Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İşçi qrupun rəhbəri:“Erməni lobbisi ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vurur”

“ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Bu, qeyri-obyektiv və ikili standartlarla müşahidə olunan qərar kimi qiymətləndirilməlidir. Azərbaycan həmişə Türkiyənin yanındadır. Siyasiləşmiş qərarların qəbul edilməsi regionda vəziyyəti daha da gərginləşdirməyə xitməd edir”.

Yenixeber.org: Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Səməd Seyidov keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, “erməni soyqırımı” barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər “Dağlıq Qarabağın xarici işlər naziri” ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir: “Bu məsələlər bir-biri ilə bağlıdır. Bütün bunlar həm Türkiyə, həm də Azərbaycana ciddi təsir göstərən məsələlərdir. Konqresdə “Artsax” adı altında dinləmələrin təşkil edilməsi ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi nüfuzuna ciddi mənfi təsir göstərir. ABŞ Azərbaycanla münasibətlərdə obyektiv tərəf kimi özünü göstərib. Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Nümaynədələr Palatasında qəbul edilən qərarı pisləyirəm. Düşünürəm ki, bu, erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhddidir. Həmin dinləmələrə gələn də yox idi, 10-15 nəfər iştirak edib. Konqresdə “Artsax” adı altında dinləmələrdə iştirak edənlər də Nümayəndələr Palatasına qondarma “soyqırım” barədə layihə təqdim edənlərdir”. 

İşçi qrupun rəhbəri vurğulayıb ki, Azərbaycan və ABŞ münsibətləri yüksək səviyyədədir, ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyi göz qabağındadır: “Amma Konqresdə fəaliyyət göstərən ermənipərəst qüvvələr Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışmaqla bərabər, ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vururlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam