Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“İRAN AZƏRBAYCANLILARININ ƏKSƏRİYYƏTİ TÜRKDÜR”–Türk aliminin təxribatçı suallara cavabları



Mayın 27-də İranın “Qanun” qəzetində İstanbul Mədəniyyət Universiteti Şərq dilləri və ədəbiyyatı departamentinin əməkdaşı Turqay Şefiklə müsahibə dərc olunub. Müsahibədə son vaxtlar İran mediasında mütəmadi olaraq gündəmə gətirilən məsələlərə toxunulub.

Xatırladaq ki, bundan bir müddət öncə “Qanun” qəzetində Ruhani administrasiyasının rəsmisi Əli Yunesi öz açıqlamaları ilə sərt təpkilər doğurmuşdu. Həqiqət naminə qeyd edilməlidir ki, sonradan Əli Yunesi sözlərinin düzgün anlaşılmadığını əsas gətirərək yenidən “Qanun”a müsahibə vermiş və təqdir olunacaq fikirlər səsləndirmişdi.

Bu günlərdə isə başqa bir dövrü nəşr, “Xorasan” qəzeti milli mənsubiyyət və tarix ətrafında yeni bir mübahisə alovunu körükləyib. Ankara Universiteti tibb fakültəsinin xəstəxanası qarşısında İbn Sinanın heykəli üzərindəki “Böyük Türk Həkimi” sözlərini tarixin saxtalaşdırma kimi həmin qəzetin hədəfinə düşüb.

Yenixeber.org: Mövzunun maraq dairəsini nəzərə alaraq “Qanun” qəzetində dərc olunmuş və bəzi sualları məqsədyönlü təxribat və qərəzli olan müsahibəni müəyyən ixtisarla və şərhsiz oxuculara təqdim edirik.

– Bir neçə gün əvvəl Türkiyə jurnallarından birində müxtəlif ölkələrin [Mövlanə] Rumiyə tarixi iddiası ilə bağlı “Susun, susun, Rumi bizimdir” başlıqlı bir məqalə dərc etdirmişəm. Xatırlayıram ki, İran və Türkiyə Ruminin “Məsnəvi”sini YUNESKO-da öz mənəvi irsi kimi qeydiyyata aldırmaq istədikdə, Əfqanıstan Ruminin yalnız ona aid olduğunu əsas gətirərək buna etirazını bildirmişdi. Bəli, problem bundadır ki, hər bir ölkə Rumini öz tarixi şəxsiyyəti olaraq qavranılması istəyindədir. Amma yüzlərlə il bundan əvvəl yaşamış şairin milli mənsubiyyətinin, fikrimcə, heç bir əhəmiyyəti yoxdur. Biz onun irsi ilə qarşı-qarşıyayıq. Hansı ölkənin Ruminin mirasını daha yaxşı qoruduğuna diqqət yetirilməlidir. Məsələn, indi Məhəmməd Əli Müvəhhid “Məsnəvi”yə yeni düzəlişləri nəşr edib. Nikolsonun düzəltməsindən sonra bu, ikinci düzəlişdir və məncə, ən doğrusudur. O, çox böyük iş görüb, amma bəzi insanlar Rumiyə tam yaddırlar.

Ancaq Türkiyədəki bir çoxları sözlərinizlə uzlaşmayan şərhlər verir və həmişə belə mübahisələri qaldırırlar. Əslində, türk mədəni fəalları arasında belə bir yanaşma yoxdur, əgər olsaydı, İbn Sinanın Ankaradakı heykəlinin altında “Böyük Türk Alimi” sözləri yazılmazdı. Bu tarixi təhrifin ortaya çıxmasına səbəb nədir?

– Bəli, həmin heykəl hələ 40 il əvvəl bir türk xəstəxanası önündə ucaldılıb. İbn Sina barədə xalq hekayətlərində çox danışılır, uşaqlıq dövründə analarımız və nənələrimiz bizə İbn Sina barədə rəvayətlər bizə nəql edirdi və hətta kitab rəflərimizdə də bu nəşrləri görmək mümündür. İnsanlar üçün əsas olan İbn Sinanın kimliyi deyil, onun qavranılmalı olan elmi və şəxsiyyətidir.

– Məşhurların adlarından istifadə bütün ölkələrdə geniş yayılıb. Məsələn, iranlılar tarix boyu Sokrat, Platon və Aristotelin əsərlərindən öz rasional və fəlsəfi fikirlərini izah etmək üçün faydalanıblar, lakin heç vaxt onların yunan mənşəli olduğunu inkar etməyiblər. Yunanıstan indi kiçik bir ölkə halına gəlsə də, iranlılar sözügedən məşhur şəxslərin yunan tarixi şəxsiyyətləri olduğunu dana bilməzlər. lakin məşhurların təsirlərinə diqqət yetirmək onların kimliklərinin əhəmiyyətini azaldırmı?

– 200 və ya 300 il bundan əvvəl insanlar İbn Sinanın türk, fars və ya ərəb olduğuna əhəmiyyət vermirdilər. İnsanlar onu yalnız bir müsəlman alimi kimi tanıyırdı. Məncə, bu cür şəxsiyyətləri öz milli-ərazi identikliyimizlə məhdudlaşdırmaqla, onların əsərlərini başa düşülməsini məhdudlaşdırırıq. İbn Sina hələ İran və Türkiyədə tam həcmdə nəşr olunmayıb və əsərinin bütövlüklə tədqiqi yoxdur. Mübahisə doğuracaq məsələlərlə məşğul olmaq əvəzinə, bu vacib məsələlər üzərində işləmək daha yaxşıdır. Məşhurların milli mənşəyini qabartmaqdan çəkinin. Qoy özüm bir sual verim, sizcə, Farabi iranlıdır?

 Bəli, əminəm.

– Amma biz onu türklərin böyük filosofu adlandırırıq, çünki fəlsəfi irsimiz onun əsərlərinə dayaqlanır.

– Beləliklə, bu fikirdəsiniz ki, bir ölkənin hansısa məşhur şəxsiyyətin əsərlərinə marağı həmin şəxsiyyətin milli kimliyini dəyişdirir?

– Farabi haqqında bir hekayətdə onun Bağdada türkmən libasında gəlməsindən bəhs olunur. Bu, onun tərcümeyi-hallarında da əks olunub. Mən Farabinin milli mənşəyini yox, nə yazdığını bilmək istəyirəm. O cümlədən İbn Sinanın.

İbn Sina bugünkü gerçəkliyə əsasən, Özbəkistanda anadan olub və Həmədanda vəfat edib. İbn Sinanın özbək olduğunu sübut edə bilmərik. Amma onun irsini ardıcıl nəsillərə çatdırmaq borcumuz var.

Novruz bayramında Semnan, Damqan və Xaran şəhərlərinə səfər etdim. İranda tikilən ilk məscid Damqanda yerləşir. Əttarın türbəsinə getdiyim zaman o böyük şairin məzarının necə qorunduğunu bilmək istədim. Əttar və digər ünlülər üçün nə etmişsiniz? Türkiyəyə icazə verilərsə, Bəyazid Bistami türbəsini ən əhəmiyyətli turizm mərkəzlərindən birinə çevirər, çünki türk xalqı onu sevir. Türk ataları uşaqlarına Bəyazid Bistaminin adını verirlər. İranlıların onun adından belə fayda alıb-ala bilmədiyini bilmirəm. Amma bu yaxınlarda İran televiziyasının 3-cü kanalında Mövlanə barədə çox xoşagəlməz bir söhbətin getdiyi videonu gördükdə, çox təəccübləndim. Mən Ruminin bir tərəf üçün yaxşı, digər tərəf üçün isə pis olduğunu anlamıram. Osmanlı dövründə hər bir şəhərdə Ruminin ardıcılları bir yerə yığıldıqda, farsca danışıblar. Osmanlı İmperatorluğunda türk xalqının öyrəndiyi ən yaxşı yadigar Rumidir; Osmanlı dövründə ən mühüm intellektual vasitələrdən biri fars və ərəb dilləri idi.

– Yanaşmanız azca düzgündür. Yəqin ki, hətta adı belə saxta olan Azərbaycan hökuməti bu cür iddiaları ifadə etməyi planlaşdırır, lakin regionun səlahiyyətlərindən başqa, İranla uzun müddətli əlaqəyə malik olan Türkiyədən bunu eşitmək bir az qəribədir. Hətta İbn Sinanın türk olmasına dair heç bir sənəd olmadığı halda.

– Cənab Müvəhhid deyir ki, hər 30 ildə “Məsnəvi”nin türkcəyə yeni bir tərcüməsi nəşr olunacaq. Ancaq türk xalqı Rumi və digər məşhurları tarix boyu yaşarı saxlanılması üçün mübarizə aparır və bu da inkar edilə bilməz.

– Əlbəttə, İranda bəzi adamlar Mövlanə və ya İbn Sinanın əsərlərini bilmədən yalnız onların milli kimliyi məsələsini qaldırırlar, Türkiyədə də bəziləri tarixi sənədlərə zidd olaraq, onların əsl şəxsiyyətini inkar edir. Belə ekstremistlər barədə nə düşünürsünüz?

– Yalnız tarix, mədəniyyət və ədəbiyyatdan xali adamlar xoş baxışa malikdir. Bu gün Ruminin türk və ya qeyri-türk olması əsas deyil, biz onu böyük bir şair və mistik olaraq tanıyırıq. Mövlanənin türk olduğunu sübut etsək nə olar? Onun iranlılığı çox vacib deyil. Ən əhəmiyyətlisi, Türkiyənin Ruminin əsərlərini ən yaxşı şəkildə anlamasıdır.

– Bəzi hallarda rəsmi Bakı İranda etno-liberalizmi qabardır. Türkiyə hökumətinin İranda yaşayan azərbaycanlıların etnik mənsubiyyətinə yanaşması necədir?

– Qurulduğu ilk illərdən Türkiyə “Dünyada Sülh-Yurdda Sülh” adlı mühüm bir şüar təqdim edib. İranın sərhədlərini heç vaxt müzakirə etməmişik. Türkiyədə Lozann sazişinə əsasən, yalnız iki şəhərin – Kərkük və Mosulun Türkiyə ərazisi olduğuna dair söhbətlər gedir, lakin İranın sərhədləri ilə əlaqədar heç bir müzakirə yoxdur. Qəsr-e-Şirin müqaviləsindən ta Rza şah və Atatürk arasında imzalanan müqaviləyədəkheç bir mübahisə yoxdur. Lakin İran azərbaycanlılarının əksəriyyəti türkdür. Azərbaycanın İrandan ayrılması və sovet təsirindən çıxmasına qədər bu bölgənin xalqı arasında fars dili hakim olmayıb və hamı türk dilində ünsiyyət qurur.

– Əlbəttə, unutmamalıyıq ki, bir çox tarixi münaqişələr, o cümlədən monqol yürüşləri və yaxud Osmanlı dövləti ilə müharibələr, habelə müxtəlif xalqların İrana köçləri ucbatından Azərbaycan xalqının dili – Azəri-pəhləvi dili türkcəyə çevrilib. Buna görə də, Azərbaycanda yaşayan xalq mənşəcə iranlı, onların ünsiyyət vasitəsi türk dilidir.

– Bunu isbatlamaq çətindir. Mən Tehran Universitetində ədəbiyyat üzrə doktorluq dissertasiyasını müdafiə etmişəm və bilirəm ki, Azəri dili pəhləvi dilinin ləhcələrindən biri olub və bu dildə xeyli poetik nümunə var. Amma monqol istilaları ilə başlayan köçləri və Osmanlı imperatorları ilə müharibələrlə məhdudlaşmayaq. Türklər Səlcuqlu dövründən İrana miqrasiya ediblər və bu, tarix boyu davam edib. Ta miladi 18-ci əsrə qədər. Azərbaycan həmişə İranın hüdudları daxilində olub və bu fikirdə qəbahətli heç nə yoxdur

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam