Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

XİN:Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın prioritetlərindəndir

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vasitəçilik fəaliyyətlərində fəal rol oynamağa davam edir.

Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri dəstəkləmək Rusiya xarici siyasətinin prioritetlərindən biri olub və ölkə prezidentinin də diqqət mərkəzindədir”, - deyə bəyanatda vurğulanıb.

Rusiya XİN münaqişənin yalnız siyasi diplomatik vasitələrlə, tərəflər arasında danışıqlar yolu ilə həll olunmasının vacibliyini də irəli sürüb: “Fikrimizcə, siyasi iradə olduğu halda diplomatik səylərlə gec-tez irəliləyişə nail olmaq və razılığa gəlmək mümkün olacaq”.

Eyni zamanda Rusiya tərəfinin həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də Azərbaycan və Ermənistanla münasibətləri nəzərə alınaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyi vurğulanır.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda səfərdə olacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam