Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarıldı

Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarıldı

 

Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisi Eldəniz Əliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Yenixeber.org: Report-a istinadən xəbər verir ki, onun barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində Turizm Kompleksində istirahət edən turistlərdən çoxsaylı şikayətlər, habelə E.Əliyevin müəyyən arzuolunmaz dairələrlə əlaqəsi olması barədə məlumatlar toplanıb. 

Materiallar Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

Bundan sonra nazir Əbülfəs Qarayevin əmri ilə E.Əliyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, bundan əvvəl E.Əliyevlə Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov arasında bir neçə dəfə mübahisə yaranıb. Buna E.Əliyevin istirahət kompleksində baş verən xırda cinayət və inzibati pozuntu xarakterli hadisələri polisdən gizlətməsi səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam