Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Musa Yaqub, Vaqif Bayatlı, Kamal Abdulla...Mükafat aldı - Siyahı

 

 Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup müəllifi mükafatlandırıb.

 

Yenixeber.org: Bu barədə birliyin mətbuat katibi Xəyal Rza məlumat verib.

O bildirib ki, dövlət başçısının AYB-yə ayırdığı vəsaitin bir hissəsi bu mükafatların verilməsinə xərclənəcək.

“Bu il yubileyləri keçirilən İmadəddin Nəsimi, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adına 2000 (iki min) manat məbləğində 12 mükafat nəzərdə tutulur”, - Xəyal Rza deyib.

İmadəddin Nəsimi adına şeir mükafatlarına Musa Yaqub, Vaqif Bayatlı Odər və Firuzə Məmmədli, Cəlil Məmmədquluzadə adına nəsr mükafatlarına xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və xalq şairi Sabir Rüstəmxanlı, Cəfər Cabbarlı adına dramaturgiya mükafatlarına isə Firuz Mustafa, Vaqif Əlixanlı və Əjdər Ol layiq görülüb.

İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatların laureatları professor Nizaməddin Şəmsizadə, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və tədqiqatçı Gülxani Pənahdır.

Gənc yazarlar üçün nəzərdə tutulan “Uğur” mükafatına isə Ümid Abbas Nihani, Rəvan Cavid, İntiqam Yaşar, Sərdar Amin və Əliəsgər Əhməd layiq görülüb. “Uğur” mükafatının məbləği 1000 (min) manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam