Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Putin və Zelenskinin Paris görüşü:Danışıqlar Donbasa sülh gətirəcəkmi?

Bazar ertəsi Parisdə görüşən Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri Donbasdakı münaqişəni müzakirə etmək üzrədirlər.

Yenixeber.org: Danışıqlar son üç ildə "Normand formatında" keçirilən ilk görüş olacaq. Sammit çərçivəsində Volodimir Zelenski və Vladimir Putinin ilk görüşü də başa tutmalıdır.

İştirakçılar danışıqlardan barədə sammitin mümkün nəticələri barədə qısa şərhlər veriblər. Onların sözlərinə görə, Ukraynanın şərqində beş ildən artıqdır ki, davam edən münaqişəyə son qoyacaq razılaşma imzalanmayacaq.

Bu arada Kiyevdə müxalifət "Təslimə yox!", "Moskvadan uzaq dur!", "Rusiya qazı - boynumuzda ilgəkdir" şüarları altında nümayiş keçirib.

Rusiya və Ukrayna prezidentləri nədən danışacaq və zirvə görüşündən hansı nəticələri gözləmək olar? Müxbirlərimiz, Svyatoslav Xomenko və Pyotr Kozlov bu suallara cavab tapmağa çalışıblar.

                                                       Nədən qorxmalıyam?

Paris sammitinin əsas intriqalarından birini Putinlə Zelenskinin ilk şəxsi görüşü təşkil edir.

                                      Fotonun müəllifi: AFP

Bundan əvvəl Rusiya və Ukrayna liderləri yalnız telefonla danışıblar. Fransada keçiriləcək sammit ərəfəsində Zelenski görüş olacağını təsdiqləyib.

Zelenskinin sələfi, sabiq prezident Petro Poroşenko "Ukrainskaya pravda" qəzetindəki öz köşə yazısında Zelenskini Putinlə görüşdən yayınmağa səsləyib.

"...Əslində, bizi ikitərəfli görüş, dörd tərəf arasında aparılan danışıqlardan daha çox narahat edir ", - Petro Poroşenkonun yazısında deyilir.

"Mən nədən qorxmalıyam? Azad ölkənin prezidentiyəm. Normal, ləyaqətli insanam. Mən ölkəmizi heç vaxt, heç kimə və heç nəyə satmıram. Həqiqət bizim tərəfimizdədir. Müharibəyə şon qoymaq istəyi, həqiqət, Ukrayna xalqı arxandadırsa, günü gündən daha da güclənirsən", Zelenski Parisə getməkdən əvvəl ona verilən "Daha təcrübəli siyasətçi və danışıqçı ilə şəxsi söhbətdən çəkinmirsinizmi?" sualına cavab olaraq deyib.

Putin qarşıdakı görüşə dair belə şərh verib: "Kaş ki, onlar [danışıqlar-red.] yaxşı hazırlıqlı və boş danışıqlara gətirməyən ola, bütövlükdə nizamlanmaya fayda gətirəcək konkret nəticə ilə başa çata idi."

                                                 Üç ildə ilk dəfə

"Görüşün özü artıq qələbədir. 2016-cı ildən bəri dialoq olmayıb. Yəni, müharibənin bitməsi barədə danışmağa belə imkan yox idi", - Zelenski deyir.

                     Fotonun müəllifi: MİKHAİL PALİNCHAK/TASS
                      "Normand formatında" sonuncu görüş 2016-cı ildə keçirilib

"Normand formatında" sammitin çağırılması təşəbbüsü ilə məhz Ukrayna prezidenti çıxış edib. Görüşün gerçəkləşməsi özü-özlüyündə çox müsbət məqamdır, Zelenski ilə razılaşan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Lakin Peskovun Dojd kanalına verdiyi müsahibəsinə əsasən, sammitdən sazişin qəbul olunmasını gözləməyə dəyməz: "Aydındır ki, heç bir razılaşma olmayacaq və heç kim heç bir razılaşmanı gözləmir. Belə gözləntilər şişirdilmiş olardı, yeri gəlmişkən, biz bununla bağlı fəal şəkildə xəbərdarlıq edirik."

Görüşün təşkili naminə Ukrayna "Ştaynmayer düsturu"na razılaşıb və Donbasdakı təmas xəttinin üç "sınaq" hissəsində qoşunların çəkilməsini həyata keçirib.

Sentyabr ayında Kiyev və Moskva əsirlərin mübadiləsini həyata keçiriblər.

Rusiya keçən ilin noyabr ayında Kerç boğazı yaxınlığında baş vermiş hadisə zamanı ələ keçirilən Ukrayna gəmilərini geri qaytarıb. Bunların hamısı Paris danışıqları üçün müsbət fon yaradıb, BBC müxbirlərinin təhlilində deyilir.

Çox güman ki, sözügedən faktlar zirvə görüşünün ardınca hazırlanmalı birgə bəyanatda əks olunacaq.

                              Fotonun müəllifi: GETTY IMAGES
                          Paris danışıqlarından əvvəl müxalifət öz mitinqini çağırıb

Ukraynanın xarici işlər naziri Vadim Pristaykonun sözlərinə əsasən, həmin sənəddəki mətnin ümumi müddəaları sentyabr ayında keçirilən danışıqlar vaxtı razılaşdırılıb.

Bu məlumatları Rusiya nümayəndə heyətinə yaxın bir şəxs bizimlə ilə söhbətində də təsdiq edib. Artıq məlum olan budur ki, danışıqlar ən azı üç saat davam etməlidir və müzakirələrə çıxarılan məsələlər daha geniş, əhatəli olacaq.

                                                     Minskin gələcəyi

Güman ki, Ukraynanın şərqindəki münaqişənin həllinə dair 2014-2015-ci illərdə imzalanmış Minsk razılaşmalarının gələcəyi əsas maneələrdən birinə çevrilə bilər.

Moskva və öz müstəqilliyini elan etmiş respublikalara əsasən, Kiyev Donbasa xüsusi status vermək niyyətində deyil. Ukrayna hakimiyyəti davamlı atəşkəsin və bölgənin tərksilah edilməsinin vacibliyini vurğulayır.

                         Fotonun müəllifi: EPA
                          "Silah altında seçkilərə yol verməyin!" şüarlardan birində deyilir

Kiyevdə hesab edirlər ki, beş il əvvəl qəbul edilən Minsk razılaşmalarına aydınlıq gətirilməlidir: Ukrayna prezidentinin beynəlxalq məsələlər üzrə əsas məsləhətçisi Andrey Yermak Paris sammiti ərəfəsində Almaniyanın Die Welt qəzetinə verdiyi müsahibədə deyib.

                                                       Xüsusi status

Parisdə mühüm sual yenidən müzakirəyə çıxarılmalıdır: münaqişə bitdikdən sonra Kiyevin nəzarətində olmayan ərazilər hansı statusa sahib olacaq, müxbirlərimizin məlumatında deyilir.

2014-cü ildə Ukrayna "Donetsk və Luhansk vilayətlərinin bəzi rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları haqqında" qanun qəbul edib. Lakin dekabrın 31-dək etibarlı olan qanun sonradan qüvvəyə minmədi.

Artıq aydındır ki, onun yeni variantının mətninə "Ştaynmayer düsturu" daxil ediləcək. Nəzərdə tutulur ki, Donbasdakı ərazilərin xüsusi statusu Ukrayna qanunvericiliyi əsasında keçirilən və ATƏT missiyası tərəfindən legitim tanınan seçkilərdən sonra qüvvəyə minə bilər.

Son vaxtlara kimi Kiyev "Donetsk və Luhansk vilayətlərinə daxil müəyyən rayonların" xüsusi statusunun Konstitusiyada əks olunmasına qarşı çıxırdı.

İndi Ukraynanın mövqeyi yumşalıb.

                                     Fotonun müəllifi: AFP

"Donetsk və Luhansk vilayətinin ayrı-ayrı rayonları əlavə səlahiyyətlər ala bilər. Ancaq bu, heç bir zaman federallaşma və ya bir növ muxtariyyət anlamına gəlmir", "Yevropeyskaya Pravda" nəşri münaqişənin həlli üzrə danışıqlarda Ukrayna nümayəndə heyətinin aparıcı üzvlərindən olan Andrey Yermakdan iqtibas gətirir.

Hazırda öz müstəqilliyini elan edən respublikaların nümayəndələri Minsk Təmas Qrupunun danışıqlarında - müşahidəçi qismində iştirak edirlər. Moskva dəfələrlə "respublikaları" subyekt kimi tanımağa və onlarla birbaşa danışıqlar aparmağa çağırıb.

Kiyev ardıcıl olaraq belə bir təklifi rədd edir.

"Ukrayna silahlılarla danışmır ... Prezident onlarla birbaşa danışmır və danışmayacaq, bu başa düşüləndir," - Vladimir Zelenski deyib.

Kiyev, bundan başqa, yeni bir təşəbbüslə çıxış edib. Ukrayna istəyir ki, Minskdəki üçtərəfli təmas qrupunun danışıqlarında Donbası tərk etmiş, lakin bu bölgə ilə əlaqəni kəsməyənlərin nümayəndələri də təmsil olunsunlar. "Əgər biz bu barədə razılığa gəlsək, bu tarazlığı kökündən dəyişdirəcək inqilabi bir qərar olacaq, - "Yevropeyskaya Pravda" nəşrində Yermakdan iqtibas gətilir.

Ukrayna nümayəndə heyətinin təşəbbüsünə Moskvanın reaksiyası hələ məlum deyil.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam