Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“İNDİ QARŞIMIZDA CƏMİ 2 YOL QALIR...” – Sərtləşdirilmiş karantinə tamam, ya davam?

Pandemiyaya qarşı iki günlük sərtləşdirilmiş karantin rejimi başa çatdı. Həftə sonu evdən çölə çıxma qadağası olsa da, paytaxtda tam sakitlik hökm sürmədi. Qadağanı pozan şəxslərlə polis əməkdaşları arasında baş verən gərginlik, bəzən təcili yardımın çağırışlara getməməsi, insanların zəruri vasitələrlə təchiz edəcək sosial qrupların fəaliyyət göstərməməsi verilən qərarların tamlığı ilə bağlı mübahisələrə yol açdı.

Yenixeber.org: Bununla belə iki günlük qapanmanın virusun yayılmasını önləyəcəyi ilə bağlı da əminlik yoxdur. Çünki iki günlük qapanmanın ardından vətəndaşlar əvvəlki həyat tərzinə davam edirlər, banklarda, avtobuslarda, ticarət mərkəzlərində qələbəlik hökm sürür.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mətbuata açıqlamasında deyib ki, həftə sonları ilə bağlı yenidən qapanma ilə bağlı qərar yoxdur: "İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil".

O, qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Baş nazirin 4 iyun 2020-ci il tarixli müraciətində bu barədə heç bir açıqlama yoxdur".

Virusa yoluxmaların kəskin artması isə cəmiyyətdə ciddi narahatlıq doğurur. Rəsmi şəxslər bildirirlər ki, artım tempi belə davam edərsə, ölkədə kütləvi yoluxmalar, itkilər qaçılmaz olacaq. Beləliklə, hökumət dilemma qarşısında qalıb: bu günə qədər görülən tədbirlər ciddi nəticə vermir, amma sərt karantin rejiminin tətbiq olunması da gözlənilən effekti doğurmadı. Bəs karantin rejimi bundan sonra necə davam etdirilə bilər?

Müşfiq Hüseynov: "Operativ Qərargahın qarşısında iki yol var..."

 

 

Həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, əhalini dənizsiz, günəşsiz və əsəbi saxlamağın payızda çox ağır nəticələri ola bilər. O, karantin dövrünün ikinci ayının tamamlandığını xatırladır: "Tamamladıq deyəndə ki, hərləndik, fırlandıq, durduğumuz yerin gerisinə güşdük. Nə baş verdi? Niyə belə oldu? Demək olar ki, bitmiş virus niyə yenidən alovlandı? Dəfələrlə yazıllb, deyilib, təkrarlamaq istəmirəm. Hər şey yaxşı başladı. TƏBİB və Nazirlər Kabinetinin kompakt, kifayət qədər yüksək səviyyəli çalışma proqramı effektini verdi. İran və İtaliya hadisələrinin təsiri ilə əhalidə panika havası vardı. Küçələr boş, əhali evlərdə, maska və spirt tapmaq üçün rəsmən savaş elan olunmuşdu. Sonra aprelin 6-da xüsusi karatin rejimi elan olundu". 

Həkim bildirir ki, Operativ Qərargah ilk səhvini “yumşaq” rejimə keçiddə edib: "Dəfələrlə statuslarımda yazdım. Qəti surətdə “lockdoun” adlandırılan tam qapanmaya gedilməli, küçələrə polis və FHN qoşunları nəzarət etməli, xəstəxana, market, aptek və güc strukturları xaricində heç bir şirkət, dövlət qurumları işləməməli, avtomobillərin, avtobusların, metronun hərəkəti tam dayanmalı, ancaq Operativ Qərargahın xüsusi icazəsi olan nəqliyyat vasitələri hərəkət etməli, ərzaq və ya dərman almaq, zibil atmaq üçün hər ailədən bir nəfərə sahə müvəkkili tərfindən xüsusi icazə vərəqəsi ilə gündə maksimum 30 dəqiqəlik vaxt verilməli və s. Əhalinin bir qisminə deyil, hər ailə üzvü üçün 150 manat verilmək şərtilə, bunlar olsaydı, 3 həftəyə, minimum itki ilə karantin bitəcəkdi. Amma olmadı. SMS kimi heç bir məntiqə sığmayan və izahı olmayan absurd qərar verildi. Bu səhv addım idi. Artıq hər kəs gündə 1 dəfə 3 saatlıq çıxa bilərdi. Şəhər doldu insan və maşınlarla. Bundan sonra səhvlər zənciri başladı".

Müşfiq Hüseynov buraxılan səhvləri belə sıralayır: 

"1. Təbliğat fiaskosu. Hökumətin təbliğat maşını həmişəki kimi işi üzünə-gözünə bulaşdırdı. Eyni templə, eyni kanalda, eyni yalanı danışan, reputasiyası sıfırın altında olan fırıldaqçı aparıcılar pandemiyadan danışmağa başladı. Bəzi aparıcılar insanlarda artıq antipatiya doğurur. Deyək ki, AzTV-nin qəhrəman həkimlərə həsr etdiyi çox gözəl və təsirli rolikdən sonra, ATV-də hansısa hörmətsiz aparıcı çıxıb xalqa tibb dərsi keçməyə başladı. Düşünürəm ki, İTV və AzTV xaricində bütün kanallar bu işdə Operativ Qərargahın işinə ancaq zərər verdi.

2. Sosial şəbəkələr və internetdə yayılan saxta video və rəsmlər. Əhali nədənsə yenə də nə virusa, nə də onun ölümcül təsirinə inanmır, amma nahaq yerə. Belə videoları yayanlar, karantin rejimini pozub canlı yayım açanlar, status paylaşanlar cəzalandırılmalı idi. 3. Ən önəmlisi, fikrimcə bugünkü ağır vəziyyətin əsl səbəbi Rusiyada yaşayan azərbaycanlıların geri dönməsi oldu. Görünür, onlar ya tam yoxlanmadı, ya pul qarşılığında içəri buraxıldı. Təqvimlə baxsaz, indiki ağır vəzityətin çıxış nöqtəsi o günlərdən götürüldü. Əslində ən çox qorxduğum məqam da o idi. Çünki Rusiyada vəziyyət bərbaddır və bunun səbəbi saxta videolar və bunlara inananların çoxluğudur".

Bundan sonra nə etmək, hansı kəsərli tədbirlər görmək mümkündür? Həkim-farmakoloq xəstəxanalarda yer olmadığını, bununla belə Operativ Qərargahın işin öhdəsindən gələ bildiyini düşünür: "Amma yüksək artım tempi lşləri xeyli qəlizləşdirir. Bu templə bir həftə sonra xəstələr artıq evlərində müalicə olunmaq məcburiyyətində qalacaq. Bəzi məlumatlara görə Operativ Qərargah qapanmaları hissə-hissə avqustun 31-nə qədər uzadacaq. Bu nə dərəcədə düzgün məlumatdır bilmirəm, amma ümid edirəm ki, belə şey olmayacaq".

M.Hüseynov iki günlük qapanmaların yoluxmanı dayandırmağa çarə olmadığnı deyir: "İki günlük qapanma çarə deyil və ola da bilməz. Çünki bu gün və qaşıdakı 5 gündə yenə heç kim qorunmur, yenə insanlar bir-birini yoluxdurur. Əgər Operativ Qərargah 1 ay müddətində hər həftəsonunu qapanma elan etmək istəyirsə, yanlış düşünür. Dünən olanları hamı gördü. Əhali artıq itaətsizlik və çox ağılsız qanun pozuntusuna gedir. Bəzən gülməli, bəzən ağlamalı hallar müşahidə etdik. Əvəzində polisin də gərəksiz şiddətinin və qanunsuz hərəkətinin şahidi olduq. Küçəyə zibil atanlara qarşı residivist cinayətkar kimi davranmaq olmaz. Fikrimcə, iki günlük qapanma qərarı tam düşünülmədi və spontan verildi. Niyə hər rayonda heç olmasa 1 aptek açıq deyildi, niyə dərmanların və çörək müəssələrinin çatdırılma xidməti işləmir? Əhaliyə istidə "evdə otur!" deyilirsə, onun ehtiyaclarını təmin etməlisiz. Digər tərəfdən, xəstəliyə ancaq güclü immunitetlə qalib gələ bilərsən. Dəniz mövsümü açılıb, amma heç kim dənizə gedib natural D vitamini qəbul edə, əsəblərini sakitləşdirə bilmir. Əgər, hər həftə sonu belə olacaqsa, bu sosial narazılığa, hətta partlayışa gətirib çıxardacaq. Operativ Qərargah bunu nəzərdə saxlamalıdır. Onların yanlış hərəkət və qərarları insanlarla polisi üzə-üzə qoya bilər. Buna gərək yoxdur, onlar bizim qardaşlarımız və övladlarımızdır, 2 aydır gecə-gündüz risk qrupunda küçələrdə xidmət edirlər".

Çıxış yolu nədir? Bu suala cavabında müsahibimiz bildirir ki, qarşıda iki yol var: "Fikrimcə, qəti şəkildə qısamüddətli qapanmalar effektiv olmayacaq. Bildiyim qədərilə bu, Türkiyə modelidir və orda gündəlik tempdə azalma cüzidir. Şəxsi fikrimdir, bu düzgün qərar deyil. Mən ilk gündən İtaliya modeli tam qapanma tərəfdarı idim, amma olmadı. Beləliklə, ya biz Belarus modelini seçib təbii seçməyə gedirik, ya da iki həftəlik tam qapanmaya. Hər iki halın fəsadları olacaq. Bura Belarus, biz də belarus deyilik. Onlarda tibb sovet zamanında olduğu kimi tamamən dövlət təchizatındadır və pulsuzdur. Əgər bu olacaqsa, mən də Belarus variantı deyirəm. Yox, əhali Allahın ümidinə buraxılacaqsa, bu çox pis nəticələrə gətirə bilər. Bir sözlə, seytnot vəziyyətinə düşmüşük. Qərar tez və qəti verilməlidir. Yenə şəxsi fikrimdir. Nə Belarus, nə tam qapanma vəziyyəti tətbiq etmək mümkün deyil. Birinci üçün çox təhlükəli, ikinci üçün gecdir. Qapanmalar da çıxış yolu olmayacaq. Mən çıxış yolunu ancaq təbliğatın güclənməsi və maskaların ya pulsuz, ya da simvolik qiymətə olmasında görürəm. Dünənə kimi 2 qəpik qiyməti olan maska bu gün 30 qəpikdir. 4 nəfərlik ailə üçün bu, günə ən azı 1,20 manat deməkdir. Günlərlə cibdə gəzdirilən maska isə ancaq təhlükə mənbəyidir. Niyə özünüzü aldadırsız? Hər kəs qorunsa, sosial məsafəni saxlasa, virusu lokallaşdıra biləcəyik. İnsanları günəşdən və dənizdən uzaq və stress altında saxlamaq, ehtimal olunan payız dalğasında qorxulu vəziyyət yarada bilər. Bunu nəzərə almaq lazımdır. Yoxsa, bu iş hələ çox başımızı ağrıdacaq".

Rövşən Ağayev: "Hökumət mütləq yeni dəstək proqramı hazırlamalıdır"

 

 

Tanınmış iqtisadçı Rövşən Ağayev bildirib ki, karantin rejimilə bağlı bəzi qərarlar ətraflı ölçülüb-biçilmədən, dərin analiz olmadan verilir: "Məsələn, əgər böyük ticarət mərkəzləri tam açılırsa, bankların qarşısında böyük izdihamların qarşısı alınmırsa, 2 günlük qadağalardan böyük effekt çətin ki, yaransın. Amma bu, daha çox həkimlərin rəy verəcəyi məsələdir".

Ekspert problemin iqtisadi tərəflərilə bağlı narahatlıqlarını bölüşüb: "Hökumət pandemiyanın yaratdığı iqtisadi itkilərin aradan qaldırılmasında biznesə və ev təsərrüfatlarına yetərli dəstək vermədi. Ən azından regionumuzda Türkiyə və Rusiya təcrübəsinə baxmaq yetərlidir. Kiçik biznesə yalnız birdəfəlik az məbləğdə yardım edildi, işsizlərə və muzdlu işçilərə bu dəstək 2 aylıq oldu. Halbuki, pandemiyanın təsirləri davam edir və hələ bir müddət də davam edəcəyi aşkar görünür. Amma hökumət elə davranır ki, sanki 2 aylıq qapanma vardı və bu bitdi. İndi həftəsonları biznesə dəyən ziyanı kim kompensasiya edəcək? Bəlkə yaxın 1 ayda hər həftə olacaq bu qadağalar?".

R.Ağayevin sözlərinə görə, aqrar sektor ümumiyyətlə yaddan çıxıb: "Xüsusən, mövsümün ən qızğın vaxtında, karantin 2 gün elan olunur, amma fermerlər faktiki olaraq 3 gün iri şəhələrə məhsul göndərə bilmirlər. Kənd təsərrüfatı məhsulları da elədir ki, onların bir hissəsi 1-2 gün ərzində yığılmadıqda itkiyə gedir”.

İqtisadçı hesab edir ki, hökumət mütləq yeni dəstək proqramı hazırlamalıdır: "Xüsusilə də aqrar sektor, kiçik və orta biznes, işsizlər orta müddətli dövrdə yeni proqramla əhatə olunmalıdırlar. Düşünürəm ki, yenidən durum dəyərləndirməsinə və buna uyğun yeni orta və uzunmüddətli dəstək proqramının bəyan edilməsinə ehtiyac var".

Hafiz Həsənov: "Həftəsonu qapanma ilə bağlı verilən qərarlarda yarımçıqlıq var"

 

 

"Hüquq və İctimai İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə düşünür ki, həftəsonu sərtləşdirilmiş karantin rejimi koronavirusa yoluxmaların geniş yayılmasının qarşısını müəyyən qədər ala bilər: "Ancaq nəzərə alsaq ki, şənbə və bazar günlərindən sonrakı 5 gündə açıq və qapalı yerlərdə yenidən insanların kütləviliyi olacaq, onda bu sərtləşmənin səmərəliliyi şübhə altında qalır. Ona görə də, belə hesab edirəm ki, həftəsonu sərtləşdirilmiş karantin rejimi o qədər də effektli variant deyil və onun növbəti həftəsonlarında təkrarlanmasını uğurlu qərar hesab etmirəm".

Hüquqşünas deyir ki, həftəsonu sərt karantin rejimi həmçinin göstərdi ki, bu qaydaların özündə də bir yarımçıqlıq var: "Sosial şəbəkələrdəki paylaşımlar göstərir ki, insanın həyat və yaşam tərzi ilə bağlı elə hallar meydana çıxdı ki, mövcud qaydalar bu kimi halları hüquq çərçivəsində tənzimləmək iqtidarında olmurdu. Belə hallardan biri də polisin sərt karantin rejimindən də sərt davranışları oldu. Sosial şəbəkələrdə paylaşılan videomateriallardan görünürdü ki, karantin qaydalarını pozanlara qarşı polisin davranışları nəinki adekvat deyildi, bir sıra hallarda aşırı zorakılıqla müşayiət olunurdu. Pozuntuya yol vermiş şəxsin saxlanması sanki təhlükəli cinayətkarın tutulması əməliyyatını xatırladırdı. Başa düşmək olmur ki, karantin qaydalarını pozmuş şəxs niyə yerində cərimə olunaraq buraxılmır, zorakılıqla polis maşınına mindirilərək harasa aparılmalıdır? Yaxud Yasamal rayonunda polisin hərəkətlərinə etirazlarını bildirən insanlara qarşı genişmiqyaslı əməliyyatlar keçirərək onların səhər erkən evlərindən zorakılıqla polis idarələrinə aparılmalar. Bunları karantin rejimin qorunması adlandırmaq mümkünsüzdür".

Hafiz Həsənov əlavə edir ki, insanlar, sanki, koronavirusdan çox, həfətsonu sərtləşdirilmiş karantin rejimindən qorxurdu. "Bunlarla yanaşı, sərt karantin rejiminin yaratdığı çətin vəziyyətdə insanlara yardım edən polislərin davranışları da alqışa layiqdir. Lakin daha çox zorakı davranışlar bu cür nəcib davranışları da kölgədə qoydu" - deyə ekspert vurğulayıb.

(AzPolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam