Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ermənistan tarixin yol ayrıcında -Bakı elə bir dərs verdi ki...

 

Məğlub və sındırılmış ölkənin toplumu doğru çıxış yolu tapa biləcəkmi?; Paşinyan istefaya getməyəcəyini deyir, müxalifət isə...; Levon Ter-Petrosyandan SOS: “Başımıza gələnlərdən dərs götürməsək, yaşamağa layiq xalq ola bilməyəcəyik...”

Yenixeber.org: Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Gələn xəbərlərə görə, baş nazir Nikol Paşinyan 44 günlük müharibədə ölkəsinin acı məğlubiyyətindən sonra da hakimiyyətini qorumağa çalışır. Bundan ötrü o, siyasi həbslər həyata keçirir, hakim blokun üzvü olan deputatlar vasitəsilə parlamentin fövqəladə iclasının baş tutmasını əngəlləyir. Həmçinin istefaya hazırlaşmadığı haqda cəmiyyətə ard-arda mesajlar göndərir.

“Mənim gündəmimdə yalnız bir məsələ var - ölkədə stabilliyi təmin eləmək. Başqa bir məsələ yoxdur”. “Yeni Müsavat” xəbər verir ki, bunu o, dünən yerli KİV-ə on-line rejimdə verdiyi müsahibə zamanı mümkün istefası ilə bağlı səslənən sualı cavablandırarkən deyib.

Sorosçu baş nazir paralel surətdə öz xalqını yenə aldatmağa cəhdlər edir. Misal üçün, Fransa kimi havadarına arxayın olaraq bəyan edir ki, “Dağlıq Qarabağın statusu məsələsi indiki şəraitdə xüsusilə aktuallıq qazanıb və bu məsələ danışıqlarda öz həllini tapmalıdır”.   

Onun bu qəbildən sözləri isə hətta Rusiyanın ekspert dairələri və KİV-lərində də istehza və gülüş doğurmaqda, “daldan atılan daş” kimi qiymətləndirilməkdədir. Ən azı o səbəbdən ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu məsələsinin artıq “cəhənnəmə getdiyini” net şəkildə söyləyib. Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanan 3 tərəfli sənəddə də status barədə heç nə deyilmir. Bu da o anlama gəlir ki, artıq Ermənistanın 1 nömrəli hərbi-siyasi və strateji müttəfiqi Rusiya da reallıqla, yəni Bakının hərbi qələbəsi ilə barışıb. Nikol Paşinyan isə hələ də öz xalqına “gümrahlaşdırıcı iynələr” vurmağa çalışır...  

*****

Dmitry Kiselyov - Wikipedia

Dmitri Kiselyov

 

“Ermənistanın baş naziri Paşinyan indiki şəraitdə belə Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmalı olan statusunda israr edir”. Bunu ötən bazar “Vesti nedeli” verilişi zamanı teleaparıcı Dmitri Kiselyov söyləyib.

“Vəziyyəti doğru qiymətləndirməmək Ermənistan üçün hərbi quruculuq, müharibə zamanı axmaq komandanlıq və öz xalqını aldatmaq kimi blefə çevrildi. İndi nə olsun bəs? Ermənistan ordusu darmadağın oldu. Hər şeyi öz adı ilə çağırsaq, Paşinyan indi fəlakətdən danışır. Ancaq Rusiya olmasaydı, nə olardı görəsən”, - deyə aparıcı ironik şəkildə sual edib.

Əlbəttə ki, Ermənistan üçün daha betər olardı. Bunu Paşinyan da, onun Dağlıq Qarabağdakı qulbeçəsi Araik Arutunyan da etiraf edib: müharibə daha bir həftə davam etsəydi, Azərbaycan Ordusu Xankəndini də təmizləyəcək, 20-25 minlik erməni hərbi birləşmələri mühasirəyə düşərək ya məhv olacaqdı, ya da əsir düşəcəkdi.

Rusiya son anda Ermənistanı daha böyük rüsvayçılıqdan qurtardı. Odur ki, erməni toplumu Paşınyanın dediyi fəlakətə də şükür etməli, Rusiyaya minnətdar olmalıdır. Ən əsası, ermənilər düşdükləri dramatik durumdan çıxmaq üçün 44 günlük müharibədən doğru-dürüst dərs götürməli, düzgün nəticə çıxarmalıdırlar. Əks halda, indiki fəlakət gözlənilən fəlakətin yanında “toya getməli” ola bilər...

*****

Müasir” Ermənistan: İğtişaşlar, hakimiyyət böhranı, dəfn olunmuş  iqtisadiyyat, vətəndaş müharibəsi ehtimalı

Əfsus ki, belə bir şey müşahidə olunmur. Nə qonşu ölkənin iqtidar düşərgəsində, nə onu devirməyə çalışan müxalifət cinahında, nə də ümumən erməni toplumunda. Bəzi istisnalarla. Onlardan biri də Ermənistanın ilk prezidenti, vaxtilə Qarabağa dair mərhələli həll planına razılıq verdiyi üçün hakimiyyətdən devrilən Levon Ter-Petrosyandır.

“Erməninin sonrakı ağlı” mənasında deyimdən böyük yalan yoxdur, əks halda, erməni xalqı 1915-ci ildəki faciədən və tarixi vətənlərini itirəndən sonra yeni faciələr yaşamazdı". Ter-Petrosyanın dünən yaydığı bəyanatda belə deyilir (Virtualaz.org) .

Bəyanatda həmçinin bildirilir: “Təəssüf ki, axırıncı bəladan sonra belə yaşanan hadisələr və onlara verilən reaksiyalar göstərdi ki, biz ”erməninin sonrakı ağlı" xəstəliyindən yaxa qurtara bilməyəcəyik. Həm Ermənistanda, həm də diasporda hansı fikirlərin səsləndirildiyini izləmək kifayətdir. İstər Nikolun tərəfdarları, istərsə də əleyhdarları bu bəladan sonra da “bir qarış da olsun torpaq yox” tezisindən əl çəkməyərək “erməninin sonrakı ağlının” sağalmaz bir xəstəlik olduğunu bir daha sübut etdilər".

Yeravana əlavə polis qüvvələri cəlb olunur - Ermənistan vətəndaş müharibəsi  ərəfəsində (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Sözünə davam edən 1-ci prezident deyib: “Bizim nəsil bu fenomenin yetkin xalqlar arasında təzahür etməsinin bir sıra nümunələrinin şahidi olub. Bu barədə 2007-ci ildəki çıxışlarımın birində danışmışdım. Düşünürəm ki, təkrarlamamaq üçün aşağıdakı sitat kifayətdir: ”Bir çox millətlər və dövlətlər fərqli şəraitdə və fərqli səbəblərlə milli fəlakətlə qarşılaşıb. Ermənilər və yəhudilər soyqırımına məruz qalıblar. Sarsıdıcı məğlubiyyətdən sonra Almaniya və Yaponiya tamamilə məhv edildi. Osmanlı Türkiyəsi, Böyük Britaniya və Rusiya güclü imperatorluqlarını itirdilər. Onların hər biri faciələrini bənzərsiz hesab edir. Lakin milli faciəni yaşamış demək olar ki, bütün xalqlar və dövlətlər həmin faciəni ümidsizlik yox, güclənmək amilinə çevirdilər. Təkcə tarixi komplekslərdən qurtulmaq üçün yox, eyni zamanda yenidən doğulmaq və dünyanın ən firavan ölkələrindən biri olmaq üçün özlərində güc tapdılar".

Ter-Petrosyan ardınca sual edir: “Daim kədərlənmək, dünyadan şikayətlənmək və ədalət istəmək əvəzinə bu xalqlardan nümunə götürməyimizə nə mane olur? Qurban psixologiyasına qalib gəlməyincə, keçmişin komplekslərindən qurtulmayınca, gələcəyə baxmayınca müasir və yaşamağa qabil xalq ola bilməyəcəyik. Bu psixologiyanı aradan qaldırmanın yeganə yolu bu gün yırtıcıların əlində olan ölkəni -Ermənistanı inkişaf etdirmək və gücləndirməkdir”.

*****

Ter-Petrosyan may talk sense into Pashinyan in Karabakh issue

Ter-Petrosyan

 

Buradaca bir daha yada salaq ki, istefası ərəfəsində (1998) Ter-Petrosyan belə bir söz də demişdi ki, əgər bizə indi təklif olunanı götürməsək, zaman gələcək yalvaracağıq, çünki Azərbaycan güclənəcək, biz isə zəifləyəcəyik". Göründüyü kimi, Ermənistanın ilk prezidenti yenə öz xalqına, onun siyasi elitasına, hətta xaricdəki erməni lobbisinə bənzər çağırışını edib.

Ter-Petrosyan heç olmasa, indi eşidiləcəkmi, yoxsa onu da xain, “Azərbaycana işləyən satqın” elan edəcəklər?

Bir şey dəqiqdir ki, Ermənistan tarixin yol ayrıcındadır. Əgər erməni xalqı hazırkı fəlakətli durumda da ağıllı məsləhətlərə qulaq verməsə, özü haqda ölüm hökmü çıxarmış olacaq və daha heç bir hakimiyyət dəyişikliyi onu xilas etməyəcək...    
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam