Paşinyan istefaya doğru:"B" planı artıq işə düşüb - ŞƏRH
Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi gərginlik yaşanır. Baş nazir Nikol Paşinyan dekabrda seçkilərin keçiriləcəyini elan etsə də, parlament onu məyus edib. Belə ki, ötən gün parlament “Reqlament haqqında” qanunu qəbul etməklə Paşinyanın əl qolunu bağlayıb.
Yenixeber.org: Sözegedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə, Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir. Buna qarşı həmlə olaraq, Paşinyan insanları küçəyə çağıraraq parlamentin qərarına etiraza səsləyib.
Bir müddət əvvəl Ermənistanın nüfuzlu “Jamanak” qəzeti baş verəcək hadisələrin anonsunu vermişdi. Qəzet hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yaymışdı ki, Nikol Paşinyan noyabrda istefa verəcək. Bununla da “B” planını işə salaraq noyabr-dekabr aylarında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacaq. Çünki, Paşinyan xalqa verdiyi vədləri yerinə yetirə bilmədiyindən gələn ilin yazınadək reytinqinin aşağı düşəcəyini çox gözəl dərk edir.
Nikol Paşinyan onu da anlayır ki, konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək. İndiki tərkiblə parlament bu dəyişikliklərin lehinə səs verməyəcək. Belə olduqda, parlamentin yenidən formalaşdırılmasının yeganə yolu onun istefasıdır. Parlament əksəriyyətinin – Respublikaçılar partiyasının başqa bir namizəd irəli sürərək onu baş nazir edə bilməməsi üçün Paşinyan 24 saatlıq fasiləsiz mitinqlər təşkil edərək parlamentin binasını bloklamaq və minimum 2 həftə ərzində yeni iclasın çağırılmasına mane olacaq. Göründüyü kimi, qəzetin yaydığı məlumatlar artıq öz təsdiqini tapmaqdadır.
Ermənistandakı vəziyyəti saytımıza şərh edən Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Paşinyana qarşı müqavimət artır və bu, onun kreslosunu itirməsi ilə nəticələnə bilər:
“Ermənistanda ciddi qarşıdurma gedir. Məxməri inqlabın gedişinin, Paşinyanın hakimiyyətə gəlməsinin ilk günlərində özünü itirmiş opponentlər təşkilatlanırlar, birləşirlər, hətta müqavimət göstərirlər. Parlamentdə yeni reqlamentin qəbul edilməsi, Paşinyanın istefaya məcbur edilməsi onu göstərir ki, parlamentdə təmsil olunan partiyaların böyük bir qismi, başda “Respublikaçılar” olmaqla ittifaq qurublar. Onlar mövqe ortaya qoymağa başlayıblar. Əks tərəfdə Paşinyan küçəni onların əleyhinə qaldırmağa çalışır. Parlamenti mühasirəyə aldırmasının səbəbi də bu təhlükəni hiss etməsidir”.
Politoloq qeyd edib ki, Paşinyana qarşı yaradılan cəbhə onun parlament seçkilərində qələbə çalmasını da şübhə altına alır: “Vəziyyət kifayət qədər gərgindir və gərginləşmə yüksələn xətlə davam edir. Bu, o deməkdir ki, yaxın vaxtlarda Paşinyana qarşı daha güclü cəbhə formalaşdırıla bilər. Bu cəbhə Paşinyanın hətta parlament seçkilərindəki qələbəsini də müəyyən dərəcədə şübhə altına ala bilər. Əlbəttə, hər şey proseslərin gedişindən asılıdır. Paşinyan küçə və sıradan adamlarla yaxşı işləyir. Amma, Ermənistanda siyasilərlə oliqarxların birləşməsi, hərbçilərin bir qisminin də onlara dəstək verməsi onu göstərir ki, Ermənistan özünün çətin dövrünə qədəm qoyur və bu məsələ hətta ciddi qarşıdurmalara da aparıb çıxara bilər”.
Q.Hüseynli, həmçinin vurğulayıb ki, parlamentdəki partiyalar Paşinya qarşı birləşə bilirlərsə, onların elektoral bazaları da vahid məqsəd uğrunda birləşə bilər: “Paşinyanın elektrol bazasında ciddi sarsıntılar yoxdur. Əhalinin 80 faizi Paşinyanı müdafiə edir. Bu gün parlamentdə partiyalar birləşirsə, onların aşağılarda elektoral bazaları da birləşə bilər. Getdikcə təşkilatlanan əleyhdarlar ciddi bir qüvvəyə çevrilə bilər. Bu isə Paşinyanı bitirə bilər”.(azvision)