Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Koronavirus peyvəndi:nalvari yengəclərin qanına ehtiyac var

 

 Onların 10 gözü var, 300 milyon ildən artıqdır ki, mövcuddurlar - və insanlar sağlam qalmaq məqsədi ilə onların solğun mavi qanından istifadə edirlər.

Yenixeber.org: Xeyr, bu, fantastika deyil, adi elmdir. Söhbət nalvari yengəcdən gedir.

İnsanlar dərman kəşf etmək məqsədi ilə onilliklər boyu onlardan və onların qanından istifadə edib.

İndi isə onlardan potensial koronavirus peyvəndinin tədqiqi üçün istifadə olunur.

Ancaq onların sayı, bu prosesin heyvanlara necə təsir etdiynə dair suallar var və bəzi fəallar nalvari yengəclərin "sağılmasının" dayandırılmasını tələb edirlər.

               

                          Hər yengəcin qanının təxminən 30 faizi çıxarılır

                                Onlar necə kömək edir?

Bu "canlı qazıntı orqanizmləri" adlandırılan yengəclərin qanı yeni yaradılan dərmanlarda təhlükəli bakteriyaların yoxluğuna əmin olmağa kömək edir. Söhbət o bakteriyalardan gedir ki, onların hətta kiçik bir miqdarı insanı öldürə bilər.

Yengəcin qan hüceyrələrindəki bir ekstraktın zərərli maddələrlə kimyəvi reaksiyaya girməsindən əmələ gələn maddələrdən alimlər yeni dərmanların təhlükəsiz olub-olmadığını yoxlamaq üçün istifadə edirlər.

Nalvari yengəcin qanı bu məqsəd üçün yararlı olan yeganə maddədir.

Hər il yüz minlərlə yengəc tutularaq Amerika Birləşmiş Ştatlarının laboratoriyalarına aparılır və orada yengəcin qanının bir hissəsi ürəyinin yaxınlığından keçən damardan götürülür.

Bu əməliyyatdan sonra yengəclər yenidən təbiətə buraxılır.

                           “Heç kim bunun yengəcə necə təsir edəcəyini bilmir”

İlk əvvəl mütəxəssislər hesab edirdilər ki, yengəclərin hamısı bu cür əməliyyatdan sonra sağ qalır.

Ancaq son illərdə keçirilən dəyərləndirməyə əsasən, onların 30 faizə qədərinin öldüyü təxmin olunur.

Digər tədqiqatlara görə isə bu cür əməliyyatdan sonra dişi yengəclərin cütləşmə ehtimalı azalır.

Təbiəti qorumaq istəyən fəallar bütün bunların problem yaratdığını deyirlər.

"İndiyə qədər onlar yarım milyona yaxın yengəcdən qan götürüblər," - New Jersey ştatının təbiəti mühafizə qrupunun rəhbəri, doktor Barbara Brummer deyir. O, əlavə edir ki, "həmin yengəclərin çoxu Amerikada tutulub".

BBC Radio 4-ün Today proqramına danışan Barbara Brummer qeyd edib ki, yengəclərdən diri-diri qan alınmasının onların həyat tərzinə necə təsir göstərdiyini yaxşı bilən yoxdur.

Amerikadakı nalvari yengəclərin adı artıq rəsmi olaraq, nəsli kəsilməkdə olan heyvan növü siyahısına salınmağa yaxındır.

Lakin dərman istehsal edən böyük şirkətlərdən bəziləri qeyd edir ki, yengəclərin sayında elə bir ciddi dəyişiklik baş verməyib.

                                 “Bu təbii mənbə olmadan da keçinə bilərik”

Yengəcin qanını əvəz edə biləcək bir maddənin yaradılması məqsədi ilə bir çox araşdırma işi aparılıb.

Və nəhayət 2016-cı ildə alimlər nəticə əldə edib.

Alimlər Avropada istifadə edilməsinə icazə verilmiş alternativ üsul kəşf ediblər.

Bu təşəbbüsə ABŞ-ın bəzi dərman şirkətləri də qoşulub.

 

                                     Görəsən, bu barədə biz niyə indi danışırıq?

Ona görə ki, ötən ay Amerikada dərmanların təhlükəsizliyini müəyyən edən maddələr barədə qərar çıxaran qurum alternativ üsulun kifayət qədər yaxşı işlədiyini sübut edə bilmədiyini bəyan edib.

ABŞ-da dərman satmaq istəyən hər bir şirkətə test keçirmək üçün yengəc qanından istifadəyə davam etməyin vacib olduğu bildirilib.

Bu isə o deməkdir ki, koronavirus peyvəndi hazırlayıb tətbiq etmək və milyonlarla amerikalıya çatdırmaq istəyən hər bir şirkət onu ənənəvi üsulla yoxlamalı olacaq.

Doktor Barbara deyir ki, başqa yerlərdə fərqli üsullar istifadə edildiyindən, o, onları yeni üsulu bir daha nəzərdən keçirməyə çağırır.

"Bu, bizə canlı təbiət nümayəndəsinin istismarından imtina etmək imkanı verə bilər,” - o deyir.

Dərman istehsal edən bəzi şirkətlər Covid-19-a qarşı peyvəndə olan tələbatı qan almaq üçün yengəclərin sayını böyük dərəcədə artırmadan qarşılaya biləcəklərini söyləyir.

Lakin doktor Brummer deyir ki, "peyvənd üzərində işləyən ən azı 30 şirkət var” və "onların hər biri bu cür test keçirməlidir”.

"Odur ki, narahatlığım nalvari yengəc populyasiyasının sayı ilə bağlıdır - çünki onlar ekoloji sistemin mühüm bir hissəsidir," - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam