Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Vaksin hazırlamaq üçün 8 milyard avro lazımdır” - Merkel

“Vaksin hazırlamaq üçün 8 milyard avro lazımdır” - Merkel
"Avropa İttifaqında hazırlanması planlaşdırılan koronavirus peyvəndi bütün dünyaya çatdırılacaq".
Yenixeber.org: Bunu Almaniya kansleri Angela Merkel deyib. O bildirib ki, söhbət dünyadakı bütün insanlar üçün peyvənd, dərmanlar və yaxşı diaqnostik imkanlarla bağlı işlərin necə görülməsindən gedir.

Kansler qeyd edib ki, Almaniya bu məsuliyyəti öz üzərinə götürür. Merkelin sözlərinə görə, peyvəndi inkişaf etdirmək üçün təxminən səkkiz milyard avro çatışmır.

"Almaniya bu işə əhəmiyyətli dərəcədə maliyyə töhfəsi verəcək. Bu fəaliyyətdə təkcə dövlət qurumlarının deyil, həm də özəl fondların, peyvənd və dərman istehsalçılarının iştirakını məmnuniyyətlə qarşılayırıq. Almaniya ÜST ilə yaxından işləmək niyyətindədir",- deyə Merkel əlavə edib.

Qeyd edək ki, Angela Merkel və digər Aİ liderləri koronavirus əleyhinə peyvənd və dərmanların hazırlanması üçün 7.5 milyard avro məbləğində vəsaitin toplanması ilə bağlı çağırış ediblər. Mayın 4-də Avropa Komissiyasının dəvəti ilə donor ölkələrin koronavirusla mübarizə mövzusunda konfransı keçiriləcək. Orada Merkel də iştirak edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam