Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident və xanımı “Şahdağ“da

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar

"Xeberinfo.com":  Məlumata görə, Dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi. Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
Sonra xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kursları keçiblər.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak etdilər.
Bildirildi ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ xizək enişi inşa olunub. Bundan başqa, sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb. Burada qonaqlar və turistlər üçün müxtəlif istirahət guşələri də inşa olunub.
Dövlətimizin başçısı 1 nömrəli kanat yolunu işə saldı.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçirdilər.(azvision.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam