Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Elmar Məmmədyarova xatırlatma...

 

 

 Bizə "Qarabağ Azərbaycanındır, nida işarəsi!" deyən Prazidentin sərt münasibətinə eyni sərtlik nümayiş etdirən xarici işlər naziri lazımdır.

           Aprel döyüləri göstərdi ki, ardıcıl lokal hücumlarla erməniləri "ağıllandırmaq" olar

Yenixeber.org: Dünyada və təəssüf ki, ölkəmizdə də, koronavirus pandemiyasının yayılması 7-dən 77-yə kimi hər kəsi məşğul və məyus etsə də, heç kəs ondan daha betər olan Qarabağ kimi böyük dərdimizi yaddan çıxarmayıb və çıxara bilməz. Göründüyü kimi, Qarabağ probleminin həlli ölkəmizlə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, xüsusilə də, Rusiyanın özünəməxsus "diqqət mərkəzindədir". Belə ki, aprel ayının 21-də A.M.Qarçakov adına ictimai diplomatiyaya dəstək klubunun üzvlərinin dəyirmi masasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ probleminin həlli məsələsinə toxunaraq demişdir ki: “Münqaişənin həllində mərhələli həll nəzərdə tutulur. İlk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur”. S.Lavrovun bu çıxışına dərhal münasibət bildirən Ermənistanın xarici işlər naziri Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildiirib və indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri də rədd və inkar edib.

Ermənistanın xarici işlər nazirinin S.Lavrovun açıqlamasına münasibətini şərh edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdir ki: "Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir". Çox maraqlıdır-Ermənistan işğal etdiyi ərazilərimizi azad etmək istəmədiyi haqda öz mövqeyini bundan artıq daha necə açıq bildirməlidir? Biz, Azərbaycan olaraq, "Görünən dağa" blədçimi axtarırıq? Məgər ermənilər Qarabağda kütləvi məskunlaşdırma həyata keçirməklə, kilsələr, məktəblər, istirahət ocaqları tikməklə, yaşayış məskənləri salmaqla, geniş, müasir yollar çəkməklə, azad şəkildə, heç kəs tanımasa da, "prezident" seçkiləri təşkil etməklə öz mövqelərini əyani şəkildə bildirmirlərmi? İşğal etdikləri əraziləri azad etmək istəsəydilər belə geniş quruculuq-abadlıq işləri aparadılarmı? Aydın deyil ki, ermənilər nəinki Dağlıq Qarabağımızı, heç işğal edilmiş digər rayonlarımızı da azad etmək istəmirlər? Və Ermənistanın xarici işlər naziri də bunu açıq bildirmirmi? Məgər aprel döyüşləri zamanı azad etdiyimiz torpaqları ermənilərin "itirilmiş torpaqlar" adlandırmaları bizə dərs olmadı? Ermənilərin məkrli, işğalçı hərəkətlərinə bizim xarici işlər nazirliyimizin "Azəraycan heç vaxt işğalla barışmayacaq" tipli bəyanatları XX əsrin 80-cı illərində ABŞ Vyetnam Sosialist Respublikasının ərazilərini bombarduman edəndə ÇXR-nın ABŞ-na verdiyi "sonuncu xəbərdarlıqla" mindən artıq notalarına bənzəyir...

Azərbaycanın şimaldan və cənubdan olan "strateji müttəfiqlərinin" bizə və Ermənistana olan münasibəti, ATƏT-in Minsk Qrupunun xristian üçlüyünün "problemin həlli ilə bağlı səyləri", onların "münaqişənin hərbi həll yolu olmadığına" dair mövqeləri bizdən çox ermənilərə aydındır və bu onlara torpaqlarımızı işğalda saxlamağa ruhlandırır. Yaranmış mövcud şəraitdə dövlətimizin Qarabağımızı hərbi yolla azad etmək istəyindən hələlik vaz keçməsi haradasa başadüşüləndir. Başa düşülməyən-ermənilərin torpaqlarımızı sülh yolu ilə azad etmək istəmədiklərini bilə -bilə əhəmiyyətsiz, sonu olmayan sülh danışıqlarının davam etməsində israr etməyimizdir. Nə qədər tolerant, sülhsevər olmaq olar, bunun sonu yoxdurmu? Bizə heç bir əhəmiyyəti olmayan "sülh danışıqlarında" iştirak edən "həmişə gülümsəyən, yaxşı oğlan olmaq" istəyən xarici işlər naziri yox, "Qarabağ Azərbaycanındır, nida işarəsi!" deyən Prazidentin sərt münasibətinə eyni sərtlik nümayiş etdirən xarici işlər naziri lazımdır. Nəzərə almaq lazımdır ki, artıq zaman bizim yox, ermənilərin xeyirinə işləyir və bu vəziyyəti qəti şəkildə dəyişməyimizə ciddi ehtiyac vardır! Hesab edirik ki, biz heç kimə əhəmiyyət vermədən, kimin necə yanaşmasından aslı olmayaraq ermənilərə yönəlik ciddi təbliğat kompaniyasına start verməliyik.

Biz, Qarabğımızda məskunlaşan gəlmə ermənilərin nəzərinə çatdırmalığıq ki, torpaqlarımız işğaldan azad edildikdən sonra onlar heç bir kompensasiya ödənilmədən deportasiyyya ediləcəklər! Qarabağımızın təbii sərvətlərini vəhşicəsinə istismar edən ermənilərə və bədnam xaricilərə buna son qoymaqla bağlı xəbərdarlıq edilməli, çəkilib getmələri üçün vaxt verilməli, getməsələr belə obyektlər dronlar vasitəsilə dağıdılmalıdır!

Fikrimizcə, Ermənistan xarici işlər nazirinin son açıqlaması nəzərə alınaraq Azərbaycan sülh danışıqlarından imtina etdiyini bəyan etməlidir. Zaman göstərmişdir ki, erməniləri "sözlə başa salmaq" mümkün deyil. Atalar demiş: "donuzu kiş-kişlə darıdan çıxarmaq olmaz", kötəkləmək lazımdır! Beynəlxalq, eləcə də regional, ermənipərəst güclərin, Qarabağımızın genişmiqyaslı müharibə yolu ilə azad etmək istəyimizə "isti" yanaşmayacaqlarını bilirik. Ancaq aprel döyüləri göstərdi ki, ardıcıl lokal hücumlarla erməniləri "ağıllandırmaq" olar. Öz hərəkətləri ilə erməni faşistləri mütəmadi olaraq bizə belə şəraiti yaradır. Yararlanmaq lazımdır!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam