Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Almaniyada bəzi qüvvələr uğurlarımızı qəbul edə bilmirlər” -Partiya sədri

“Almaniyada bəzi qüvvələr uğurlarımızı qəbul edə bilmirlər” -  Partiya sədri
“İstisna deyil ki, son zamanlar Almaniyadan Azərbaycana qarşı başladılmış müəyyən kampaniyaların arxasından erməni izi çıxsın. Çünki erməni lobbi və diaspor təşkilatlarının Avropada media və siyasi dairələrə kifayət qədər təsir imkanları var”.
Yenixeber.org: Bu barədə Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Deputatın sözlərinə görə, erməni diasporu ilə yanaşı bəzi xarici siyasi qüvvələr də var ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfər və digər uğurları hələ də qəbul edə bilmir:

“Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra təbii olaraq güclü təşkilatlanmış erməni diasporları ölkəmizə qarşı demək olar ki, səlib yürüşünə başladılar. Onlar müəyyən media qurumlarını ələ almaq və korrupsiya yolu ilə təkcə Almaniyada yox, əksər Avropa ölkələrində bu istiqamətdə öz fəaliyyətlərini qururlar. İstisna deyil ki, Azərbaycanın müharibədəki nailiyyəti, ölkəmizin strateji cəhətdən mühüm əhəmiyyətə malik olan beynəlxalq layihələrdəki uğurlu gedişləri Almaniyadakı bir çox qüvvələrə qıcıq versin. Yəni Almaniya daxilində müəyyən siyasi qüvvələr bu uğurları qəbul edə bilmirlər. İlk növbədə son dövrlərin yadda qalan hadisələrindən olan Türkmənistanla imzalanmış müvafiq saziş və uğurlu əməkdaşlıq həmin qüvvələrin planlarını pozdu. Bu səbəbdən yenə ölkəmizə qarşı hücuma keçməyə başladılar”.

Asim Mollazadə xatırlatma edib ki, rəsmi Bakı bu cür qarayaxma kampaniyalarını əvvəllər də görüb. Azərbaycan hansısa böyük uğura imza atanda, ölkədə mühüm beynəlxalq tədbir, yarış keçiriləndə və digər tarixi məqamlarda ənənəvi xarici qüvvələr müəyyən korrupsiyalaşmış media və ayrı-ayrı təşkilatlar vasitəsilə Bakıya qarşı hücumlar təşkil edirlər:

“Yəni Azərbayacana qarşı mənfi fikir formalaşdıran, qərəz, yalan, nifrət yayan bu dalğalar indi də bərpa olunub. Düzü, artıq buna alışmışıq. Bizim hər zaman bu cür anormal məsələlər, qərəzli yanaşmalar və kampaniyalarla bağlı çox uyğun və gözəl bir cavabımız olub. Bu da “it hürər, karvan kecər” misalıdır. Əslində Almaniya hökumətinin Qarabağ məsələsi ilə bağlı mövqeyi hər zaman birmənalı olub. Onlar beynəlxalq hüquq normalarını dəstəkləyiblər. Amma düşünürəm ki, indiki kampaniyanın arxasında duran müəyyən siyasi korrupsiyaya uğramış qüvvələrdir ki, onlar da elə korrupsiyalaşmış mediadan istifadə etməklə ölkəmizə qarşı hücuma keçirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam