Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

FES-in FAİZ DƏRƏCƏLƏRİNİ ARTIRMASI NƏ VƏD EDİR? -“Azərbaycana iki cür mənfi təsiri ola bilər”

ABŞ hökuməti ölkədə artan inflyasiyayla mübarizə aparmaq üçün pul-kredit siyasətini sərtləşdirərək, iqtisadiyyatın bu yolla dəstəklənməsini təmin etməyə çalışır.

Yenixeber.org: ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) bu yaxınlarda 2022-ci ildə inflyasiya proqnozunu 2,6%-dən 4,3%-ə, 2023-cü ildə 2,3%-dən 2,7%-ə, 2024-cü ildə isə 2,1%-dən 2,3%-ə yüksəltdiyini açıqlayıb. Eyni zamanda qeyd olunur ki, FED 2023-2024-cü illərdə uçot dərəcəsini 3,75%-ə qədər artırmağı planlaşdırır.

FES-in sədri Cerom Pauel bildirib ki, Ukraynadakı hadisələrin dünya və ABŞ iqtisadiyyatı üçün nəticələrini proqnozlaşdırmaq hazırda çox çətindir: “Ukraynada baş verən hadisələr qlobal təchizat zəncirlərinin vəziyyətini pisləşdirə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Qeyd edək ki, FES-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində isə FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.

 

Mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, FES bu yolla ABŞ-da artan inflyasiyanın qarşısını almağa çalışır: “Bu il Amerikada inflyasiya dərəcəsi 7,9 faizə qədər artıb.Hansı ki, FES bu il ABŞ-da inflyasiyanın2 faiz olacağını proqnozlaşdırmışdı. Hazırda bütün dünyada kəskin inflyasiya dalğaları müşahidə olunur. Həmçinin Azərbaycanda inflyasiyanın mənfi təsirləri ilə mübarizə aparmağa çalışır”.

Ekspert qeyd edib ki, ABŞ inflyasiyanı nəzarət altına alaraq, dolların qiymətini bahalaşdırmağa başlayıb: “Bu amil dolların mövqeyinidünyada gücləndirə bilər. Dolların bahalaşması isə öz növbəsində neft məhsullarının qiymətinin ucuzlaşması deməkdir. Eyni zamanda əmtəələrin qiyməti dollarla ifadə olunduğundan, dolların bahalaşması əmtəə qiymətlərinin də ucuzlaşmasına səbəb ola bilər.

Dolların bahalaşması mövcud məzənnə siyasətini nəzərə aldıqda, manatın da bahalaşmasına səbəb olacaq. Dollar bahalaşan zaman, manat da digər valyutalar qarşısında dəyər qazanmağa başlayır. Bu isə ölkənin qeyri-neft sektoruna mənfi təsir edir.

FES-in faiz dərəcələrini artırması Azərbaycana iki cür mənfi təsir edə bilər. İlk növbədə dolların bahalaşması bir növ idxalı situmullaşdırır və manat üzərində təzyiqi artırır. Bu isə əmtəə qiymətlərinin ucuzlaşmasına səbəb olur.

İkinci amil isə dollar bahalaşdıqca manatın digər valyutalar qarşısında dəyəri artmağa başlayır. Qeyd etdiyimiz hər iki amil ölkə iqtisadiyyatı üçün müsbət heç nə vəd etmir”.(azpolitika)

Elvin Bəyməmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam