Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cəfər Cabbarlının ev-muzeyinin müdafiəsinə qalxdı

 

Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ev-muzeyinin sökülməsi ətrafında baş verənlər ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Mədəni irs abidəsinin məhv edilməsi ilə bağlı hiddətini həm sadə vətəndaşlar, həm də ziyalılar bildirirlər.

Yenixeber.org: Daha öncə yazıçı Çingiz Abdullayevin Cəfər Cabbarlının evinin sökülməsi ətrafında baş verənləri “özbaşınalıq” adlandırması barədə yazmışdıq.

İndi isə ev-muzeyin müdafiəsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qalxıb. Sorğumuza cavab olaraq Komitənin mətbuat xidmətindən bildiriblər ki, bu günə kimi onlara nə ərazi planlanması sənədlərinin təsdiqi, nə də ev-muzeyin ünvanı üzrə (Bakı, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 44) söküntü, yaxud tikinti işlərinin aparılmasına icazə almaq üçün müraciət edilməyib.

Dövlət Komitəsindən bildirildiyinə görə, beləliklə, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin ərazidə Cəfər Cabbarlının ev-muzeyinin sökülməsinə və tikintinin başlanmasına istənilən cəhd qanunsuz hərəkətlər kimi qiymətləndirilməlidir.

Bununla əlaqədar olaraq, həmin ünvanda hər hansı qeyri-qanuni işlərin qarşısının alınması üçün Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq müraciətlər ünvanlayıb.

Dövlət Komitəsindən onu da qeyd ediblər ki, muzeyin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq etdiyi yerli əhəmiyyətli tarixi və memarlıq abidələrinin siyahısına daxildir (abidənin inventar nömrəsi 5592-dir). Bu ərazidə hər hansı tikinti işlərinin aparılması üçün müraciət edilərsə, məsələyə yalnız muzeyin binasının qorunub saxlanması və ilkin formasında və həcmində bərpası, həmçinin şəhərsalma qanunvericiliyinə riayət edilməsi şərtilə baxıla bilər.

Xatırladaq ki, bu ünvanda sökülntü işlərinin aparılması və çoxmərtəbəli yaşayış binasının tikintisi barədə məlumatı virtualaz.org-a Bakı şəhər Baş Mədəniyyət İdarəsindən vermişdilər və əlavə etmişdilər ki, Cəfər Cabbarlının ev-muzeyinə aid torpaq sahəsi və tikililər 1998-2005-ci illərdə özəlləşdirilib.

Mədəniyyət Nazirliyi dramaturqun qohumlarına onların özəlləşdirdikləri evə görə kompensasiya ödəyərək, binanı yenidən öz balansına götürməyi lazım bilməyib, qərara alıb ki, Cəfər Cabbarlı üçün yeni tikilidə “ev” almaq daha sərfəlidir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam