Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyalı deputatın bu məqamda Qarabağda nə işi var? -FOTO

 

Putinin partiyasının üzvü Milonovun Xankəndinə getməsi həm qanunsuz, həm də provokativ addımdır

Yenixebner.org: Rusiya Dövlət Dumasının deputatı, hakimiyyətdəki “Yedinaya Rossiya” Partiyasının üzvü Vitali Milonov işğal altındakı Azərbaycan ərazisinə səfər edib. Erməni mənbələrinin məlumatına görə, Milonov bu gün Xankəndinə gedərək yerli oyuncaq rejimin başçısı Araik Arutunyan ilə görüşüb.   

Arutunyan səfərə görə Milonova təşəkkür edərək münaqişənin həlli və uzunmüddətli sülhün əldə olunmasında Rusiyanın vacib rolunu vurğulayıb. Rusiyalı deputat isə açıqlamasında Azərbaycan və Türkiyəni ittiham edib. “Bu gün biz Dağlıq Qarabağın prezidenti Araik Vladimiroviç Arutunyanla görüşdük. Bu mürəkkəb günlərdə bizim qəlbimiz qardaşlarımızla bərabərdir. Azərbaycan və Türkiyə tərəfindən problemin silahlı həlli yolverilməzdir. Biz çox ümid edirik ki, Artsaxın dinc səması təcavüzdən etibarlı qorunacaq və hər hansı türk PUA-ları həyatlara son qoymayacaq”, – deyə Milonov söyləyib.  

Rusiya Dövlət Dumasının üzvünün Azərbaycan hökumətindən icazəsiz, onun nəzarətindən kənar əraziyə səfər etməsi təbii ki, qanunsuzdur. Vitali Milonovun adı şübhəsiz ki, Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək. Amma bununla yanaşı, indiki məqamda bu səfər həm də ciddi provokasiya kimi qiymətləndirilməlidir. Hazırda müharibə gedir və heç bir təminat yoxdur ki, atılan hansısa raket və ya mərmi ruisyalı deputatın olduğu məkana, keçdiyi yollara düşməyəcək. Yaxud, erməni tərəfi özü qəsdən elə şərait yarada bilər ki, Milonov yaralansın, hətta ölsün və məsuliyyəti Azərbaycanın boynuna qoysunlar. Beləliklə, Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaransın və Moskva müəyyən addımlara sövq edilsin. 

Erməni tərəfi hazırda əlindən gələni edir ki, Rusiyanı münaqişəyə cəlb etsin və Azərbaycanı dayandırsın. Bu məqsədlə onlardan hər cür təxribat gözləmək olar.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam