Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

 Ter-Petrosyanın cavabı geçikmədi-“Paşinyan Ermənistanı statusdan məhrum etdi”

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün ölkənin ilk prezidenti olmuş Levon Ter-Petrosyanın vaxtilə Qarabağı Azərbaycana vermək istədiyini söyləyib.
Yenixeber.org: Paşinyanın bu açıqlaması qarşı tərəfin hiddətinə səbəb olub.
Belə ki, Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan ittihama reaksiya verərək deyib: “Jurnalistlərin bu məsələ ilə bağlı sorğularına cavab olaraq birinci Prezidentin adından açıqlama verirəm. Paşinyan bu fikri ilə siyasətdə həqiqətən heç nə başa düşmədiyini sübut etdi. Rəqiblərinin, hətta Rusiya kimi müttəfiqlərinin birbaşa sözlərini başa düşmür. Üstəlik, bizim Qarabağı Azərbaycana vermək istədiyimizi söyləyərək ilk prezidenti nədə ittiham etdiyini belə anlamır. Onun artıq "möhtəşəm" şəkildə etdiyi bir iş var - Qarabağı Azərbaycana təhvil verdi. Başqa sözlə, əgər Robert Koçaryan Qarabağ münaqişəsinin nizamlanması prosesində "Artsax"ı (Qarabağ-red) bərabərhüquqlu tərəf statusundan kənarlaşdırmışdısa, Paşinyan isə Ermənistanı bu statusdan məhrum etdi. Artıq Ermənistan bu məsələdə həlledici sözə sahib deyil. Ermənistan üçün mümkün olan yeganə addım, "Qarabağ xalqı"nın (Qarabağda yaşayan ermənilər-red.) humanitar ehtiyaclarını ödəməkdir".


Qeyd edək ki, Paşinyan Ter-Petrosyanın İrəvanın son illərdəki siyasətini tənqid etdiyini, lakin bu gün problemin həllini necə gördüyünü söyləmədiyini demişdi: "Ter-Petrosyan fikirlərinin nəyə əsaslandığını söyləməlidir. O, Qarabağı tamamilə Azərbaycana verib, bununla da mövzunu qapalı hesab etməyimizi təklif edirdi. Ancaq bu gün nədənsə bizi ittiham edirlər".
Onun sözlərinə görə, 1918-ci və 1920-ci illərdə "Batum" və "Aleksandropol" müqavilələrini imzalayan “ARF Daşnaksütyun” partiyası mövcud hökuməti xəyanətdə günahlandırır. Baş nazir hesab edir ki, ARFD-nin hazırkı üzvləri bu sənədlərin imzalanmasını xəyanət kimi qiymətləndirən kimi, hazırkı hökuməti də xəyanətdə ittiham etmək hüquqlarına sahib olacaqlar".

Bundan əvvəl, Ter-Petrosyan İctimai Televiziyaya verdiyi müsahibədə Ermənistanın Azərbaycana güzəştə getməklə daha çox şey əldə edə biləcəyini söyləyib. O, ölkə səlahiyyətlilərinin bu şansı əldən verdiklərini, nəticədə müharibədə məğlub olduqlarını deyib. İlk prezident problemin mərhələli həllini müdafiə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam