Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Faizlər kəllə-çarxa çıxıb”

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi həddindən artıq mürəkkəbdir”.

"Xeberinfo.com":   Məlumata görə, bunu Milli Məclisin deputatı Əli Məsimli “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, investorlar bu qanun layihəsini başa düşmək üçün yanlarında tərcüməçi saxlamalıdır.
“Qanunda qeyd olunanları ona başa salsınlar. Hesab edirəm ki, yeni qanun layihəsinin dili sadələşdirilməlidir: “Qiymətli kağızlar bazarının liberallaşdırmaq lazımdır. Oradakı oyunçuları qorxutmamaq, onların maraqlarını və hüquqlarını təmin etmək lazımdır. Ancaq qanun layihəsində bir sıra boşluqlar var. Qanunun 30-cu maddəsində Mərkəzi Banka investisiya şirkəti statusu verilir. Bu düzgün deyil”.
Əli Məsimlinin sözlərinə görə banklarda faizlər kəllə-çarxa çıxdığı bir vaxtda Mərkəzi Banka belə bir statusun verilməsi düzgün deyil:“Devalvasiydan sonra fazilərin daha da artacağı deyilir. Status verilərsə əhalinin əmlakları bankların ətrafında cəmləşəcək. Bu isə sosial partlayışa səbəb olacaq. Bunun qarşısında dayanmaq mümkün deyil. Bu cür maddələrdən uzaq durmaq lazımdır”.
Deputat onu da əlavə edib ki, Azərbaycanın 10 milyonluq əhalisini 3-4 dəfə artıqlaması ilə dolandırmaq mümkündür: “Bunun üçün dövlətin kifayət qədər iqtisadi potensialı var. Bu cür qanun layihələri qəbul edilərkən diqqətli olmaq lazımdır. Xahiş edirəm ki, səsləndirdiyim təkliflər qanunun ikinci oxunuşuna qədər nəzərə alınsın”.
Sonda qanun layihəsi I oxunuşda səs qoyularaq qəbul edilib.

ANS PRESS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam