Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Mehriban Ələkbərzadənin “çör-çöp” ittihamına ŞOK CAVAB -Ana teatrda kimlər səssiz “təmizlənir”?

"Ana teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə 15 Aprel - Beynəlxalq Mədəniyyət Günündə efirə çıxaraq deyir ki, "Yenilik özü ilə gələndə çör-çöpü aparır, yerində gözəl olan qalır".

Bu cümlə zahirən pafoslu səslənsə də, əslində bir etiraf idi və gəlişiylə nələrin "təmizləndiyini" xəbər verirdi. Sözün açığı, bu cür çıxışda teatrın bədii rəhbərinə yaraşan üslubda yox, məişət tullantılarının təmizlənməsinə rəhbərlik edən şəxs kimi çıxış edib".

Yenixeber.org: Bu sözləri Əməkdar artist Mehriban Xanlarova deyib.

Aktrisa Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında yenidən qalmaqallı ittihamlar səsləndirib:

"Bəs Mehriban Ələkbərzadənin bu "çör-çöp" dediyi kimlər idi? Əvvəlcə uşaq evindən çıxmış, böyük istedad və potensiala malik gənc aktyor Corc Qafarı səhnədən uzaqlaşdırdı. Ardınca səssizcə 10 texniki əməkdaşla yollar ayrıldı. Daha sonra isə teatrın repertuarına əl gəzdirdi -  "Zəfər" kimi vətənpərvər ruhlu tamaşalar, "Medeya", "Almaz", "Bir, iki - bizimki" kimi klassik və müasir səhnə əsərləri yaddan çıxarıldı. Bunların arasında "Medeya", "Bir, iki - bizimki" tamaşası sizin olsaydı, bütün dünyaya car çəkərdiniz.

Çünki beynəlxalq səviyyədə nümayiş oluna biləcək tamaşalar idi. Siz bütün bu addımlarınızı "çör-çöp təmizliyi" adı altında cəmiyyətə təqdim etdiniz. Yeniliyiniz isə səhnəyə dəvə gətirməniz oldu. Lakin səhranın istisinə, susuzluğuna dözən bu heyvan belə Mehriban Ələkbərzadənin eqosuna dözə bilmədi və səhnədən getdi".

Mehriban Xanlarova iddia edib ki, bədii rəhbər "YouTube" arxivlərindən oğurluq səhnələr toplayır, 1940 və 1948-ci illərə aid tamaşalardan kadr səhnələr götürərək plagiat tamaşalar qurur:

"Hazırda bədii rəhbər "bütün beynimlə çox önəmli bir tamaşa üzərində işləyirəm" deyir. Bunu çox düz deyir. Çünki "YouTube"da 1940, 1948-ci illərə aid tamaşaları izləyib oradakı səhnələri oğurlayaraq plagiat tamaşalar qurmaqla məşğuldur.

Bu barədə Azərbaycanın bir nömrəli teatrşünası Aydın Talıbzadə konkret linklər və mənbələrlə sübutlar ortaya qoyaraq məqalə dərc edib. Orada açıq şəkildə göstərilir ki, "V.X.A." tamaşasının müxtəlif səhnələri oğurluqdur. Nəticə isə budur: bədii rəhbərimiz plagiat rejissordur, kamera qarşısında, kamera arxasında öz kollektivini aşağılamaqdan çəkinmir və "YouTube"da oğurluq etməklə məşğuldur".

Səslənən ittihamlarla bağlı Mehriban Ələkbərzadənin mövqeyini öyrənməyə çalışdıq. Bədii rəhbər heç bir ittihama cavab vermək istəmədiyini dedi:

"Belə olmaz. Mən də xeyli vaxt jurnalist işləmişəm, amma heç vaxt yazıb, soruşmamışam ki, "filankəs filan sözü dedi, buna necə baxırsınız?" Nə olub? Başqa xəbər yoxdur?"

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə "Sabahın xeyir, Azərbaycan!" verilişində son günlər mədəniyyət ocağında aktyorlarla onun arasında baş verən mübahisələrə bu cür cavab verib:

"Zaman çox dəyişir. Sosial şəbəkələr, dırnaq içində olan demokratik özbaşınalıqlar... Hər kəs öz fikrini səsləndirə bilir və heç kim məsuliyyət daşımadan hansısa ünvana sözlər deyə bilir. Normal, olsun... Yetər ki, bu, əxlaqdan kənar olmasın. Amma mübahisələr hər zaman olmalıdır. Yenilik özü ilə gələndə çör-çöpü aparır, yerində isə gözəl olan qalır. Yaradıcı mübahisələr məşq prosesində olur, amma o birilər başqa şeydə.

Bu saat narahat dövrümdür. Hazırda çox önəmli tamaşa üzərində çalışıram. Buna görə mənim beynimin hər hüceyrəsi o işlə çalışır".(musavat)

Xalidə Gəray


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam