Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ermənistanın “açarı” Rusiyada -taleyi Bakı və Ankaraya bağlı...

Ermənilər aldanış zolağında; Ermənistan ermənilərsiz qalacaq, əgər...; ölkənin birinci prezidenti: “Mən vaxtında xəbərdar eləmişdim...”

Yenixeber.org: İkinci Qarabağ müharibəsində üzləşdiyi acınacaqlı və rüsvayçı məğlubiyyət Ermənistanın Rusiyadan asılılığını daha da gücləndirmiş oldu. Bu asılılığı azaltmağın tək yolu isə Azərbaycan və Türkiyə ilə qonşuluq əlaqələrini tam həcmdə qaydaya salıb, Türkə nifrət isteriyasına həmişəlik son verməkdir. Əslində müharibədən öncə də erməni xalqı üçün, Ermənistan adında kvazi-dövlət üçün “xilas formulu” elə bu idi. Lakin indi bütün ciddiliyi ilə, qabarıq şəkildə gündəmdədir.

Əfsuslar olsun ki, bu gerçəyin ictimai-siyasi dərki məğlub ölkədə ağır gedir. Səbəblərdən biri ənənəvi “erməni xəstəliyi”nin xroniki xarakterli olmasıdırsa, digər heç də az önəmli olmayan səbəb daxildəki və xaricdəki radikal qüvvələrin erməni xalqının yeganə doğru yolu tapmasına əngəl yaratmağa davam eləməsidir. Xəstə təfəkkürlü qatı revanşist-radikallara hələ də elə gəlir ki, erməni xalqı bölgədə təcrid olunmuş vəziyyətdə qala-qala, yəni qonşu Türkiyə və Azərbaycanla düşmənçiliyi sürdürə-sürdürə həmsərhəd olmayan Rusiyanın hesabına xoşbəxtlik tapa biləcək. Əlbəttə ki, bu - böyük aldanışdır və keçən 30 il bu qənaəti əməlli-başlı daşlaşdırıb.

*****

Beləcə, bədxah qonşular Azərbaycanın verdiyi dərsdən 4 aydır düzgün nəticə çıxara bilmirlər. Yekun etibarilə özlərinin könüllü şəkildə Moskvaya verdikləri “cilov” təzəsi ilə əvəzlənib, Rusiyadan vassal və kölə asılılığı daha da möhkəmlənib. Bu fonda müstəqillikdən, suverenlikdən dəm vurmağı isə yalnız virtual aləmdə yaşayan bir toplum bacarardı. İndi ermənilər həm rusu söyür, həm də odan nicat umur və onun yardımlarını məmnuniyyətlə qəbul edirlər, rusun hesabına öz miskin varlıqlarını davam etdirirlər.

Paradoks da ondadır ki, Ermənistanın gerçək müstəqilliyi Türkiyə və Azərbaycana qarşı Rusiya ilə müttəfiqlikdə yox, əksinə, ləngimədən Türkiyə və Azərbaycanla tərəfdaşlıq və dostluq əlaqələri qurmaqdadır. Yoxsa Ermənistanın ermənilərsiz qalmasını Rusiya da önləyə bilməyəcək. Bu günlərdə prezident Armen Sərkisyanın etiraf elədiyi kimi, ermənilərin böyük köçünə indi yalnız pandemiyaya görə sərhədlərin bağlı qalması maneədir...            

*****

Ermənistan İranla sərhədi bağladı

Söz düşmüşkən, bəllidir ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini SSRİ dağılandan sonra da rus hərbçiləri qoruyur. Sanki bu, elə Rusiya (SSRİ)-Türkiyə, Rusiya (SSRİ)-İran sərhədləri kimi qalıb. Xüsusən də 44 günlük savaşdan sonra Ermənistanın darmadağın olması ilə İrəvan bölgədə olan-qalan söz sahibliyini də itirib, faktiki suverenliyin qırıntılarından belə, məhrum olub. İndi onun yerinə əsas qərarların hamısı Moskvada verilir. Kəsəsi, Ermənistanın “açarı” bütünlüklə Rusiyadadır.

Moskva isə nə qədər qəribə də görünsə (yəqin “qulpsuz çamadanı” özü ilə daşımaqdan bezib), bölgədə Ermənistanla sərhədlərin və kommunikasiyaların açılmasını istəyir. Demək, belə də olacaq, İrəvan buna əngəl ola bilməyəcək. Çünki İrəvan Kremlin bir sözünü iki etmək, onun iradəsi əleyhinə getmək gücündə deyil. Xüsusən də kapitulyasiyadan sonra. 

Azərbaycan və Türkiyə də doğru olaraq, Ermənistanla bağlı açar məsələləri məhz Rusiya ilə müzakirə eləməyə üstünlük verir. Nədən ki, Ermənistanın şəriksiz yiyəsi Rusiyadır. Təsadüfi deyil ki, Azərbaycanın öz ərazilərini qısa müddətdə işğaldan azad eləməsində Rusiyanın neytral qalması müstəsna rol oynadı.

*****

Bu xüsusda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın son məqaləsi diqqət çəkir və bir qədər də acı etiraflar stilindədir.

Məqalədə sabiq prezident özünün əvvəlki çıxış və müsahibələrində, məqalələrində “Qarabağ probleminin həllinin açarı Rusiyanın əlindədir” fikrini dəfələrlə dilə gətirdiyini xatırladır və təəssüflə bildirir ki, bu mövqe siyasi qüvvələr, ekspertlər və mövcud hökumət tərəfindən çaşqınlıq və ya qəzəblə qarşılanıb.

Konfliktin həllində həm açar ölkə, həm də əsas əngəl - Rusiya

“Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edən maraqların meydanı olub, olaraq qalır və hesab etmək ki, bu maraqları qorumaq yolundan Kreml nə vaxtsa imtina edəcək, sadəlövhlükdür. Bu, o deməkdir ki, Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir. Odur ki, üstünlüklərindən asılı olmayaraq, istənilən Ermənistan hökuməti həyati vacib problemlərin həllini həmin geosiyasi kontekstdə axtarmalıdır. Bu davranış nə arzular, nə də oriyentasiya ilə deyil, yalnız reallığın dərki və siyasi realizmin imperativliyi ilə bağlıdır. Ermənistanın indiki hakimiyyəti isə, məncə, bunu hələlik dərk etmir”, - Ter-Petrosyan qeyd edib.

Onun fikrincə, Qarabağ məsələsində baş verən faciənin əsas səbəblərindən biri Ermənistanın hazırkı və əvvəlki iki hakimiyyətinin bu reallığı anlamaması və ya onlara məhəl qoymamasıdır. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan reallığı daha düzgün qiymətləndirib və Bakı və Ankaranın Moskva ilə bu yaxınlardakı fəal təmasları bunu göstərir.

Oxu.az - Ermənistanın ilk prezidentindən ermənilərə çağırış: “Müharibənin  bitdiyini reallıq kimi qəbul etmək lazımdır”

Ter-Petrosyan 

 

Yazıdan başqa bir sitat: “Hələ 1998-ci ildə proqnozlaşdırdığım şeylər gerçəkləşdi. 8 yanvarda Ermənistan Təhlükəsizlik Şurasının iclasındakı çıxışımda xüsusilə bunları qeyd etmişdim: ”İstisna etmirəm, əksinə, düşünürəm ki, Xəzər neftinin hasilatı və neft boru kəmərlərinin çəkilməsi problemləri nəzərə alınaraq Rusiyanın tezliklə Azərbaycanla normal münasibətlər qurmaq üçün ciddi səylər göstərəcəyi və bu halda Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi və strateji tərəfdaşı kimi Ermənistanın öz üstünlüklərini itirəcəyi olduqca təbii və ehtimal olunandır. Zənnimcə, Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın Ermənistan və Qarabağ üçün nəticələrini təsəvvür etmək elə də çətin deyil".

Onun sözlərinə görə, “belə bir nəticəyə gəlmək olar ki, Qarabağ nizamlanması prosesində yeni bir Rusiya-Türkiyə-Azərbaycan formatının formalaşması fakta çevrilib”.

*****

Əlavə edək ki, 1997-ci ildə - mərhələli həll planı təklif elədiyi üçün Qarabağ klanı vasitəsilə hakimiyyətdən devrilmək ərəfəsində Levon Ter-Petrosyan belə bir məşhur ifadə də söyləmişdi: “Qarabağla bağlı bizə indi təklif olunanı götürməsək, vaxt gələcək yalvaracağıq, çünki Azərbaycan güclənəcək, Ermənistan isə zəifləyəcək...”

Azərbaycanın 44 günlük qalibiyyətli müharibəsindən sonra Ermənistan indi nəinki zəif durumdadır, faktiki uçurumun qırağındadır. Onu uçuruma yuvarlanmaqdan yenə yalnız Bakı və Ankara xilas edə bilər...
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam