Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənilər "geopolitik itaətə" məhkumdur: Paşinyanın da, rəqiblərinin də taleyi Azərbaycandan asılıdır

 


Ermənistanda Azərbaycanın siyasi iradəsinə zidd mövqe tutan heç bir hakimiyyət öz ölkəsini bu "fəlakət quyusu"dan çıxara bilməz...

Yenixeber.org: Ermənistanın yeni mövcudluq resursları hazırda Azərbaycanın əlindədir, rəsmi Bakı isə sadəcə, humanizm anlayışı ilə hərəkət etməz, çünki hər şeyin bir bədəli var...

Ermənilər bundan sonra geopolitik proseslərdə onlara ayrılmış itaətə məhkum cəmiyyət roluna boyun əyməyə məhkumdurlar. Və bu, onlar üçün seçim şansı deyil, məcburiyyətin yeni modelidir...

Ermənistanda siyasi-ictimai durum qarışıqdır. Bu situasiyanın hələ nə qədər davam edəcəyi isə bilinmir. Və vəziyyətdən çıxış yolu da demək olar ki, görünmür.

Belə anlaşılır ki, Ermənistan dalana dirənib. Həm də keçilməsi zor görünən dalandır. Bundan sonrası "geopolitik quyu"dur ki, onun da kənarına artıq çatıb.

manukyan.jpg (11 KB)

İndi bu düşmən ölkədə əsas gündəm mövzusu "istefa" tələbləridir. Ermənistanda bəzi siyasi dairələr "istefa" tələbinin yerinə yetiriləcəyi təqdirdə, hər şeyin ciddi şəkildə dəyişəcəyinə ümid bəsləyirlər. Halbuki, hazırda Ermənistanda əsas problemin hakimiyyətdə kimin olması ilə bağlı olmadığı inkaredilməz bir reallıqdır.

17 erməni partiyası baş nazir Nikol Paşinyanın istefasını istəyir və ona verilən vaxt sona çatıb. Bundan sonra itaətsizlik edəcəklər.

Ancaq baş nazir istefa versə, Ermənistan üçün nə dəyişə bilər? Əlbəttə, bəzi şeylər dəyişəcək. Həm də, yaxşıya deyil, pisə doğru dəyişəcək. Çünki, itaətsizlik onsuz da mövcuddur, bunun davamı isə ən yaxşı halda, "xaosun diktaturası"dır.

Məsələ ondadır ki, yeni hakimiyyətin formalaşdırılması prosesinin özü belə, Ermənistanda siyasi xaosu dərinləşdirə bilər. Bu düşmən ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın son açıqlaması erməni cəmiyyətini gözləyən yeni kataklizmləri daha aydın şəkildə göstərir: "Vazgen ilə Nikolun hakimiyyət savaşı Ermənistanı vətəndaş müharibəsinə sürükləyir. Proseslər belə davam edərsə, Ermənistan dövlətinin mövcudluğu sual altına düşə bilər".

Önəmli açıqlamadır. Üstəlik, ermənilərin ən təcrübəli və hiyləgər siyasətçisi tərəfindən dilə gətirilib. Və bəzi məqamları aydınlaşdırır.

Ümumiyyətlə, hazırda N.Paşinyanın istefasının tələb edilməsinin məntiqi anlaşılmazdır. Çünki, onun istefasını tələb edənlərdən hansısa hakimiyyətdə olsaydı, Azərbaycan ilə savaşdan qalib çıxa bilərdi?

barbarlar(2).jpg (47 KB)

Əslində, bu savaşda N.Paşinyanın siyasi komandasından daha çox əvvəlki hakimiyyətlər iştirak edib. Hər halda, N.Paşinyan müharibəyə özündən əvvəlki hakimiyyətlərin miras buraxdığı hərbi-siyasi və maliyyə-iqtisadi resurslar ilə qatılmışdı. Deməli, indi onun istefası üçün "siyasi meymunluq" edənlər də Azərbaycan ordusu qarşısında məğlubiyyətə məhkum idilər.

Bu önəmli məqamı Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi olaraq, vurğulamışdı. O, bildirmişdi ki, əslində, N.Paşinyan heç kimdir. Azərbaycan ordusu bir çox hərbi cinayətlər törətmiş Köçəryan-Sarkisyan cütlüyünün qüvvələrini darmadağın edib.

Təbii ki, bu, Köçəryan-Sarkisyan cütlüyünün siyasi perspektivləri üçün sarsıdıcı zərbə sayıla bilər. Və bu məqam Ermənistanda cərəyan edən siyasi-iqtisadi proseslərlə bağlı daha bir önəmli faktoru aşkara çıxartmış olur.

Məsələ ondadır ki, bundan sonra Ermənistanda hakimiyyətlərin gələcək taleyi böyük ölçüdə məhz rəsmi Bakının mövqeyindən asılı olacaq. Rəsmi Bakı ilə anlaşmadan nə Paşinyan hakimiyyəti, nə də onu devirməyə nail ola biləcək siyasi qüvvələrin ömrü uzun ola bilməz.

Səbəbsə, çox sadədir. Azərbaycan qalib ölkədir. Cənubi Qafqazın əsas geopolitik iradə mərkəzidir. Eyni zamanda, Ermənistanın blokada vəziyyətində saxlanmasını təmin edən tək dövlətdir.

sulh-425460150.jpg (141 KB)

Diqqət etsək görərik ki, rəsmi Bakı tədricən Ermənistanı sülhyaratma prosesindən də təcrid etməyə başlayıb. Buna misal olaraq, əvvəlcə Rusiya sülhməramlı qüvvələrinin ehtiyacı olan təchizat materiallarının Ermənistan deyil, məhz Azərbaycan üzərindən daşınmasını göstərmək olar. Yəni, rəsmi Bakı deyir ki, ərazi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, deməli, ora gedəcək hər şey yalnız Azərbaycan üzərindən daşınmalıdır.

Eyni proses Xankəndinə aparılan humanitar yardımların daşınmasında da müşahidə edilir. Həmin yardım yükləri əvvəlcə Gəncəyə, oradan da Xankəndinə daşınır. Bununla da Azərbaycanın suveren hüquqları təmin edilmiş olur.

Ancaq bu, hələ başlanğıcdır. Böyük ehtimalla yaxın vaxtlarda Ermənistan ümumiyyətlə, sülhyaratma prosesindən təcrid edilə bilər. Ən yaxşı halda, rəsmi İrəvanın bu prosesdə iştirakının sadəcə, formal xarakter alması da mümkündür. Yəni, rəsmi İrəvanın bu prosesdə iştirakı yaxın gələcəkdə Azərbaycan ilə sərhədlərin tanınmasını ehtiva edən yekun sülh sazişinin imzalanmasından uzağa getməyəcək.

Əslində, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın başqa çıxış yolu da qalmayıb. Mövcud olmaq üçün rəsmi Bakının mərhəmətinə möhtacdır. Çünki, Ermənistan hansı tərəfə çevrilsə də, son nəticədə qarşısında Azərbaycan dövlətini görməyə məhkumdur. Ermənistan üçün mövcud olan yeganə "nəfəslik" Azərbaycanın əlindədir. Tezliklə ermənilər də bu reallığı anlayıb, qəbul etməli olacaqlar.

Məsələ ondadır ki, savaş Ermənistanı bütün sahələr üzrə çökdürüb. Yenidən mövcudluq resursları qazanılması üçün isə Azərbaycanın kommunikasiya xətlərini açması yeganə çıxış yoludur. Əks halda, bütün sahələr üzrə çökdürülmüş Ermənistan bu regionda mövcud ola bilməz. Rəsmi Bakı isə bunu sadəcə, humanizm anlayışı üzərindən etməz. Bu önəmli addımın atılması üçün bəzi şərtlərin yerinə yetirilməsi qaçılmazdır. Yəni, hər şeyin bir bədəli var.

_AZpressAZ_0819545f17f5fb068efdbfd4f_o.jpg (43 KB)

Deməli, Ermənistanda hakimiyyətə iddialı olan istənilən siyasi qüvvə ilk növbədə rəsmi Bakı ilə anlaşmağa məcburdur. Artıq rəsmi Bakı Ermənistanda hakimiyyətlərin taleyində birbaşa rol oynayan regional siyasi iradə mərkəzidir. Azərbaycanın siyasi iradəsinə zidd mövqe tutan hakimiyyət Ermənistanı bu "fəlakət quyusu"dan çıxara bilməz. Çünki Azərbaycan kommunikasiya xətlərini açmaz, hətta Ermənistanın blokadasını daha da ağırlaşdıra bilər.

Ona görə də, indi istefa tələbləri ilə itaətsizliyə başlanılması Ermənistanın gələcəyi baxımından, heç nəyi həll etmir. N.Paşinyanı devirməyə çalışan Vazgen Manukyan hakimiyyəti ələ keçirtsə, Ermənistan üçün nə dəyişə bilər? Ermənistanın mövcudluq problemi eyni məzmun daşımayacaqmı?

Digər tərəfdən, V.Manukyan Azərbaycan və Türkiyəyə qarşı ittifaq qurmaq iddiasını necə və kimlərlə reallaşdıra bilər? Ermənistana indi və ya daha sonra Fransa istisna olmaqla, hansı dövlətin dəstək vermək ehtimalı var?

Göründüyü kimi, suallar çoxdur, ancaq Ermənistanı qane edə biləcək cavablar yoxdur. Ona görə də, V.Manukyan bu iddialar ilə hakimiyyəti ələ keçirərsə, Ermənistanın mövcudluq şansını da sual altına sala bilər.

Çünki heç bir dövlət Azərbaycan və Türkiyəyə qarşı Ermənistan ilə ittifaq qurmaq kimi geopolitik avantüraya cəsarət etməz. Bunu edən dövlət Cənubi Qafqazdakı maraqlarından əlini üzmək məcburiyyətində qala bilər. Hətta Fransanın belə, bu məsələdə ehtiyatlı davranmağa üstünlük verəcəyi şübhə doğurmur. Çünki belə bir ittifaq modelinin iştirakçı dövlətlər üçün fayda qarşılığı demək olar ki, mövcud deyil.

manuk-pashik.jpg (32 KB)

Ümumiyyətlə isə V.Manukyanın hakimiyyətə yolunun hamar olduğunu söyləmək də bir qədər çətindir. Onun mitinqlər zamanı səhnəarxasında öz yaxın ətrafı ilə söhbət edərkən Ermənistan əhalisini təhqir etməsi bəzi məqamlardan xəbər verir. Belə ki, onun dediklərinin video qeydə alınıb, sosial şəbəkələrdə yayılması Vazgenə mesaj xarakteri daşıyır. Böyük ehtimalla kimlərsə, Vazgenə demək istəyirlər ki, "nə qədər gec deyil, hakimiyyət iddiasından vaz keç".

Belə anlaşılır ki, kimlərsə, baş nazir Nikol Paşinyanın hələ bir müddət də hakimiyyətdə qalmasında maraqlıdırlar. Yəni, Ermənistanda hakimiyyət yalnız ermənilərin istəyi ilə dəyişə bilməz. Bu, L.Ter-Petrosyanın da vurğuladığı kimi, Ermənistanda daxili xaosu idarəedilməsiz həddə çatdıra bilər. Hazırda belə anlaşılır ki, ermənilərin özlərindən başqa, kimsə bunda maraqlı deyil.

Rusiya sülhməramlı prosesin stabilliyinə daha çox önəm verir. Çünki bu proses Kremlin avtoritet probleminə paraleldir. Və Rusiya bu önəmli faktoru "erməni kaprizləri" ucbatından təhlükəyə atmaz. Son vaxtlar Kremldən Paşinyan hakimiyyətinin daxili mövqelərini möhkəmləndirə biləcək açıqlamaların verilməsi də məhz bununla bağlıdır.

Ona görə də, hazırda Paşinyan hakimiyyətinin "dəfn mərasimi"ni ssenariləşdirilməyə çalışanların planlarının boşa çıxma ehtimalı kifayət qədər yüksəkdir. İndi ermənilər öz gələcək talelərini özləri həll etmək hüququna sahib toplum statusundan ciddi şəkildə uzaqlaşmış kimi görünürlər.

Bu toplumun yeganə çıxış yolu geopolitik proseslərdə onlara ayrılmış itaətə məhkum cəmiyyət roluna boyun əyməkdir. Və bu, ermənilər üçün seçim şansı deyil, məcburiyyətin yeni modelidir. Bundan fərqli istənilən hədəf regionun coğrafi cizgilərinin ciddi şəkildə dəyişməsinə yol aça bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam