbaycan və Türkiyə ilə normal münasubətlərə bağlı olduğuna da eyham vurur.

N.Paşinyan əsas tezisləri Ermənistanın yeni inkişaf mərhələsinə keçirilməsi üzərində qurulub. Onun fikrincə, bu, mümkün olsa da, ancaq əvvəlcə Ermənistan cəmiyyəti ənənəvi xəyalpərəstlikdən xilas olmalıdır. Çünki inkişaf mərhələsinə keçmək istəyinin reallaşması yalnız Ermənistandan asılı deyil. Bunun üçün yeni geopolitik şərtləri qəbul etmək və qonşu dövlətlərlə ortaq maraqlar axtarmaq lazımdır.

Təbii ki, Ermənistan cəmiyyətində bu tezislərə önəm verənlər var. Ancaq hələlik ermənilərin “milli xəyalpərəstlik xəstəliyi”ndən tezliklə sağalacağını düşünmək sadəlövhlük olardı. Çünki “savaş partiyası”nın tərəfdarları hələ kifayət qədər güclüdür. Və Rusiya onu hakimiyyətə gətirməyə can atır.

Üstəlik, Kremlin dəstəklədiyi “savaş partiyası”nın lideri R.Köçəryan mövcud problemlərin həllinə, xüsusilə də, sərhədlərin demarkasiyası prosesinə aqressiv yanaşma tərzi ilə diqqəti çəkir. Əsas regional “düyün nöqtəsi” məhz bu məqamdan qaynaqlanır. Çünki son vaxtlar Kreml də öz mövqeyini R.Köçəryanın aqressiv yanaşma tərzinə yaxınlaşdırmağa başlayıb.

1569973748_0_181_2999_1868_600x0_80_0_0_fd362e192a20efb72e17d9974230549e.jpg (23 KB)

Məsələ ondadır ki, Kreml son vaxtlar Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini bərpa etməyə can atır. Hətta status mövzusunun məhz həmsədrlərin iştirakı ilə həll edilə biləcəyini gündəmə gətirir. Və çox incə şəkildə sərhədlərin demorkasiya prosesində həmsədrlərin iştirak edə biləcəklərinə eyhamlar vurur.

Halbuki bir müddət öncə Kremlin bu məsələ ilə bağlı daha konstruktiv və konkret mövqeyi var idi. Rusiya vurğulayırdı ki, sərhədlərin ikitərəfli müzakirələrlə demorkasiyası regionda uzunmüddətli sülhün təməlini qoya bilər.

İndi birdən-birə Kremlin status mövzusunu gündəmə gətirməsi və həmsədr formatını önə çıxarmağa çalışması bir qədər şübhəli məqamdır. Çünki Kremldə rəsmi Bakının “status mövzusu”na yaxın durmadığını və bu məsələnin artıq həll edildiyi mövqeyində olduğunu bilməmiş deyillər. Və Rusiyanın bu davranışları Azərbaycan-Rusiya münasibətlərində müəyyən ziddiyyətlər yarada bilər.

Ona görə də, hələlik ehtimal etmək olar ki, bu, Rusiyanın sadəcə, seçkiöncəsi mövqeyidir. Kremlin son davranışları yəqin ki, R.Köçəryanın seçki qələbəsinin təmin edilməsinə hesablanıb. Əks halda, Rusiyanın Azərbaycan və Türkiyə ilə kifayət qədər ciddi problemlərinin ola biləcəyi qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, hazırda baş nazir N.Paşinyanın seçki tezislərinə yaxın açıqlamalara yalnız keçmiş prezident Levon Ter-Petrosyan müəlliflik edir. Onun fikrincə, Azərbaycan-Ermənistan sərhədlərində vaxtaşırı insidentlərin baş verməsi qaçılmazdır: “Bunun qarşısı yalnız hər şeyin konkretləşdirildiyi ikitərəfli müqavilənin imzalanması ilə almaq mümkündür. Ancaq onu da mütləq nəzərə almaq lazımdır ki, Azərbaycanın sovet sərhədləri beynəlxalq ictimaiyyət tərəfindən artıq rəsmən tanınıb”.

e3624f38f6c9da886e6a7b0d6bd1c432.jpg (117 KB)

Göründüyü kimi, Ermənistanda hazırda xarici himayədarları olan iki siyasi cərəyan arasında hakimiyyət uğrunda həlledici mübarizə davam edir. Əgər, “savaş partiyası” qalib gələrsə, bu Ermənistanı daha ağır duruma sala bilər. Bu halda, Ermənistanın blokada vəziyyətinin davam etməsi və qonşu dövlətlərlə qarşıdurması qaçılmaz olacaq. Nəticədə Ermənistanın yeni inkişaf şanslarını əldən verərək, daha dərin sosial-siyasi və maliyyə-iqtisadi böhranla üz-üzə qala biləcəyi qətiyyən istisna deyil.

Ona görə də, Ermənistanın gələcək inkişaf perspektivləri məhz ikinci cərəyanın – baş nazir N.Paşinyanın və onun tərəfdarlarının qələbəsinə bağlıdır. Çünki Ermənistan indiki şərtlər altında uzun müddət davam gətirə biləcək durumda deyil. Hər halda, Ermənistanın Azərbaycanla “savaş xəyalı”ndan imtina etməsi vacibdir. Yaxın 25-30 ildə Ermənistanın Azərbaycanın hərbi qüdrəti qarşısındakı acizliyindən xilas olmaq şansı qazana biləcəyi qətiyyən inandırıcı görünmür.  

Ona görə də, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Ermənistan yalnız Azərbaycanla sülh müqaviləsi bağlamaqla, “xəyali savaş” sindromundan xilas ola bilər. Sülh müqaviləsinin imzalanması hazırda ən çox Ermənistanın özünə lazımdır. 44 günlük savaşda biabırçı məğlubiyyət və yeni geopolitik şərtlər bunu qaçılmaz edir.

Məsələ ondadır ki, savaş artıq de-fakto sona çatıb. Ermənistan ordusu darmadağın edilib. İndi sülh müqaviləsinin imzalanması ilə bu reallığın de-yure təsdiqlənməsi də vacibdir. Yalnız bu halda, Azərbaycan Ermənistanın blokada vəziyyətindən çıxarılmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, iqtisadi-ticari əlaqələrin qurulmasına razılıq verə bilər. Bu isə Ermənistanı maliyyə-iqtisadi iflasdan və sosial-siyasi böhrandan xilas edə biləcək yeganə doğru variantdır.

Əks halda, R.Köçəryanı dəstəkləməklə, regionda yeni fəlakət ssenarisi yazan Rusiyanın və ya hər hansı kənar hiumayədarın maraqlarının təmsilçisi rolunda qalacağı təqdirdə, Ermənistan bir dövlət olaraq, öz suverenliyini riskə atmış olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam