Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

O, Qarabağda cərrahiyyə əməliyyatları həyata keçirib -Deputat

 

Avropa Parlamentində müvafiq lobbi qruplarının fəaliyyət göstərdiyi artıq hamıya məlumdur. Bu qruplar arasında ən zəngini və güclüsü erməni lobbi qrupudur.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib.

O qeyd edib ki, bu mənada Avropa Parlamentinin separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus öz fikirlərini deyil, erməni diasporunun vəsaitlərinin dili ilə fikirlərini ifadə edir.

Avroparlamentin sözügedən üzvünün ölkəmizə qarşı hər zaman separatçı mövqe tutduğunu deyən A.Mollazadə bildirib ki, E.Teoxarus hələ 1990-cı illərin əvvəllərindən Ermənistanın və erməni lobbiçilik şəbəkəsinin alətinə çevrilib və ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib:

“Eleni Teoxarusun siyasi baxışları bu gündə ölkəmizə qarşı düşmənçilik mövqeyi tutmaqdan ibarətdir. Bu cür çıxışlar edən və fəaliyyət göstərən Avropa Parlamentinin deputatları mütləq araşdırılmalı, onların konkret əlaqələri müəyyənləşdirilməli və qeyri-qanunu lobbiçilik fəaliyyətləri ifşa olunmalıdır”.

E.Teoxarusun Ermənistan və erməni diaspor təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının işğalı və nəticədə yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də Avropa Parlamenti çərçivəsində təşviqi fəaliyyətinin göz önündə olduğunu vurğulayan deputat əlavə edib ki, Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və Avropa İttifaqının müvafiq strukturları bu məsələyə diqqət cəlb etməli və araşdırmalar aparılmalıdır.(teleqraf)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam