Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Qarabağdakı erməni hərbi birləşmələri: -Araiki arxayınlaşdıran nədir?

Dağlıq Qarabağda özünü hələ də “DQR prezidenti” kimi qələmə verən cinayətkar Araik Arutunyan o dərəcədə azğınlaşıb ki, yeni “hökumət” formalaşdırır, təyinatlar edir. Bu isə açıq-aşkar Azərbaycanın əsəblərilə oynamaq, həmçinin imzalanan üçlü bəyannaməyə açıq-aşkar hörmətsizlikdir. Çünki orada statusla bağlı bir kəlımə də yoxdur.

Yenixeber.org: Bəs proses hara qədər davam edəcək? Rəsmi Bakının buna reaksiyası necə olmalıdır?  Ermənistan ordusu Qarabağdan tam çıxıbmı?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, bu – Azərbaycanın diqqətdə saxlamalı olduğu əsas məsələdir: “Ermənilərin oyunbazlıqlarına sərt şəkildə son qoyulmalıdır. Dağlıq Qarabağın Azərbaycanlı İcması təcili Xankəndinə qayıtmalıdır. Xankəndi , Xocalı, Ağdərə və digər yerlərə azərbaycanlıların qayıdışı təmin edilməlidir. 10 noyabrda imzalanmış sənəddə bu, nəzərdə tutulur. Sənədin bu bəndinin yerinə yetirilməsində Azərbaycan israrlı olmalıdır. Özü də vaxt itirmədən. Oradakı ermənilər ancaq icma şəklində təmsil oluna bilərlər. Araik Arutunyan barəsində cinayət işi açılıb, ona uyğun o, axtarışa verilməlidir. Rusiya tərəfindən tələb olunmalıdır ki, onun Azərbaycanın hüquq-mühafizə orqanlarına verilməsi təmin edilsin. Eyni zamanda Rusiya tərəfindən tələb olunmalıdır ki, Araiklə təmaslardan imtina etsinlər. Əks halda Azərbaycan hərbi əməliyyatları bərpa etməlidir. Rusiya öz öhdəliklərini yerinə yetirməlidir. Elə olmasa, Azərbaycan da kommunukasiyaların açılması və sair öhdəliklərindən imtina etməlidir. Azərbaycan həmçinin 10 noyabr sənədinin şərtləri tam yerinə yetirilənə qədər həmsədrlərlə görüşə razılıq verməməlidir.

Ermənilər həmsədrlərlə birlikdə yenidən məsələni köhnə məcraya qaytarmaq istəyirlər. Yəni Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirmək istəyirlər. Buna yol vermək olmaz. Dağlıq Qarabağda yaşayan ermənilərin yalnız Azərbaycan vətəndaşı statusundan söhbət gedə bilər. Bunun üçün də təcili olaraq Dağlıq Qarabağda Azərbaycan hakimiyyət atributları bərpa olunmalıdır. Xankəndi və digər ərazilərə Azərbaycanın komendantları təyin olunmalıdır. Rusiya sülhməramlılıları yalnız bu komendantlarla təmasda olmalıdırlar. Azərbaycan bu məsələdə yumşaq hərəkət etsə, əldə etdiyimiz nəticələrin heç bir mənası olmayacaq. Ermənilər bizdən Dağlıq Qarabağı qoparıb almaq istəyirdilər. İndi həmin planı reallaşdırmağa cəhd edirlər. Qətiyyən imkan vermək olmaz”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan Ermənistan və Rusiya liderləri arasında Qarabağda müharibənin dayandırlması barədə bəyannaməyə əməl edilməsi mütləqdir və burada qeyd edilən müddəalar qeyd-şərtsiz yerinə yetirilməlidir: “Azərbaycan bəyannamədən irəli gələn öhdəlikləri yerinə yetirir. Rusiya və Ermənistan isə Dağlıq Qarabağda qondarma rejimin hələ davam etməsində maraqlı görünür. Bundan əlavə, ermən silahlı birləşmələri hələ də Xankəndi, Xocavənd və Ağdərədə qalmaqdadır. Hətta Xocavənddə postlar qurulub, qondarma rejimin bayrağı qaldırılıb. İlk növbədə bu məsələlərlə bağlı Rusiya üzərinə götürdüyü öhdəlikləri əriyerinə yetirməlidir. Orada Rusiya sülhmərmlı qüvvələri var və Arutunyan məhz onlara arxayın olub sabotajlara əl atır. Hesab edirəm ki, üçtərəfli bəyannamə məhz Rusiya tərəfindən bəzən pozulur. Çünki silahlı erməni birləşmələrini oradan Rusiya çıxarmalıdır. Əgər onlar qalacaqsa, təhlükəsizliyi təhdid edəcək və yeni bir problem ortaya çıxacaq. Azərbaycanlıların Xankəndi, Xocavənd, Xocalıya qayıtmaq mərhələsi var. Erməni silahlı birləşmələri orada qalacaqsa, bu geri qayıtma yeni risklərə səbəb ola bilər. Ona görə də ilk növbədə Azərbaycan Rusiyadan bu məsələlərin həll edilməsini tələb etməlidir. Ermənistanın rəsmi şəxslərinin Xankəndiyə girişinə icazə verilməməli və Arutunyanın orada qondarma rejimin davam etdiriməsinin qarşısı alınmalıdır. Belə olmayacağı təqdirdə Rusiyanın burada fəaliyyəti sülhməramlı kimi deyil, burada erməniləri müdafiə etmək və onlara qondarma rejimin davam etdirilməsinə şərait yartamaq kimi qiymətləndirilməlidir. Arayik Arutunyana icazə verilməməliidir ki, prosesi qızışdıran əməllərə yol versin. Əgər buna yol verirsə, buna şərait yardan Rusiya sülhməramlı qüvvələridir. Rusiyanın burada işi sülhü təmin etmək və buranın inteqrasiyasını Azərbaycanın yuridiskasiyasına daxil etməkdir. Biz onlara gəlib orda ermənilərin separatçılıq meyllərinin inkişaf etdirilməsi üçün icazə verməmişik. Arutunyan hər gün “Arstsax respublikası” deyib durur. Bu, onu göstərir ki, onlar öz məqsədlərindən geri çəkilməyib”.

Politoloq hesab edir ki, Azərbaycan və Türkiyə Rusiyadan bu məsələni qəti tələb etməli və Azərbaycan ərazisindəki silahlı erməni birləşmələrinin əraziləri dərhal tərk etməsi məsələsi qoyulmalıdır: “Tələb etməsək gələcəkdə yeni ssenarilərin ortaya çıxması mümkündür. Erməni silahlı birləşmələri Azərbaycan ərazisində nə gəzir? Bu məsələ düşünürəm ki, həll ediləcək. Çünki orda silahlı birləşmələr olacaqsa, bizim suverenliyimiz Xankəndində olmayacaq. Fakt odur ki, hazırda bu hərbi birləşmə ordadır. Onları orada Rusiya saxlayıb. Artıq Ermənistanın Qarabağda hər hansı bir siyasi iradəsi və gücü yoxdur. Türkiyə Rusiya ilə danışmalı və bu məsələ gələn il həll edilməlidir. Xankəndidə baş verənlər Rusiyanın regionda maraqlarına ziddir və bu ölkəyə etimadı zəiflədir. Mən əminəm ki, Prezident İlham Əliyev qətiyyətli addımlar atıb Xankəndindəki qondarma qurumu və silahlı erməni hərbi birləşmələrini ləğv etdirəcək”.     

 

(Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam