Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Təhlükə qalır -“Təxribat törətməyə çalışa bilərlər...” 

Təhlükə qalır: “Təxribat törətməyə çalışa bilərlər...” 

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) ABŞ-da mühacir həyatı yaşayan lideri Mahmudəli Çöhrəqanlı yerli internet kanallarından "Reaksiya TV"yə müsahibəsində sensasiyalı fikirlər səsləndirib. 

Yenixeber.org: O, Azərbaycandakı idarəçilik sistemindən danışarkən Rusiyanın nəzarətində olan "beşinci kolon"un dağıdıcı fəaliyyətindən misallar gətirib, adlar çəkib. Çöhrəqanlı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi və keçmiş Baş Qərərgah rəisi Nəcməddin Sadıkovu "Rusiyanın kölələri" adlandırıb.

Xatırladaq ki, son illər "beşinci kolon"un Azərbaycanın daxili və xarici siyasətinə təsirləri, şəbəkələşmiş anti-milli qüvvələrin ortaq fəaliyyəti ilə bağlı cəmiyyətdə geniş diskusiyalar gedir. 2018-ci ildən başlayaraq, bu şəbəkənin önəmli isimləri hakimiyyət postlarından qovulub, onların tapşırıqlarını icra edən yüksək vəzifəli məmurlar isə həbs edilib.

Çöhrəqanlının dedikləri "beşinci kolon"a qarşı mübarizəni yenidən gündəmə daşıyıb.

Bu barədə ardıcıl çıxışları ilə fərqlənən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "AzPolitika.info"ya bildirib ki, sözügedən şəbəkə ilk növbədə ölkədə özəlləşmə adı altında iqtisadi sabotaj həyata keçirdi. 

"Nəticədə müqavimət gücü olan məhsuldar qüvvələr ölkəni tərk etdi, iqtisadiyyat dağıldı, böyük işsizlər ordusu yarandı, sosial problemlər artdı. İqtidar-müxalifət münasibətləri də düşmənçilik həddinə çıxdı, həbslər aparıldı. Nəticədə, xalq-hakimiyyət, müxalifət-hakimiyyət münasibətlərində uçurum yaradıldı", - partiya sədri xatırladır.

ADP sədrinin sözlərinə görə, Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanda müəyyən rəhbər orqanlarda çalışan adamları öz təsirlərinə salmaqla, onların vasitəsi ilə müəyyən tapşırıqların, ideyaların həyata keçirilməsinə nail olublar: "Onlar Rusiya hərbi kəşfiyyatının, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin agentləridir".

Sərdar Cəlaloğlu bildirib ki, "beşinci kolon"un strukturlaşmış fəaliyyəti zəiflədilsə də, hazırda da mövcuddur. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində Rusiyadan uzaqlaşma kursu davam etdirildikcə onların təsiri də azalmağa başlayacaq.

ADP sədri deyir ki, ölkədə həmin şəbəkəyə qarşı mübarizə davam etdirilir: "Korrupsiyaya qarşı mübarizə və başqa müxtəlif adlar altında keçirilən tədbirlərlə Rusiyaya xidmət edən qüvvələr təmizlənir".

Bəs, hazırda bu şəbəkədən Azərbaycana qarşı hansısa təhlükə qalırmı? 

Sərdar Cəlaloğlu hesab edir ki, təhlükələr var: "Hakimiyyəti devirməyə, ölkədə təxribatlar törətməyə çalışa bilərlər. Hazırda Türkiyə də regionda güclüdür, situasiyaya nəzarət edir, ona görə də hesab edirəm ki, real təhlükə yoxdur".

Perspektivə gəlincə, S.Cəlaloğlu nikbindir, deyir ki, Azərbaycan Rusiyadan uzaqlaşdıqca "beşinci kolon"un ölkəyə təsir imkanları da azalacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam