“Türkiyə ABŞ-ın yanına qayıdacaq” – Təhlükəsizlik eksperti: "Moskva Ankaranın səmimiyyət sınağından keçmədi"
“Rusiya Suriyada PYD problemini çözmək üçün YPG ilə Bəşər Əsədi danışıqlar masasına əyləşdirməyə çalışacaq. Belə olduqda isə Ankaranın üzünü yenidən ABŞ-a çevirməsi qaçınılmaz olacaq”.
Yenixeber.org: Təhlükəsizlik eksperti Mətin Gürcan iki gün öncə Tehranda keçirilən sammiti şərh edərkən belə deyib.
Ekspertin Almaniyanın DW İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik:
- Tehran sammitində nə baş verdi? Türkiyə, Rusiya və İranın İdlib məsələsindəki mövqeləri haradan haraya gəldi?
-Tehran sammiti İdlibdəki münaqişələrin hərbi əməliyyatla, yoxsa artırılmış müzakirələrləmi çözüləcəyi məsələsində həlledici keçid idi. Siyasi həll üçün Rusiya-Türkiyə və İran üçlüyünün qarantoluğunda başlayan Astana sülh prosesində tərəflər arasında fikir ayrılığı olub olmadığı müzakirə edilirdi. Türkiyə mülki məramlı bir yanaşma ilə sülh danışıqıylarla İdlibdə münaqişələrin dayandırılmasına tərəfdar idi. İran və Rusiya isə müharibə məramı, İdlibin hamısını əhatə edən hərbi əməliyyatla çözüm yolunu mənimsəmişdi. Tehran sammiti nəticəsində də gördük ki, tərəflər mövqeyini dəyişdirməyib. Türkiyə Rusiyaya təsir edə bilmədi. Rusiya və İranın bir-birinə daha da yaxınlaşdığı aydın oldu. Hər iki ölkə İdlibdə terrorla mübarizə məsələsində hərbi əməliyyatın vacibliyini vurğulayan mesajlar verdi. Ərdoğanın atəşkəs çağırışına Rusiya qəti şəkildə "yox” dedi. Ankara, Moskvaya çox güvənilməyəcəyini, onunla səmimi razılaşmalar əldə edə bilməyəcəyini gördü. Moskva Ankaranın səmimiyyət sınağından keçmədi.
-Astana müzakirə prosesinin bitdiyi nöqtəyəmi gəlindi?
-Astana prosesinin bitib-bitmədiyinə dair suallar bundan sonra daha çox soruşulacaq. İdlibdə hərbi əməliyyatlar Ankaranın istəyinin xaricində başladığı üçün Astana prosesinin faktiki olaraq bitdiyini deyə bilərik. Belə görünür ki, quru hərəkatı da yaxın günlərdə başlayacaq.
-Tam olaraq İdlibdə nələrin baş verəcəyini proqnozlaşdırırsınız?
-Rusiya və Suriya ordusunun İdlibi bombalaması Tehran sammitindən əvvəl başlamışdı. Hücumlar bizə İdlibin ciddi bir plan üzərindən aparıldığını göstərir. Sammitin ardından Rusiya və Əsəd güclərinin şimal-şərqdən Hələb və cənub-qərbdən isə Lazkiyə istiqamətindən İdlibi hərbi bir məngənəyə salacağını söyləyə bilərik. Bəli, quru hərəkatı gözləyirəm. Bu əməliyyatı Rusiya və Əsəd qüvvələri yavaş-yavaş yürüdəcək. Əməliyyat genişləndikcə beynəlxalq reaksiyaları köç fəallığını müşaiyyət edəcək. Rusiya qəti və qərarlı bir şəkildə İdlibə girəcək və İdlibi sözün əsl mənasında yeyəcək. Rusiyanın və Əsəd qüvvələrinin quru hərəkatı 2019-cu ilin əvvəlinə qədər davam edə bilər.
-Bəs, bu prosesdə Ankaranın nə kimi çətinlikləri ortaya çıxa bilər?
-Tehran sammitindən sonra İdlib yaxınlığındakı 12 atəşkəs monitorinqi nöqtəmiz daha da kritik bir mövqeyə sahib oldu. Rusiya və Əsəd qüvvələrinin İdlibi mühasirəyə aldığı cəhənnəmin ortasında, kimin əlinin kimin cibində olduğu anlaşılmayan bir yerdə təxminən 1200 Türk əsgəri var. Məcazi desək, Suriyada 12 Süleyman Şah türbəsi mövcuddur.Buradakı Türk hərbi varlığının kritik əhəmiyyəti artır. Quru hərəkatı sürərkən, hər cür çətinliyə rəğmən buradakı Türk əsgərlərinə qurudan və havadan təxliyə ilə kömək planlarının olmasını ümid edirik.
-Köç hərəkətliliyi necə olacaq? Prezident Ərdoğan sammitində Türkiyənin yeni miqrasiya dalğasını təkbaşına qaldıra bilməyəcəyini açıq şəkildə bildirdi…
-Amerika Rusiya və Əsəd qüvvələrinin əməliyyatına qarşı dinc əhali hərəkətliliyinin yaradacağı təhlükəyə Türkiyə qədər qarşı çıxır. Avropa da elə. İdlibdə kosmopolit bir məskunlaşma var. İdlibin yerlilərindən çox bu şərhərə sığınmış qaçqınların Türkiyəyə doğru hərəkət etməsi gözlənilir. Məhz bu köç dalğası Türkiyəyə ciddi sıxıntılar yaradır. Ankara növbəti prosesdə Avropa və Amerikadan da alacağı dəstəklə bu dalğayla başa çıxa biləcəkmi, zamanla görəcəyik.
-İdlibə hərbi əməliyyatdan sonra Rusiya və Əsəd qüvvələrinin hədəfi nə olacaq?
-Rusiya və Əsəd qüvvələri İdlibi bitirdikdən sonra İranın da dəstəyi ilə Fəratın şərqiylə məşğul olmağa başlayacaq. Burada ABŞ ilə YPG arasındakı tanqoya çevrilən əməkdaşlığı pozmağa çalışacaq. ABŞ və PYD əməkdaşlığın pozulması üçün PYD-nin siyasi keçidə edilməsini istəyəcəklər. Məhz burada kritik suallar var. ABŞ ilə əməkdaşlıq edən PYD Rusiya tərəfdarı ola bilərmi? PYD-nin Rusiyaya yaxınlaşdığını görən Ankara da, ABŞ ilə yaxınlaşa bilərmi? Bu sualların cavabları yaxında aydınlaşacaq.
-Proseslər nəticəsində Ankaranın Vaşinqtonla daha yaxınlaşacağınımı deyirsiniz?
-Ankara əvvəldən, Suriyanın şimalı bəhs mövzusu olandan bəri Moskvaya da, Vaşinqtona da PKK-ya bağlı YPG ilə birgə mübarizə çağırışları edib. Ancaq Vaşinqtona da, Moskvaya da təsir edə bilməyib.YPG Suriyada ABŞ tərəfdarı kimi tanınır. Ankara da İran və Rusiya ilə birgə hərəkət edir kimi görünür. Ancaq Rusiya və İran əvvəldən bəri Suriya üçün nəzərdə tutduqları son tabloda ABŞ-a heç vaxt yer verməyiblər. Xüsusilə Rusiya Suriyada PYD problemini çözmək üçün YPG və Əsədi danışıqlar masasına əyləşdirməyə çalışacaq. Belə olduqda isə, Ankaranın üzünü yenidən ABŞ-a çevirməsi qaçınılmaz olacaq.
-Ankaranın Suriyanın gələcəyində rol oynaması indiki halda mümkündürmü? Bundan sonra necə bir strategiyayla getsə, regiondakı gücünü və çəkisini artıra bilər?
- Ankara Suriyaya PKK bağlantılı YPG pəncərəsindən baxır və YPG-nin hər halda məhv edilməsini düşünür. Bu sabit vəziyyət Ankaranın Suriyadakı manevr sahəsini və oyun qurmaq qabiliyyətini zəiflədərkən, oyun pozma xüsusiyyətini artırır. Halbuki Suriyada oyun quranların dövrü başlayır. Ankaranın oyunu, ssenarisi nədir Suriya üçün? Demokratik proseslərin dəstəklənməsi, seçki, konstitusiya prosesinin təqib edilməsi, etnik-dini heç bir ayrı-seçkilik göstərilmədiyi masada bütün aktyorlarla müzakirə ediləcək gücün ortaya qoyulması çox mühüm. Ankara Əsəd rejimi və hətta lazım gələrsə, PYD içindəki suriyalı kürdlər arasında özünə tərəfdaş tapa bilər və bu danışıqları bağlı qapılar arxasına apara bilər. Yoxsa Suriyada oyun qurucu olmaqdan uzaqlaşar və yalnız piyada vəziyyətinə düşər.(Çevirdi: ovqat.com)