Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Levon Ter-Petrosyan: -"Ermənistanı vətəndaş müharibəsi gözləyir"

Levon Ter-Petrosyan: Ermənistanı vətəndaş müharibəsi gözləyir

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyan və müxalifətin hökumət başçısı vəzifəsinə vahid namizədi Vazgen Manukyanı ölkəni vətəndaş müharibəsi həddinə çatdırmamağa çağırıb.

Yenixeber.org: “Sputnik Armeniya” xəbər verir ki, bunu Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi Partiyasının mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.

Sabiq dövlət başçısı bildirib ki, N.Paşinyan və V.Manukyanın qarşıdurması erməni dövlətçiliyinin sonu olar. L.Ter-Petrosyan hesab edir ki, baş nazirlə müxalifətin hökumət başçısı vəzifəsinə namizədi arasındakı mübarizə ölkədə vətəndaş müharibəsinə səbəb olar bilər: “Təxribat nəticəsində baş verəcək bu halın qarşısını tərəflər istəsə belə ala bilməyəcək”.

Qeyd edək ki, 17 siyasi təşkilat Nikol Paşinyanın istefasını tələb edir. Müxalifət baş nazir postuna Vazgen Manukyanı vahid namizəd göstərib.

V.Manukyan 1946-cı il fevralın 13-də anadan olub. Ermənistanın ilk baş naziri, 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri, 1988-ci ilin fevralında ermənilərin yaratdığı “Qarabağ” Komitəsinin həmtəsisçisi və əlaqələndiricisi, həmin ilin iyunundan isə “Qarabağ” Komitəsinin əlaqələndiricisi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam