Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanda rəqəmsallaşma:pandemiya dövründəki nailiyyətlər və gələcək planlar

Yenixeber.org: Koronavirus pandemiyası dünya iqtisadiyyatında köklü dəyişikliklərə səbəb oldu. Çoxdandır vərdiş etdiyimiz üsul və alətlər yeniləri ilə əvəzləndi. Bu dəyişikliklərin sürətlə davam edəcəyi şəksizdir. Odur ki, işgüzar fəaliyyətin səmərəli olması xeyli dərəcədə yeni rəqəmsal dünyaya nə dərəcədə uyğunlaşa biləcəyindən asılıdır.

“Visa” şirkətinin Qafqaz regionu üzrə meneceri Kristina Doroş (Cristina Doros) saytımıza müsahibəsində Azərbaycanın pandemiya dövründə rəqəmsallaşma sahəsindəki nailiyyətləri və gələcək perspektivlərindən danışıb.

- Bildiyimiz kimi, elektron ödəmələr sahəsində dünya lideri olan “Visa” və “AzeriCard” prosesinq mərkəzi hazırda Azərbaycanda rəqəmli emissiyanın inkişafı və kütləvi istifadə olunacaq yeni rəqəmli ödəniş vasitələri üzərində çalışmalar aparır. Rəqəmli xidmətlər necə yaradılır və bütövlükdə ölkə iqtisadiyyatının rəqəmsallaşmasını təşviq etmək üçün hansı tədbirlər görülməlidir?

- Müasir elektron ödənişlər infrastrukturu çoxşaxəlidir, rəqəmsallaşmanı davam etdirmək üçün bütün iştirakçıların əlaqələndirilməsi çox mühümdür. Əsas tərəfdaşımız əvvəlki kimi banklar olsa da, bu sırada mobil rabitə operatorları, "Fintech", "Big Tech", tənzimləyici qurumlar da var. Ona görə də işlərimizi bir neçə başlıca istiqamətdə aparırıq.

Həmişəki kimi öncüllüklərimiz arasında gündəlik istehlak ödəmələrinin elektron formatda həyata keçirilməsi üçün müvafiq infrastrukturun təkmilləşdirməkdir. Bununla bağlı hədəflərimiz kiçik və orta sahibkarları əhatə etmək, elektron ödənişlərinin hələ də qəbul olunmadığı yerlərdə QR ödənişləri, "Visa Tap to Phone" kimi yeni texnologiyalarının tətbiqi, həmçinin təmassız ödənişlərin nəqliyyatda və s. sahələrdə tətbiqidir.

Rəqəmli innovasiyalar sırasına rəqəmli emissiya, müştəri xidmətlərini təkmilləşdirmək üçün yeni sistem və alətlərin hazırlanaraq tətbiqi daxildir. Bayaq qeyd etdiyiniz kimi, noyabr ayında elan etdiyimiz “Visa” ilə “AzeriCard” prosesinq mərkəzi arasındakı strateji tərfdaşlıq çərçivəsində rəqəmli emissiya, geniş istifadəçi üçün yeni rəqəmli ödəmə sistemləri üzərində çalışırıq. Bu tərəfdaşlığın məramı elə rəqəmli xidmətləri istehlakçılar arasında tətbiq etməklə ölkə iqtisadiyyatının rəqəmssallaşmasını təşviq etməkdən ibarətdir.

- Pandemiya dövründə Azərbaycanda nağdsız ödəmələr nə qədər artdı? Bununla bağlı şirkətiniz Azərbaycanda təmassız ödənişləri geniş tətbiq etdirmək üçün 2021-ci ildə hansı layihələr nəzərdə tutub?

- Son illərin başlıca meyllərindən olan təmassız ödənişlər pandemiya ilə daha da geniş vüsət aldı. Apardığımız araşdırmalara görə, pandemiya dövründə istehlakçılar daha təhlükəsiz və rahat vasitə olaraq təmassız ödənişlərə daha çox üstünlük verməyə başladılar. Artıq bu gün Azərbaycanda hər 10 pul köçürmə əməliyyatının 6-sı məhz təmassız ödəniş yolu ilə aparılır. İstehlakçıların 49 faizi təmassız ödəmələri əyani ticarət müəssisələrində mümkün olan ən təhlükəsiz alış-veriş forması kimi gördüklərini bildirir. İstehlakçıların 65 faizi pandemiyadan sonra da təmassız ödənişlərdən istifadə etmək niyyətindədir, yalnız 16 faizi köhnə üsula qayıda biləcəklərini ifadə ediblər.

2020-ci ilin yayında “Visa” kiçik və orta ticarət və xidmət müəssisələri üçün nəzərdə tutulan “Tap to Phone” texnologiyasının tətbiqinə başladığını açıqladı. Bu texnologiya vasitəsilə "Android" əməliyyat sistemi və NFC servisi ilə təchiz edilən hər bir smartfon təmassız ödənişlər üçün POS terminal qismində işlədilə bilər. Həmin texnologiya sayəsində həm ödəmələr infrastrukturu genişlənir, həm də orta və kiçik müəssisələrində nağdsiz ödənişlərin qəbulu xeyli ucuz başa gəlir.

- 2019-2020-ci illərdə ABB, “Kapital Bank”, “Bank Respublika” ilə tərəfdaş olaraq “Visa Token Service” proqramını tətbiq etdiniz. Bu proqrama qoşulmaq üçün hazırda hansı banklarla danışıqlar aparırsınız?

- “Visa Token Service” mobil təmassız ödənişlərin tətbiqi üçün texniki zəmin yaradır. Hazırda Azərbaycanda tokenlə həyata keçirilən ödənişlərin sürətlə çoxaldığını görürük. Artıq ayrıca mobil tətbiqlərini işə salmış ABB, “Kapital Bank”, “Bank Respublika”, VTB kimi bankların da dəstəyini alaraq AMB ilə birgə “Visa ilə mobil tətbiqlə ödəyin” kampaniyasına başladığımızdan sonra dövriyyə həcmi 264 faiz, ödənişlərin sayı da 189 faiz artdı. Tokenli ödənişlərin bu artmasında müvafiq texnoloji infrastrukturun olması vacib şərtdir. Belə ki, son bir ildə hətta ucuz smartfon modelləri belə NFC servisilə təchiz olunmağa başladı ki, bununla da tokenli ödənişlərin yaxın gələcəkdə daha da çoxalmasını güman etmək olar.

- “Azərbaycan Dəmir Yolları” QSC ilə həyata keçirdiyiniz birgə layihə nə yerdədir? Nəqliyyatda ödəmələrlə bağlı daha hansı layihələr üzərində çalışırsınız?

- Nəqliyyatda ödənişlər sahəsi də öncüllüklərimiz sırasındadır. 2020-ci ilin noyabr ayında “Pasha Bank” ilə birgə Azərbaycanda ilk dəfə olaraq Sumqayıt şəhərində ictimai nəqliyyatda təmassız ödənişlər sistemi tətbiq olundu. Sentyabr ayında isə ADY QSC, AMB və ABB ilə tərəfdaşlığımız çərçivəsində Bakı-Sumqayıt dairəvi dəmir yolundakı bir neçə stansiyada təmassız bank kartları vasitəsilə ödənişlər sisteminin sınaqlarına başlandı. Bu məsələ üzərində tərəfdaşlarımızla birgə çalışmalar davam edir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam