Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Vurğunun ağrıyan ürəyi, Sabirin bükülmüş beli, Cabbarlının nəcisə bulaşmış başı... —Mədəniyyət Nazirliyinin unutduğu tariximiz (FOTOLAR)

 

 

Əgər Cəfər Cabbarlı bir gün ona qoyulacaq heykəlin quş nəcisinin məskəni olacağını bilsəydi, yaxud Mirzə Ələkbər Sabir görsəydi ki, toz içində “boğulur”, Mədəniyyət Nazirliyi haqqında nə yazardılar, əcəba?!


Yenixeber.org: Azərbaycan tarixinə, ədəbiyyatına, incəsənətinə iz qoymuş mütəfəkkirlərin paytaxtın müxtəlif küçələrində ucalan heykəlləri sözün həqiqi mənasında ürək ağrıdan mənzərə içində qalıblar, hətta bəzilərinin ürəkbulandıran olduğunu desək daha doğru olar.

 


Obrazlı desək, bu gün Səməd Vurğunun heykəli düşdüyü vəziyyətə görə əlini ağrıyan ürəyinin üzərinə qoyub, Hüseyn Cavid üzərindəki toz-torpaqdan utandığı üçün boynunu büküb, Mirzə Sabir utandığından belini əyib, sanki “gizlənmək istəyir”, Cəfər Cabbarlı isə başındakı nəcisdən xilas olacağı günü gözləyir. Təqdim etdiyimiz acınacaqlı vəziyyəti əks etdirən görüntülər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində çəkilib. Eyni taleni paytaxtdakı digər heykəllər də yaşayır.

 

Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəlini ziyarət etməsi bir tərəfdən Avropada Azərbaycanın təbliğatının aparılmasından qürur duymağımıza səbəb oldu, digər tərəfdən, Bakıda böyük mütəfəkkirlərimizin heykəllərinin acınacaqlı vəziyyətini də göz önünə gətirdi.

 


Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və tarixinin dünyada təbliğ edilməsi istiqamətində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlərin müsbət nəticələri ortadadır. Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin yaradılmasından tutmuş, tarixi şəxsiyyətlərimizin müxtəlif paytaxtlarda heykəllərinin ucaldılmasına, eləcə də əsərlərinin təbliğinə qədər hər şey uğurla həyata keçirilir. Dünya siyasətində mədəni təbliğat ən önəmli sahələrdəndir ki, bu istiqamətdə atılan addımlar Azərbaycanın mədəni üstünlüyünün əldə edilməsi ilə nəticələnib.

 


Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin dünyada təbliğ edilməsi prosesin ikinci mərhələsidir. Birinci mərhələ öz evimizdə - Azərbaycanda həyata keçirilib və yalnız bundan sonra beynəlxalq arenada mühüm addımların atılmasına başlanılıb. Halbuki, öz evində hörmət edilməyən bir mütəfəkkirə - bu, Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Səməd Vurğun, yaxud digərləri ola bilər – dünya paytaxtlarında niyə hörmət edilməlidir?!


Gördüyümüz mənzərə budur ki, ölkə rəhbərliyinin həyata keçirdiyi işlər Azərbaycanımızın təbliğində böyük məsafələrin qət edilməsi ilə nəticələnib. Amma öz evimizdə böyük şəxsiyyətlərin unudulmuş və baxımsız vəziyyətdə qalan heykəlləri müvafiq qurumların öz işlərinə laqeyd yanaşdığını göstərir.

 


Heykəllər, ümumiyyətlə tarixi abidələr Mədəniyyət Nazirliyinin balansındadır. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birbaşa işi tarixi abidələrin qorunması, bərpa edilməsidir ki, mövcud mənzərədə nə nazirliyin, nə də onun tərkibindəki dövlət xidmətinin heç nə etmədikləri görünür. Hərçənd, bu işlər üçün Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən maliyyə ayrılır.


Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində təkcə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə 8792410 manat vəsait ayrılıb. Mədəniyyət Nazirliyinə isə ümumilikdə 300 milyon manat vəsait ayrılıb. Dövlət Xidmətinə ayrılan vəsait ümumi məbləğin bir hissədir və planlamaya görə, bu vəsait mədəni irsin qorunması, inkişafı və bərpasına xərclənməlidir.

 


Qarşılaşdığımız mənzərə isə büdcə vəsaitinin profili üzrə xərclənmədiyini deməyə əsas verir.


Heykəllərin toz-torpaq içində olması, qoxu verən nəcisə bulaşması həm ətraf mühitinin çirklənməsinə, həm də parka gələn insanların normal istirahət edə bilməməsinə mane olur. Bu, problem uzun illərdir davam edir.

 


Görünür, Mədəniyyət Nazirliyi Mirzə Ələkbər Sabirin təbirincə desək, “millət necə tarac olursa olsun, nə işim var” prinsipini öz fəaliyyətinin qayəsinə çevirib...(demokrat.az)


Zaur Hacılı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam