Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

TÜRKİYƏ ÜÇÜN YENİDƏN ASİYA:yeni nizamda Hindistana hansı rol biçiləcək? - TƏHLİL

 

 

Nedret Ersanel

“Yeni Şafak”, Türkiyə, 16 may 2020-ci il

Yenixeber.org: Çərşənbə günü çıxış edən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Kökümüz oradan gəlir. O ölkələrin hamısında mövcudluğumuz var. İqtisadiyyatın,  rəqəmsallaşmanın mərkəzi ora olarsa, o zaman kompleks bir yanaşma ilə buradakı mövcudluğumuzu artırmamız, yeni bir enerji qatmamız lazımdır. Bu, sadəcə iqtisadiyyat deyil, bunun içində mədəniyyət, təhsil, sənayeləşmə, texnologiya var …”

“O ölkələr” dedikdə, Asiya coğrafiyasını nəzərdə tuturdu. “Yenidən Asiya” təşəbbüsü Türkiyə üçün siyasi seçimdir, yoxsa qlobal bir meylə qatılma təşəbbüsü?

Məlumdur ki, Ankara buna ad qoymaq üçün tələsmir. Ancaq virusun dünyanı, başda aparıcı ölkələr olmaqla, hər kəsi gətirdiyi astanadan irəliyə doğru itələməsi də bir həqiqətdir.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Koç Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin tələbələri ilə keçirdiyi seminarda etdiyi həmin çıxışında sözünə davam edərək deyib: “Pandemiyadan sonra dünyada çəkişmələrin artacağını görürük. Hər kəsin özü-özünə yetərli olmağa çalışacağını da görürük. Digər tərəfdən, beynəlxalq sistemin yetərsiz olduğunu görən ölkələr öz başlarının çarəsinə baxma arayışı içinə girə bilər. Bizim Türkiyə olaraq, təkrar çoxtərəfliliyi həyata keçirməmiz lazımdır. Ancaq bu, təsirli, balanslı və ədalətli bir çoxtərəflilik olmalıdır. İkili standartlardan təmizlənmiş bir çoxtərəflilik istəyirik. Yəni, keçid dövründə mütləq bir dilemma yaşayacağıq. Dünya olaraq…”

Ümumiyyətlə gedən bu proseslərə diqqətlə baxdıqda, Ankaranın haranı, nəyi seçəcəyilə bağlı altı cızılmış bir qərarının olması görünməsə də, seçəcəkləri arasında nəyin “daha az” ehtimallı olması ilə bağlı zehninin aydın olduğu hiss edilir.

“Beynəlxalq sistem yetərsizdir” demək, reallıqda “ümumiyyətlə Qərb, xüsusilə də ABŞ mərkəzli olan sistem yetərsizidir” deməkdir. Eyni zamanda, “balanssız, ədalətsiz və ikili standartlıdır” deməkdir.

“Dilemma” isə, dünya ölkələrinin oturuşmuş nizama uyğun olaraq 70 ildir davam etdirdiyi, hər yerə nüfuz etmiş olan münasibətləri yenidən necə nizamlayacağını, necə, nə dərəcədə “çoxtərəfli” edəcəyini, özündə bu gücü tapıb-tapa bilməyəcəyini tərif edir.

Giriş cümləsi “Yenidən Asiya” olan çıxışın bunun ardınca gələn cümlələrlə əlaqəsi, məncə, belə qurulmalıdır.

Pandemiya sonrası dövrün dünya üçün adi bir mərhələ olacağını düşünərək, “köhnə kəndə yeni adət gətirməyin” deyərək, yerli əyləclər düzəltməyə çalışanların xeyli komik duruma düşəcəklərini görəcəyik.

Bu, əlbəttə, bu gün və ya sabah bitəcək bir proses deyildir. Ancaq inkişaf etməkdədir.

İkinci problem isə bu cür düşüncələri digərlərinə qəbul etdirməyə çalışaraq, dünyanı daha həssaslıqla izləməyə başlayan türk ictimai rəyini çaşdırmaq, insanları həvəsdən salmaqdır. Bu, böyük ölçüdə, məlumatsızlıqdan və qorxudan bəslənir. Təbii, əgər xoş niyyətlidirlərsə… O zaman edəcək bir şey yoxdur, təbiət qanunları işləyəcək.

Bəzi ölkələr öz xarici siyasətlərində seçdikləri mövqelərə əsasən, dünyadakı meyllərə təsir edə, güc balansını müəyyən edə və ya poza bilirlər“Yeni nizam” 2021-ci ildən etibarən həmin ölkələrin duruşlarını dikəldəcəkdir. Bu ölkələrdən biri Hindistandır. Bizə görə, Hindistan “iki qütblü nizam”ın, Rusiya-Hind-Sakit okean hövzəsi, Orta Şərq-Asiya balansının, ən çox da ABŞ-Çin gərginliyinin müəyyənedici ölkələrindən biri olacaq. Bu üzdən, supergüclər belə, Yeni Dehli ilə münasibətlərini indi bu şərtlərə uyğun tənzimləyirlər.

Bu kontekstdə, Hindistanın Baş Qərargah rəisi ordu generalı Bipin Ravatın fikirləri maraqlıdır. Bipin Ravat deyir: “Ölkə bu gün olduqca ağır olan silah satınalınmalarına, idxalata bağlı müdafiə proqramını qarşılaya bilmir. Silahlı Qüvvələrin əməliyyat ehtiyacları şişirdilməməlidir. Hindistanın müdafiə strategiyası qəti olaraq ölkənin sərhədlərini qorumaq və Hind okeanı bölgəsinə hökm etməklə məhdudlaşır. Silah idxalını azaltmaq və mövcud büdcəni ən yaxşı formada istifadə etmək üçün əməliyyat öncəliklərinin reallığa uyğun və kompleks şəkildə yenidən dəyərləndirilməsi lazımdır. ABŞ-ın və ya digər inkişaf etmiş ölkələrin inventarlarını təqlid etmək yerinə, silah ehtiyaclarımızı öz əməliyyat ehtiyaclarımız baxımından yenidən müəyyən etməliyik” (“Forces must shun imports, go for “Make in İndia”, says Gen Bipin Rawat”, 10/05, Times of İndia.).

Ordu generalı Bipin Ravatın baxışları sadəcə ölkənin müdafiə strategiyasına yönəlik bir tənzimləmə deyil, “milli məhsullar və milli tədarük sistemləri” demək, eyni zamanda “təmizlənmə” deməkdir.

Üstəlik, onun bu fikirləri ölkəsinin hökumətinin mövqeyilə üst-üstə düşür. Bir neçə gün fərqlə Baş nazir Modinin ağzından çıxmış “XXI əsrin Hindistana aid olmasının yeganə yolu özümüzə güvənməkdir” açıqlaması da elə o deməkdir.

Bu, yeni bir doktrinadır və adı qoyulmasa da, Hindistan-ABŞ hərbi əlaqələrindəki yüksəliş əyrisinə nöqtə qoyur.

Vaşinqton-Dehli əlaqələrinin son 20 ili, “bənzər” əlaqələrə sahib bir çox ölkədə olduğu kimi, mülki və hərbi hind bürokratiyasına dərinləməsinə nüfuz etmişdir. Bu görüşə yaxın baxışa sahib hind təhlilçiləri ABŞ-ın onları Çinə qarşı yönəltmək üçün təşviq etdiyini yazırlar.

ABŞ-ın Hindistanı “böyük müdafiə ortağı” elan etməsi ölkədə sevinc yaratmışdı. Bu cür sabun qovuqlarının başqa ölkələr üçün də istifadə edildiyini bilirik. Bunlar reallıqda ABŞ silah sənayesinin maraqları üçün şişirdilmiş balonlardır. Bu, dünən Rusiyaya qarşı edilirdi, bu gün də Çinə qarşı edilir.

Amerikanın dünyasına meydan oxumaqla ittiham edilən Çinə qarşı hazırlanmış Hind-Sakit okean strategiyalarının tələblərini qarşılamaq üçün ələ keçirilən Hindistan “yerli və milli doktrina” həyata keçirə bilərmi? Bu halda, daxildən və xaricdən hansı təhlükələr yarana bilər? Nəzərə alınmalıdır ki, Hindistan elitası arasında yaxınlarından biri ABŞ-da olmayan kimsə, demək olar ki, qalmamışdır.

Məsələnin bizi maraqlandıran qismi isə Hindistanın “yeni nizam” baxımından ortaya fərqli mövqe qoymasıdır. Bu etirazın paylaşılması artdıqca, ağıla həmən yeni ittifaqların gəlməsinə də ehtiyac yoxdur. Ədalətli çoxtərəfliliyin dəstəklənməsi kafidir.

Nizamın yenisi belə qurular. Səssiz və sakit formada…

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam