Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“El havası” adlı - yeni musiqili layihəyə start verilib

 

 

Gənclər və İdman Nazirliyi (GİN) “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verib.

Yenixeber.org:  Əsasən region gənclərini əhatə edəcək yarışmanın məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdən ibarətdir.

Qeyd olunub ki, yarışma haqqında geniş məlumat əldə etmək məqsədilə “El havası” sosial media hesabı (link) yaradılıb. İştirak etmək istəyən hər bir gənc istedad sahibi “El havası” facebook səhifəsində qeydiyyatdan keçərək, həmçinin yerli gənclər və idman idarəsinə müraciət edərək layihəyə qatıla bilər. Yarışma 3 nominasiya üzrə keçirilir: - rəqs, solo ifa, musiqi alətində ifa.

Əvvəlcə 2019-cu ilin dekabr ayında Gəncə-Qazax iqtisadi rayonu üzrə start götürən layihənin seçim turları yanvarın 23-24-də Şamaxıda keçiriləcək. Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Zərdab və Şamaxı rayon gəncləri qeyd olunan tarixlərdə seçim turlarında iştirak etmək üçün Şamaxı şəhərində yerləşən İncəsənət Təhsili Mərkəzinə müraciət edə bilər. (ünvan: Şamaxı şəhəri, Şirvan küçəsi 20).

Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm qala konsert proqramında maraqlı sürprizlər gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam