Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya Azərbaycandan nə istəyir? – Tovuza hücumun pərdəarxası məqamları-(TƏHLİL)

 Yenixeber.org: Tovuz rayonu istiqamətində Ermənistan ordusuun törətdiyi hərbi təcavüz xarakterli təxribatın arxasında istisnasız olaraq Rusiya dayanır. Bunu ifadə etməkdən çəkinərək Paşinyanı hədəf alanların müxtəlif dəlillləri və səbəbləri olsa da, hüç şübhəsiz Azərbaycanla Ermənsitan arasında yeni hərbi münaqişə yalnız Moskvanın maraqlarına uyğundur.

Bu qənaəti yaradan bir neçə əsaslı dəlillər var. Birincisi, koronavirus pandemiyasının yaratdığı ağır iqtisadi böhran Ermənistanın yeni hərbi münaqişədə maraqlı olmasını istisna edir. İkincisi, hərbi münaqişə Ermənistanın Qarabağ cəbhəsindəki 27 illik üstünlüyünü təhlükəyə ata bilər ki, hazırkı şəraitdə İrəvanın bunda maraqlı olmamalıdır. Ermənistanda hakimiyyətdə olan qüvvənin də qrup maraqları iri miqyaslı hərbi münaqişələri istisna edir. Məlum olduğu kimi Paşinyan hökuməti rəqiblərinin bütün siyasi və iqtisadi dayaqlarını sarsıdan tədbirlər həyata keçirir. Belə bir zamanda iri miqyaslı hərbi münaqişə bu tədbirləri gündəmdən çıxa bilər. Ermənistanın bu münaqişədə maraqlı olmadığı, ancaq alət olduğunu göstərən və son olayların arxasında üçüncü bir dövlətin, Rusiyanın dayandığını sübut edən çoxsaylı dəlillər var.

Rusiya mətbuatında və sosial şəbəkələrin rus seqmentində son zamanlar ən çox müzakirə olunan mövzu Rusiyanın qaz nəhəngi “Qazprom”un düşdüyü vəziyyətdir. Son zamanlara kimi Avropanın qaz tələbatının 30 faizini qarşılayan “Qazprom”un gəlirləri son 18 ildə ən aşağı həddə düşüb. Bunun bir səbəbi təbii qazın qiymətinin kəskin ucuzlaşmasıdırsa, digəri “Qazprom”un ənənəvi bazarlarını itirməsidir. Rusiya mediası Almaniyadan sonra Rusiya qazının ikinci ən böyük alıcısı olan Türkiyəni “Qazprom”un üzləşdiyi problemin əsas günahkarı olaraq göstərir.

Rusiyadan Türkiyəyə ixrac edilən qazın həcmi 2018-ci illə müqayisədə 14 dəfə aşağı düşdüyü üçün “Qazprom” “Mavi axın” kəmərinin fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. “Qazprom”un 7 milyard dollar xərclədiyi “Türk axını” qaz kəməri yararsız dəmir yığınına çevrilmək təhlükəsi qarşısındadır. Üstəlik, Türkiyə tərəfi “Qazprom”a borclu olduğu 2 milyard dolları ödəməkdən imtina etir və Rusiyanın qz nəhəngini məhkəmə çəkişməsi ilə hədələyir. Eyni motivlu mıhkəmə proseslərin Ukrayna və Polşaya uduzan “Qazprom” Ankara ilə məhkəmə çəkişməsindən yayınır.

Moskvada hesab edirlər ki, Türkiyənin rus qazından üz çevirməsinin əsas “günahkar”larından biri Azərbaycandır. Rusiya dövlətinin iqtisadiyyatı əsasən iki şirkətin, “Qazprom” və “Rosneft”in üzərində qurulub. Neftin qiymətlərinin kəskin ucuzlaşması Rusiya büdcəsinin neft gəlirlərindən məhrum edib. Moskvanın yeganə ümidi “Qazprom”dan gələcək gəlirlə bağlı idi. İndi isə “Qazprom” müflis olmaq ərəfəsindədir və borc faizlərini ödəmək üçün əlavə borc tapmaq məcburiyyətində qalıb. Faktiki olaraq Rusiyanın taleyi “Qazprom”un taleyindən asılı düşüb və Moskva nəyin bahasına olursa-olsun bu şirkəti xilas etməyə çalışır. Azərbaycanın dünya qaz bazarını tərk etməsi “Qazprom” üçün nəfəslik kimi görülə bilər. Azərbaycanın qaz ixracını dayandırması üçün ən yaxşı variant Etmənistanı yeni işğalçılığa vadar etməkdir. Tovuz rayonu bu məqsədə çatmaq üçün ən əlverişli istiqamətdir.

Müstəqil Ermənistan ordusu olmadığı, Ermənistan ərazisindəki hərbi qüvvənin əslində rus-erməni birliyi olduğu, İrəvandan daha çox Moskvadan idarə olunduğunu isə Rusiyanın ictimi-siyasi xadimləri açıq-aydın ifadə edirlər. İkincisi, Rusiya ilə Ermənistan eyni hərbi ittifaqda təmsil olunur və bu ittifaqın əsasnaməsinə görə tərəflərdən biri hərbi münaqişəyə cəlb olunacağı təqdirdə ittifaq üzvüləri ona yardım etməlidir. Qarabağ Azərbaycan torpağı olduğu üçün Rusiya bu regionda baş verə biləcək hərbi münaqişə zamanı Ermənistanın tərəfindən çıxış edə bilməz. Ancaq Ermnistanın Azərbaycanla sərhəddində hərbi münaqişə Rusiyanın birbaşa müdaxiləsinə əsas verir.

Rusiya bununla Azərbaycanı Moskvanın yeni SSRİ-2 layihəsində yer almağa da vadar etməyi hədəfləməsindən gözardı edə bilmərik.
Rusiyanı qəzəbləndirən amillərdən biri də Türkiyə ilə Ukrayna arasında yaxınlaşma, hərbi əməkdaşlığın dərinləşdirilməsi ola bilər. Kiyevlə Ankara arasında əldə olunan anlaşmaya görə, Ukrayna və Türkiyə Qara Dənizdə birgə müşahidə və nəzarət həyata keçirəcək. Digər tərəfdən Ankara Kiyevin müasir silahlarla, xüsusilə də döyüş dronları ilə təmin edir. Döyüş meydanlarında qorxunc silaha çevrilən türk dronların yeni partiyasının Ukraynaya göndərilməsi ilə bağlı anlaşma bir neçə gün öncə əldə edilib.

Rəcəb tayyib Ərdoğanın Ayasofiya təxribatı da Rusiyanın Türkiyənin ən yaxın müttəfiqini cəzalandırmasının səbəblərindən biridir.

Azərbaycan Ermənistan sərhəddində hərbi münaqişənin törədilməsi Rusiyanın beynəlxalq təcriddən də çıxması yolunda Moskvanın gözündə vasitə kimi görünə bilər.

Göründüyü kimi, İrəvandan daha çox Moskvadan idarə olunan Ermənistan ordusunun son təxribatının məhz Rusiyadan qaynaqlanmasını əsaslandıran çoxsaylı dəlillər mövcuddur.

                                  Azərbaycan nə etməlidir?

Rusiyanın Ermənistanın əli ilə həyata keçirməyə çalışdığı yeni işğalçılıq planın qarşını alamq üçün ilk növbədə müqavimət ən yüksək səviyyədə təşkil olunmalıdır. Ehtiyac yaranarsa ümumi səfərbərlik elan olunmalıdır. Rus-erməni işğalına qarşı dayana bilmək üçün milli birlik təmin edilməli, iqtidar-müxalifət əməkdaşlığının formatları tapılmalıdır. Azərbaycanın müstəqilliyinə düşmən kəsilmiş Moskvanın 5-ci kalonu tamamilə zərərsizləşdirməli, onların dövlət idarəçliliyinə uzanan əlləri kəsilməlidir.

Rus-erməni işğalına qarşı dayana bilmək üçün fəal diplomatik siyasət aparılmalı, Türkiyə-Ukrayna cütlüyü ilə yeni formatda ittifaq yaradılmasına cəh edilməlidir. Bu Azərbaycanın hərbi potensialını artırmaq imkanı verməklə yanaşı, Qərbdə Kiyev və Ankaranın imkanlarında istifadə edərək fəal diplomiyiya aparmaq imkanı da yaradacaq.

Rusiyadan imdad gözləmək isə çox fəlakətli ola bilər və heç bir halda işğaıçıya müraciət edilməməlidir.

Xaqani Cəfərli, politoloq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam