Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Koronavirusun müalicəsi:onu müalicə etmək üçün dərman nə vaxt olacaq?

 

 Covid-19 infeksiyasından 150 000-dən çox adam ölüb, lakin hələ də həkimlərin bu xəstəliyi müalicə etməsinə kömək edəcək təsdiqləniş dərmanlar yoxdur.

Yenixeber.org: Görəsən, belə xilasedici dərmanın yaradılmasına çoxmu qalıb? Müalicə üsullarını axtarıb tapmaq üçün hansı işlər görülür?

Dünya boyu 150-dən çox müxtəlif dərmanlar üzərində araşdırmalar aparılır. Onların əksəriyyəti artıq mövcud olan dərmanlardır və hazırda onlar virusa qarşı sınaqdan keçirilir.

  • Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ən perspektivli müalicə metodlarının qiymətləndirilməsinə yönəlmiş Həmrəylik tədqiqatına start verib
  • Britaniya bildirib ki, onun apardığı Bərpa adlı sınaq tədqiqat işi dünya boyu aparılan belə işlərin ən böyüyüdür və 5000-dən çox xəstə artıq bu tədqiqatda iştirak edir
  • Dünya üzrə çoxsaylı tədqiqat mərkəzləri xəstəlik keçirib sağ qalanların qanından müalicə vasitəsi kimi istifadə etməyə çalışır

                                 Hansı dərman növləri gözlənilən nəticəni verə bilər?

Hazırda üç geniş yanaşma tədqiq olunur:

  • Koronavirusun bədən daxilində inkişaf etmək qabiliyyətinə birbaşa təsir edən antivirus dərmanı
  • İmmun sistemini sakitləşdirə bilən dərmanlar - immun sistemi virusa həddindən artıq reaksiya verəndə bu, orqanizmə zərərli təsir göstərməyə başlayır və nəticədə, xəstənin sağlamlıq durumu ağırlaşır
  • Virusu hədəfləyən antiteller – onlar ya xəstəlik keçirib sağ qalmış pasiyentlərin qanından götürülür və ya laboratoriyada hazırlanır

                        Koronavirusun müalicəsi üçün ən perspektivli dərman hansıdır?

Ümumdünya Səhiyyə Təşkilatından doktor Bruce Aylward deyir ki, Çində səfərdə olduqdan sonra effektivlik əlamətini göstərən yeganə dərman remdesivir olub.

Bu antivirus dərmanından əvvəlcə ebola xəstəliyinin müalicəsi üçün istifadə etmək nəzərdə tutulmuşdu, lakin digər üsullar daha təsirli olduğunu göstərdi.

O vaxtdan bəri bu dərmanın digər ölümcül koronavirusların (Yaxın Şərq respirator sindromu və ağır kəskin respirator sindromu) müalicəsində təsirli olduğu göstərilib. Bu isə həmin dərmanın Covid-19-a qarşı da təsirli olacağına ümid etməyə imkan verir.

Chicago Universiteti tərəfindən aparılan araşdırmalar barədə sızan məlumatlar da həmin dərmanın effektiv olduğuna dəlalət edir.

Bu dərman ÜST-ün Həmrəylik tədqiqatında sınaqdan keçən dörd dərmandan biridir və onu istehsal edən Gilead şirkəti də testlər keçirməkdədir.

                              İİV dərmanları koronavirusu müalicə edə bilərmi?

Çox söz-söhbət gəzirdi ki, İİV infeksiyasının müalicəsində istifadə olunan lopinavir və ritonavir adlı dərmanlar koronavirusun müalicəsində effektiv ola bilərlər, lakin bunu təsdiqləyən sübut yoxdur.

Laboratoriya şəraitində bəzi nəticələr ümidverici olsa da, insanlar üzərində onların sınağı ürəkaçan olmayıb.

Bu dərmanların kombinasiyası ağır vəziyyətdə olan Covid-19 xəstələrində virusun səviyyəsini aşağı salmayıb, onların sağalma prosesini yaxşılaşdırmayıb, ölüm hallarının sayını azaltmayıb.

Lakin, tədqiqat olduqca ağır xəstələr (onların təxminən dörddə biri ölüb) arasında keçirildiyindən, istisna deyil ki, həmin dərmanları bu cür xəstələrə vermək artıq çox gecikmiş addım olub.

                         Malyariya əleyhinə dərmanlar koronavirusu dayandıra bilərmi?

Malyariya dərmanları həm Həmrəylik, həm də Bərpa proqramları çərçivəsində testlərdən keçirilir.

Xloroxin və onun yaxın törəməsi olan hidroksixloroxin dərmanlarının - antivirus və immun sistemi üçün sakitləşdirici xüsusiyyətləri ola bilər.

Bu preparatlar əsasən Prezident Trump-ın bəyanatlarına görə koronavirusun potensial müalicə üsulu kimi diqqət mərkəzinə keçib, lakin onların effektivliyinə dair sübutlar hələ çox azdır.

Hidroksixloroxin həm də revmatoid artritinin müalicəsi üçün də istifadə olunur, çünki immunitet sistemini tənzimləməyə kömək edə bilər.

Laboratoriya araşdırmaları bu maddənin koronavirusu durudurmağa qadir olduğunu göstərib, bəzi həkimlərin dediyinə görə, bu preparat koronavirus xəstələrinə kömək edib.

Lakin ÜST deyir ki, bu dərmanın effektivliyinə dair heç bir inandırıcı sübut yoxdur.

                                                Bəs immun preparatları necə?

İmmun sistemi virusa çox kəskin reaksiya verirsə, o zaman bütün orqanizmdə iltihaba səbəb ola bilər.

Bu, infeksiya ilə mübarizə aparmaq üçün immunitet sisteminin səfərbər edilməsi baxımından faydalı olsa da, həddindən çox iltihab orqanizm üçün ümumilikdə zərərli ola bilər və bu, nəticədə, xəstənin ölümünə gətirib çıxara bilər.

Həmrəylik tədqiqatında interferon beta sınaqdan keçirilir. Bu preparatdan çoxsaylı sklerozların müalicəsi üçün istifadə olunur və o, eləcə də iltihabı azaldır.

İnterferonlar virusun hücumuna məruz qaldığı zaman orqanizmdə əmələ gələn kimyəvi maddələr qrupuna deyilir.

Britaniyadakı Bərpa tədqiqatı çərçivəsində deksametazon adlı dərman sınaqdan keçirilir. Deksametazon iltihabı azaltmaq üçün istifadə olunan steroid növünə deyilir.

                             Sağ qalanların qanı koronavirusu müalicə edə bilərmi?

İnfeksiyaya yoluxmuş və sağ qalan insanların qanında virusa hücum edə bilən antitellər olmalıdır.

İdeya ondan ibarətdir ki, qan plazmasını (antitellər içində olan qanın maye hissəsi) götürülüb müalicə olunan xəstəyə dərman kimi vurulur.

ABŞ-da artıq 500 xəstəni koronovirusdan "sağalanların plazması ilə" müalicə ediblər və digər ölkələr də bu üsulu tətbiq etməyə başlayır.

                                         Çarə tapılmasına çoxmu qalıb?

Koronavirusu müalicə edə biləcək bir dərmanı nə vaxt nə vaxt əldə edə biləcəyimizdən danışmaq hələ çox tezdir.

Ancaq yaxın bir neçə ayda keçirilən sınaqların nəticələri məlum olmağa başlamalıdır. Bu, peyvəndin effektiv olub-olmadığını öyrənəcəyimizdən xeyli əvvəl olacaq. Peyvənd orqanizmi müalicə etməkdən daha çox onu infeksiyadan qoruyur.

Bələ durum ona görə yaranır ki, həkimlər artıq hazır olan və istifadəsi kifayət qədər təhlükəsiz olduğu məlum olan dərmanları sınaqdan keçirir, tədqiqatçılar isə peyvəndləri sıfırdan başlayaraq işləyib hazırlayırlar.

Bəzi tamamilə yeni eksperimental koronavirus preparatları da laboratoriya testlərindən keçirilir, lakin onlar insan üzərində sınaqdan keçməyə hələ hazır deyil .

                                          Müalicə bizə niyə lazımdır?

Müalicə istəməyin ən başadüşülən səbəbi insan həyatlarını xilas etməkdir, bu, həm də bəzi təcrid rejimi tədbirlərini ləğv etməyə imkan verə bilər.

Effektiv müalicə, əslində, koronavirusu daha yüngül keçən bir xəstəlik halına çevirə bilər.

Əgər bu, xəstəxanaya daxil olan insanların ventilyasiya cihazlarına ehtiyacı olmasının qarşısını alarsa, onda intensiv terapiya şöbələrinin həddən artıq xəstələrlə dolu olması riski azalardı və bu halda, ola bilsin ki, insanların həyatına nəzarət etmək ehtiyacı bu qədər ciddi olmazdı.

                                     Bəs, həkimlər indi xəstələri necə müalicə edirlər?

Koronavirusa yoluxan insanların əksəriyyəti üçün bu xəstəlik yüngül formada keçir və ev şəraitində yataq rejimini gözləməklə, parasetamol və çoxlu maye qəbul etməklə müalicə edilə bilər.

Ancaq bəzi insanların ağciyər ventilyasiyası kimi oksigen dəstəyini nəzərdə tutan daha ciddi bir stasionar rejimli müalicəyə ehtiyacı ola bilər.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam