Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nağd ödənişlər yavaş-yavaş ləğv edilir– PALATADA GÖRÜŞ

Nağd ödənişlər yavaş-yavaş ləğv edilir

 

Azərbaycanda nağd ödənişlərin azaldılması və tədricən bütün ödənillərin nağdsız həyata keçirilməsini oktyabrın 25-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışovun “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüşündə müzakirə edilib

 

Yenixeber.org: Görüşdə “Visa İnc.” beynəlxalq kart təşkilatını Azərbaycan, Moldova və Belarusiya üzrə regional meneceri İqor Kovalyov, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa regionu üzrə Hökumət Qurumları ilə əlaqələr sektorunun direktoru Yuliya Zavalişnaya və digərləri təmsil edib. 

Tədbirdə “Visa İnc.” beynəlxalq kart təşkilatı tərəfindən müxtəlif şəhərlərdə, o cümlədən Bakı şəhərində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə aparılan araşdırmanın nəticələri açıqlanıb. Araşdırmanın nəticəsi kimi müxtəlif şəhərlərdə növbəti 15 il ərzində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə müsbət trendlər, hökumətin, özəl sektorun və vətəndaşların əldə edəcəkləri nailiyyətlər qeyd edilib. Eyni zamanda, görüş çərçivəsində “Visa İnc.” beynəlxalq kart təşkilatının Visa Token Xidmətinin təqdimatı keçirilib. Təqdimatda beynəlxalq təcrübədə son trendlər, habelə tətbiq ediləcək texnologiyanın rəqəmsal ödənişlərin daha təhlükəsiz formada həyata keçirilməsində rolu göstərilib. 

Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə Palata tərəfdən bank xidmətləri üzrə rəqəmsallaşmanın genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyi və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişlənməsinin zəruri olduğu bildirilib. Eyni zamanda, “Visa İnc.” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının iştirakçısı kimi rolu vurğulanaraq bir sıra iri layihələrin reallaşdırılmasında təşkilatın mühüm rol oynaya biləcəyi qeyd edilib.

Görüş zamanı ölkədə elektron ödənişlərin inkişafı üzrə prioritet hədəflər və birgə əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam