Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Arutunyan yenə müstəqillikdən danışır-ŞƏRH

 

Xankəndində Rusiya əsgərlərinə sığınmış oyuncaq rejimin lideri Moskvanın iradəsi və maraqları ziddinə bəyanatlar səsləndirə, addımlar ata bilərmi?

Yenixeber.org: Bu gün Dağlıq Qarabağdakı erməni separatçılarının başçısı, Azərbaycanın hərbi cinayətkar kimi beynəlxalq axtarışa verdiyi Arayik Arutunyan xalqa müraciət edib. O bildirib ki, “Artsaxın müdafiə ordusu Artsax xalqının fiziki təhlükəsizliyini bundan sonra da təmin edəcək və bunun da qarantı Rusiyanın sülhməramlı qüvvələridir”. Arutunyan deyib ki, münaqişənin həllində öz müqəddəratını təyinetmə prinsipi əsasında “Artsax respublikası”nın beynəlxalq səviyyədə tanınmasına nail olmaq əsas məqsəddir.

Separatçının sözlərində daha bir diqqətçəkən məqam Rusiyanın bölgədəki humanitar fəaliyyətini Avropa ölkələrinə örnək göstərməsidir: “Ümid edirəm ki, digər dövlətlər və beynəlxalq təşkilatlar nəhayət, Artsaxın beynəlxalq təcridinin buzunu qıraraq Rusiyadan nümunə götürəcəklər”.

Arutunyan bu çıxışı etdiyi vaxtda erməni mediası Qarabağda 100-dən çox erməni əsgərinin Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyünü yazırdı. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə xeyli sayda silahsız erməninin Azərbaycan xüsusi təyinatlılarının əhatəsində olduğu görünür. Arutunyan bu barədə belə deyib:

“Bir tərəfdən bizim Azərbaycan tərəfi ilə təmas xəttimiz var və müharibəyə görə iki dəfə yarım artıb. Bəzi yerlərdə xətt bizim yaşayış məntəqələrindən keçir və Ermənistanla əlaqə çox məhduddur. Digər tərəfdən, insan və texniki vəsaitlər məhduddur, yeni cəbhə xəttinin möhkəmləndirilməsi baxımından vaxtımız azdır. Üçüncüsü, bizə verilən təhlükəsizlik təminatı erməni xalqının və Ermənistan Respublikasının daimi dəstəyi, Rusiya Federasiyasının sülhməramlı kontingentinin mövcudluğuna əsaslanır”.

Xatırladaq ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinə görə, erməni silahlı qüvvələrinin çıxarılması Rusiya kontingentinin yerləşdirilməsi ilə paralel şəkildə həyata keçirilməli idi. Yəni noyabrın axırında bütün erməni silahlı qüvvələri Dağlıq Qarabağ və ətrafını tərk etməliydi. Burada söhbət bütün hərbi qüvvələrdən gedir –  silahlı birləşmələrin Ermənistan ordusuna rəsmən aid olub-olmaması əsas deyil. Amma Arutunyanın açıqladığı “yol xəritəsi”ndə əsas vəzifələrədən biri kimi “Arsaxın müdafiə ordusu”nun gücləndirilməsi göstərilir. Deməli, Rusiya razılaşmanın 4-cü bəndinə əməl etmir, bölgədə erməni silahlıları qalır.

Xankəndində Rusiya əsgərlərinə sığınmış oyuncaq rejimin lideri Moskvanın iradəsi və maraqları ziddinə bəyanatlar səsləndirə, addımlar ata bilməz. Bu durum bütövlükdə 10 noyabr sənədinin başqa bəndlərini də sual altına alır. Erməni hərbi dəstələrinin mövcudluğu şəraitində azərbaycanlıların Dağlıq Qarabağda məskunlaşdırılması mümkün olmayacaq. Halbuki razılaşmanın əsas müddəalarından biri budur. Rusiya bu prosesi birtərəfli qaydada apararaq əraziyə ermənilərin yerləşdirilməsini davam etdirir. Deməli, əvvəlcədən ehtimal olunan ssenari gerçəkləşdirilir: Bakının nəzarətindən kənar ərazilərdə ölkənin suverenliyi təmin olunmur, bölgə Rusiyanın himayəsi altında separatçı ermənilərdə qalır.

Arutunyanın “Artsax”ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasından dəm vurması da üçtərəfli razılaşmanı, habelə Rusiya prezidentinin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu barədə verdiyi bəyanatları istisna edir. Ümumiyyətlə, onun bu cür iddialarla çıxış etməsi Qarabağ münaqişəsinin həll olunduğunu bəyan edən Moskva və Bakının mövqeləri ilə kəskin təzad təşkil edir. Göründüyü kimi, hələlik münaqişənin yalnız hərbi fazasının səngiməsindən danışmaq olar. Son günlər atəşkəs rejimi də tez-tez pozulmağa başlayıb, Azərbaycan 4 hərbçi itirib, xeyli sayda başıpozuq erməni silahlısı təslim olub.

Daha bir vacib məqam Araik Arutunyanın Rusiyanın himayəsindən, humanitar dəstəyindən məst olması və digər ölkələri ondan nümunə götürməyə çağırmasıdır. Əlbəttə, bu, Rusiyanın sülhməramlı missiyadan kənara çıxıb, Azərbaycanın suverenliyini rədd edən erməni qüvvələrini dəstəkləməsinin nəticəsidir.

Separatçı liderin sözləri və əməlləri, ümumən nəzarətimizdən kənar zonada yaranmaqda olan status-kvo Azərbaycan üçün həyəcan siqnalıdır. Bakı bütün bu məsələləri təcili şəkildə Rusiya rəhbərliyinin qarşısında qaldıraraq onların həllini tələb etməlidir. Eyni zamanda, müttəfiq Türkiyə Respublikası ilə bu mövzuda məsləhətləşmələrə start verilməlidir. Ölkə daxilində aparılan siyasət də prosesə adekvat olmalıdır. Bölgədə baş verənlər barədə ictimaiyyət operativ məlumatlandırılmalı, mediada azad müzakirə mühiti təmin olunmalıdır. Dövlət cəmiyyətin narahatlığı və narazılığından öz siyasətində istifadə etməlidir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam