Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Ermənistanın milyarder müxalifət lideri Rusiyaya sığındı

"Birmənalı şəkildə bəyan edirəm ki, Ermənistanda ən böyük müxalifətçi siyasi qüvvənin – “Çiçəklənən Ermənistan” partiyasının lideri, bir vətəndaş olaraq ölkəmizdə anti-Rusiya düşüncələrini formalaşdırmağa yönəlmiş təxribatların qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, son zamanlar Ermənistanda anti-Rusiya və anti-dövlət qüvvələrinin fəal səyləri ilə ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə kəskinləşməsi baş verir.

“Bu qüvvələrin son məqsədi xalqlarımız arasındakı dostluq əlaqələrini pozmaqdır. Nümunə olaraq qeyd etmək lazımdır ki, 102-ci hərbi bazanın ölkəmizdən çıxarılmasına səbəb olacaq Rusiya ilə hərbi müqaviləyə yenidən baxılmasının zəruriliyi barədə tezis erməni cəmiyyətinə bilərəkdən təqdim olunur.

Düşünürəm ki, bu, təkcə Türkiyənin və Azərbaycanın arzusu deyil, eyni zamanda bütün bölgədə onsuz da kövrək bir vəziyyətin alovlanmasına münbit zəmin yaradan amildir.

Əminəm ki, Ermənistanın inkişafı, ölkəmizin təhlükəsizliyini, müstəqilliyini möhkəmləndirmək üçün Rusiya ilə münasibətlərimizi həm ikitərəfli, həm də MDB, Avrasiya İqtisadi İttifaqı, KTMT çərçivəsində gücləndirməliyik", - deyə partiya lideri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam