Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Naxçıvanın keçmiş nazirlərinin həbsinin yerli və Moskva versiyaları-TƏHLİL

 

Qısa müddətdə Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş təhsil naziri Məmməd Qəribov və NMR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədovu həbs etdi. Həbslərin səbəbləri rəsmi olaraq açıqlanmayıb.

Yenixeber.org: Bakıda inşaat sahələrində çalışan adi naxçıvanlılar arasında iki versiyadan istifadə olunur: büdcədə pul çatışmazlığı var və həbs edilənləri silkələyirlər ki, talan etdikləri pulları alsınlar. İkincisi: keçmiş nazirlər Türkiyənin FETÖ terror təşkilatı ilə əlaqələndirilir və bu barədə məlumat Türkiyədən gəlib.

Azərbaycan mətbuatı Əhmədovu daha çox müzakirə edir. Onun qardaşı iki vətəndaşı 140 min manat məbləğində aldatmaqda günahlandırılır. Əhmədov özü, rəsmi imkanlarından istifadə edərək aldadılanlara təzyiq edir. Əhmədov haqqında deyirlər ki, Talıbovun tabeliyində ən inadkar adam olan bu şəxs daxili işlər naziri vəzifəsinə qayıtmaq üçün Bakıda yollar axtarır, hakimiyyəti NMR rəhbərinə qarşı qoyur.

Digər analitiklər Yeni Azərbaycan Partiyasının qurultayında maskasız çıxaraq mərkəzi hakimiyyətə hörmətsizliyini vurğulayan NMR başçısı Vasif Talıbova Bakıdan qəsdən hücum edilyini iddia edirlər.

 NMR öz resurslarına görə özünü təmin edə bilən Azərbaycan bölgəsi ola bilər. Ancaq 2019-cu ildə İ.Əliyev Vasif Talıbova dedi ki, Naxçıvan büdcəsinin yalnız 22%-i yerli gəlirlər hesabına formalaşır. Bu, o deməkdir ki, 383 milyon manatdan yalnız 83 milyonu yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manatı isə Bakıdan dotasiya olunur.

2019-cu ildən Talıbov çox istəsə də, subsidiyanı dayandırmaq üçün "bölgəsinin" iqtisadiyyatını düzəldə bilmədi. Bəlkə də, prezidentin tapşırığı ilə mütəxəssislər Naxçıvan iqtisadiyyatını yoxlayıb və Talıbovun nazirlərinin qəsdən yaratdığı dəlikləri tapıblar. Bakı Naxçıvan xanlarını kənarlaşdırmaqla Talıbovu sarsıdır?

“Mən düşünürdüm ki, Vasif Talıbov tərpədilir, amma Yeni Azərbaycan Partiyasının Siyasi Şurasına daxil olduğunu nəzərə alsaq, demək, belə deyil. Ancaq görünür, onun vaxtı azalıb, - deyə Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi, azərbaycanşünas alim Aleksandr Karavaev suallarımızı cavablandırıb.

 

- Azərbaycanda naxçıvanlılar klanını ölkənin birinci xanımının çevrəsindən olan insanlarla əvəzləməsi versiyası var...

- İlk baxışdan belə görünür ki, bu qərarlar ən çox "naxçıvanlılar" icmasına yönəlib. Beləliklə, azərbaycanlı müşahidəçilər bir neçə ildir ki, birinci vitse-prezidentin irəli sürdüyü loyal namizədlərlə Naxçıvan komandasının yenidən təşkil edildiyi nəticəsinə gəlir.

Mənə elə gəlir ki, bu qərarların fərqli bir planı var. Azərbaycanda əsas postlar çox deyil, bu səbəbdən müəyyən yerlilər qrupunun prezidentin ətrafında ən güclü və nüfuzlu olması obyektiv olaraq təbiidir. Təbii olaraq, o, əvvəllər zəifləmiş digərlərindən daha çox zərbə alır. Bəs niyə nazirlər, məsələn, Rusiyada olduğundan daha çox həbs olunur?

Məsələ oliqopoliyanın qurum rəhbərinin kürsüsünə bağlı olan aralıq iqtisadi agentlər olmadan iqtisadiyyata birbaşa təsirinin miqyasındadır. Bu, Rusiyada da var, xüsusən 2010-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində olmuşdu. Ancaq bu, Azərbaycanda bir fenomendir.

Bu səbəbdən kadr faktorunu dəyişəndə keçmiş iqtisadi idarəetmə strukturları məhv edilir, nazirlərin ətrafındakı yerli (sektoral) təsir qrupları ləğv edilir ki, bu da əvvəlki biznesin (yuxarı eşelonun özəl mənafeyi) dövlət sektorunun bir hissəsi ilə birbaşa birləşmə modelindən imtina etmək demək ola bilər..

Nəticənin necə olacağı hələ dəqiq deyil.

Azərbaycanda qərarlarda böyük müstəqil iqtisadi oyunçunun görünməyəcəyi başqa bir məsələdir. Buna heç bir ehtiyac və zəmin yoxdur. Məsələ bundadır ki, yeni funksionerlər dövlət fondlarını nə qədər səmərəli idarə edəcəklər.

- Azərbaycan mətbuatı Əhmədovun həbsinin korrupsiya səbəbini müzakirə edir.

- Bu cür vəziyyətlərin müxtəlif aspektlərini fərqləndirməliyik. Naxçıvanlılar Azərbaycanda həyatın müxtəlif sahələrində rəhbər vəzifələr tutub. Ancaq bu, idarəetmə strukturunda heç bir şeyin dəyişməyəcəyi demək deyil. Çox güman ki, mərkəzi Vergilər Nazirliyinin yoxlaması muxtariyyətin hakimiyyət sistemində struktur dəyişikliklərinə səbəb olmadığı üçün kifayət qədər ciddi problemlər yaranıb. Xatırlayırsınızsa, o zaman Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri ilə problem onun bu vəzifədə 17 illik xidmətindən sonra - 2017-ci ildə ortaya çıxdı. Dövlət strukturları ilə biznesin qarşılıqlı təsiri çərçivəsində mümkün olan məsələlər var, məsələn, kölgə zonasından leqal zonaya və büdcədən geri vəsaitlərin axının qarşılıqlı şərtləndirilməsi, korrupsiyanın və “otkatların” müəyyən səviyyəsi. Bu barədə açıq danışmırlar, amma bunlar obyektiv reallıqlardır, mövcuddurlar. Qəbul olunmayan şeylər var – zorla pul qoparmaq, dövlət vəsaitinin mənimsənilməsi, prezident sərəncamlarının sabotaj edilməsi, dəbdədə, bunlar vətəndaşların nifrətini artırır. Bu qırmızı xəttin harada pozulduğunu dəqiq bilmirik, amma görünür, açıq şəkildə sistemli şəkildə baş verib. Görünür, ötən gün həbs olunan Naxçıvanın keçmiş təhsil naziri Qəribovla bağlı da oxşar vəziyyət olub. Bundan əlavə, belə istefalara vəzifədə uzun müddətdə oturmağın hakimiyyət aparatının effektivliyinin azalması problemi təsir edir, bu zaman yuxarda gələn tapşırıqların yerinə yetirilməsinin effektivliyinin aşağı düşməsi nəticəsində yeni layihələr sahəsində keyfiyyətsiz qərarlar qəbul edilməsi riski artır: bu həm bizneslə birgə hərəkətə, həm də yerlərdə dövlət təşəbbüslərinə aiddir.

- Naxçıvan elitasının bu təmizlənməsi prosesi muxtariyyət rəhbərliyinə də toxuna bilərmi?

- Hələ demək çətindi. Bəlkə, dərhal baş verməyəcək. Vasif Talıbov, bir vaxtlar, MDB-də ən gənc regional lider idi - 33 yaşında Naxçıvan muxtariyyətinin rəhbəri seçildi. Onun hakimiyyəti dövründə yerli təhsilin inkişafında, tarixi yaddaşın inkişafında bir çox, həqiqətən, zəruri tədbirlər olub. Qonşularla xarici və regional əlaqələr qurmağı, nəqliyyat şəbəkəsini qorumağı bacardı. İndi yenidən Yeni Azərbaycan Partiyasının siyasi şurasına təyin edildi. Buna görə karyerasını bitirmək ərəfəsində olduğunu söyləmək hələ tezdir. Amma bunlar onun gələcəyi haqqında düşünməyə, bəzi qərarlar verməyə səbəb olacaq.
- Belə söhbətlər də var ki, Talıbovun fiquru Bakının türkiyəli tərəfdaşlarını qane etmir. Bunun arxasında hər hansı bir məna ola bilərmi?

-  Bir tərəfdən, muxtariyyət, həqiqətən də, daha çox diqqət obyekti olur. Nəqliyyat dəmir yolunun inkişafına investisiyalar, avtomobil yollarının ötürmə qabiliyyətinin genişlənməsi ərəfəsində təsərrüfat fəaliyyətinin intensivliyi artacaq, muxtariyyətin məmurları isə həm Rusiya, Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin işçi qrupu çərçivəsində, həm də Bakı ilə Ankaranı regionda qarşılıqlı əlaqələr məsələsində çoxtərəfli danışıqların iştirakçısı olacaqlar.

Yəqin, qərarların artan intensivliyinə və mürəkkəbliyinə uyğun olaraq yerli hökumətin şəxsi tərkibinə yenidən baxılması məntiqlidir.

Bəlkə də, son illərdə formalaşan dövlət-özəl tərəfdaşlıq şərtlərinə yenidən baxmaq lazımdır. Ancaq bu zaman kənardan təsir altına düşmək lazım deyil. Bu təsirin olduğunu ehtimal etsək. Güman edirəm, İlham Əliyev burda optimal həll yolu tapacaq.(“Turan” )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam