Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinlə Zelenski görüşəcək –Bu gün

Dekabrın 9-da Ukrayna və Rusiya prezidentlərinin çoxdan gözlənilən görüşü baş tutmalıdır.

Yenixeber.org: Görüşdə məqsəd Ukraynanın şərqində 2014-cü ildən davam edən, 13 mindən çox adamın həyatına son qoymuş münaqişənin həlli yollarını müzakirə etməkdir.

Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Angela Merkelin də qatılacağı gözlənir. Bu, Normandiya Formatında danışıqlar adlanır.

Rusiyanın təzyiqi

Ukrayna və Rusiya liderləri 2016-cı ildən bəri ilk dəfədir bir araya gəlir. Zelenski apreldə prezident seçilib və Putinlə ilk görüşüdür.

Moskva Ukraynanın şərqində separatçılara dəstək vermədiyini desə də, indiyədək belə bir hərbi, iqtisadi və siyasi dəstəyə əsaslı dəlil ortaya qoyulub.

Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ilin noyabrında qərar çıxarıb ki, Ukraynanın şərqindəki müharibə “Ukrayna və Rusiya Federasiya arasında beynəlxalq silahlı münaqişədir”.

Bu münaqişədə indiyədək 13 mindən çox adam ölüb.

Danışıqlar öncəsi Kreml Kiyevə təzyiq göstərməyə çalışıb, Donbasda dəstəklədiyi separatçıların əlində olan torpaqdan təzyiq vasitəsi kimi istifadə edib. Ukrayna prezidenti isə bu arada həm sülhə doğru proqresdən yararlanmalı, həm də Moskvaya təslim olurmuş kimi görünməməlidir.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dekabrın 6-da deyib ki, Moskva “münaqişənin həllinə kömək edəcək əlavə razılaşmalar” gözləyir.

Onun sözlərinə görə, Moskva “Minsk razılaşmalarında nəzərdə tutulduğu kimi, Donbasda əhalinin təhlükəsizliyini, onların hüquqlarını həqiqətən təmin etməyə, bu münaqişəni dayandırmağa” çalışır.

Minsk razılaşmaları 2014 və 2015-ci illərdə Belarusun paytaxtında əldə olunub. Bu sənədlər atəşkəsi, ağır texnikanın çıxarılmasını, Kiyevin Ukrayna sərhədlərinə nəzarətinin bərpasını, separatçıların əlində olan ərazilər üçün xüsusi status, həmin ərazidə seçki keçirilməsini nəzərdə tutur.

Ancaq indiyədək razılaşma tam yerinə yetirilməyib.

Prezidentə xəbərdarlıq edirlər

Zelenski bu ayın əvvəlində deyib ki, bu danışıqların yalnız bərpası faktı onun müharibəni bitirmək cəhdləri yönündə “ilk qələbə”sidir.

O, Parisdə keçiriləcək danışıqlarda üç əsas ideyanı ortaya atacağını bildirib: məhbus mübadiləsini davam etdirmək; atəşkəs razılaşmasını icra etmək; Ukraynada “qanunsuz silahlı dəstələr”i buraxmaq.

Kreml Putinin Zelenski ilə təkbətək görüş planlaşdırdığını bildirib. Kiyev isə belə bir görüşün yalnız nəzərdən keçirildiyini bəyan edib.

Ukraynanın keçmiş prezidenti Petr Poroşenko dekabrın 6-da onlayn bəyanatında Zelenskini Putinlə birbaşa görüşməməyə çağırıb. “Pitinə inanma. Heç vaxt və heç nədə”, – o yazıb.

Dekabrın 8-də Kiyevdə minlərlə adam Ukrayna bayraqları ilə Müstəqillik Meydanına çıxaraq Zelenskiyə danışıqlarda “qırmızı xətlər”i keçməməklə bağlı xəbərdarlıq edib. Onlar ərazi bütövlüyünün saxlanmasının, federallaşmadan qaçmağın, ölkənin avropayönlü kursunu saxlamağın vacibliyini vurğulayıblar.

Ukraynanın şərqində münaqişə 2014-cü ilin əvvəlində, Rusiya qanunsuz olaraq Ukraynanın Krım regionunun ilhaq edəndən sonra başlayıb. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam